Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-936/2023 04.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış edinin tərkib hissəsindən Cavabdeh2 və Cavabdeh1 yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evi və torpaq sahəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bilıdirmişdir ki, 1971-ci il tarixdə atası mərhum Əli Rəcəbovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evində anadan olmuşdur və 2017-ci ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. X1 2005-ci il tarixdə, atası isə X14 2006-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Bacı-qardaşlarının şəxsi yaşayış evləri olmuş və atası vəfat etdikdən sonra da öz evlərində yaşamışlar. Onlar ara-sıra qonaq kimi gəlib getmişlər. Atası vəfat etdikdən sonra işləmək üçün Türkiyə Respublikasına gedib gəlmişdir. 2016-cı ildə ailəsini də işləmək üçün müvəqqəti olaraq Türkiyə Respublikasına aparmışdır. Bu müddət ərzində qızı Kəmalə qardaşı Vəlinin evində qalmışdır. 2017-ci il tarixdə, Türkiyədə olduğu zaman bacısı Cavabdeh2 və oğlu Cavabdeh1 tərəfindən yaşayış evinin qapısı açılmış və evə daxil olaraq orada yaşamağa başlamışdılar. Bu səbəbdən, xx.xx.2018-ci il tarixdə Türkiyədən geri qayıtdıqdan sonra həmin yaşayış evində yaşamaq mümkün olmamış və məcburən qardaşı Vəli Rəcəbovun evində yaşamağa başlamışdır. Bundan sonra onların evdən çıxarılması üçün bütün orqanlara müraciət etsə də, nəticəsiz qalmışdır. Mirası qəbul etdiyindən bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə evi öz adına sənədləşdirmişdir. Bacısı Ceyran da mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmiş, lakin onun iddiası rədd edilmişdir. Cavabdehlər onun mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Dəfələrlə polis müdaxilə etsə də, nəticə olaraq cavabdeh Nurlan, sadəcə olaraq bir neçə günlük evdən uzaqlaşmış, sonra yenidən zorla evə daxil olmuş və qalmağa səy göstərmişlər. Qonşular və kəndin icra nümayəndəliyi də onun törətdiyi əməllərə şahid olmuşlar. Cavabdeh heç bir hüququ olmadan evinin divarını zədələmiş, nəticədə divarda çat əmələ gəlmiş, evin taxta döşəməsini kəsmiş, evi qanunsuz olaraq bölmək qərarına gəlmişdir. Bununla bağlı əmlaka zərər vurulması ilə bağlı polisə müraciət etmiş və Nurlanın barəsində inzibati protokol tərtib edilmişdir. Bacısı Ceyran 1974-cü ildə ailə qurub Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə köçübdür. Nurlan Rusiyada doğulubdur. 1990cı ildə Naxçıvan köçdülər. Qaraçuq kəndində Ceyranın ərinə aid ev olbdur, orada yaşadılar, sonra da Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 24, mən 17-ə köçdülər. Orada yaşamağa başladılar. Artıq 1 aydan çoxdur ki, həmin evdə heç kim yaşamır. Nurlan və bacısı Ceyran qanunsuz evə daxil olub, həyətdə tikdiyi tikilidə yaşayırdılar, bu gün tikilinin açarı da onlardadır. Həmin tikiliyə çarpayı qoyublar, həyətdə hamam-tualeti tam yararsız hala salıblar. Ağaclarını kəsiblər. Öz evi olduğu halda qaraşının evində yaşamağa məcbur olubdur.. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o 1982-ci ildən bu günə qədər həmin məhəllədə yaşayır. Orucu və bacı-qardaşlarını tanıyır. Orucun ataanası rəhmətə getdikdən sonra həmin həyətdə yalnız Oruc ailəsi ilə birlikdə yaşayıb. Digər bacı-qardaşlar həmin evdən neçə illərdir ayrılıblar. Oruc və ailəsi həyətin qapısını bağlayıb bir müddət Türkiyə Respublikasında yaşayıb. Ancaq hər dəfə gələndə də həmin həyətə öz evinə gəlib. Ceyran xanımı çox az hallarda həmin həyətdə görmüşdür. Son vaxtlar Ceyran xanımın oğlu Nurlan həmin həyətə gəlib evə zərər vurub. Bununla bağlı dəfələrlə məhəlləyə polis gəlib onu xəbərdarlıq etsə də heç bir nəticəsi olmayıb. Həyət hazırda tam yarasız vəziyyətdədir. Nurlan həmin həyətə çox ziyan vurub. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Oruc bibioğlusudur. Ceyran xanım da bibiqızısıdır. Həm də həmin məhəllədə Orucgillə qonşudur. Rəhmətlik bibisi və həyat yoldaşı öldükdən sonra həmin həyətdə ancaq Oruc və ailəsi qalıb. Didər bacı-qardaşlar həmin evdən neçə illərdir ayrılıblar. Oruc və ailəsi həyətin qapısını bağlayıb bir müddət Türkiyə Respublikasında yaşayıb. Həmin həyətə çox vaxt o nəzarət etmişdir. Nurlan həyəti tam yararsız vəziyyətə salıb. Anası Ceyranla birlikdə gəlib evdə qalırdılar. Özbaşına qanunsuz həmin həyətin kilidini qırıb evə daxil olurdu. Ən çox da evin içərisini tamamilə dağıdıb. Hətta bir gün evin döşəmə taxtalarını söküb həyətin ortasında yandırdı. Son 1 aydır artıq Nurlan həmin evə gəlmir. Polis də dəfələrlə gəlib və Nurlanı xəbərdarlıq edib. Oruc hazırda həmin evdə qala bilmir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Oruc onun qaynıdır. Ceyran da baldızıdır. Rəhmətlik qaynatası öldükdən sonra həmin həyətdə ancaq Oruc və ailəsi qalıb. Didər bacı-qardaşlar həmin evdən neçə illərdir ayrılıblar. Oruc və ailəsi həyətin qapısını bağlayıb bir müddət Türkiyə Respublikasında yaşayıb. Nurlan həyəti tam yararsız vəziyyətə salıb. O və anası Ceyran özbaşına qanunsuz həmin həyətin kilidini qırıb evə daxil olurdu. Ən çox da evin içərisini tamamilə dağıdıb. Son 1 aydır artıq Nurlan və Ceyran həmin evə gəlmir. Oruc hazırda həmin evdə qala bilmir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Qaraçuq kəndi, 4-cü küçə, döngə 10-da yerləşən 0.2032 ha olan torpaq sahəsi və üzərində ümumi sahəsi 129.22 kv.metr olan 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1152 nömrəli arayışından aydın olur ki, Rəcəbov X9 şəhər Qaraçuq kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1545 nömrəli arayışından aydın olur ki, Qurbanov X4 şəhər Qaraçuq kəndində atasının təsərrüfatında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının sorğusuna cavabda bildirilmişdir ki, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olaraq orada qanunsuz məskunlaşan Cavabdeh2 və Cavabdeh1 həmin ünvanda əvvəllər faktiki olaraq yaşamamışlar. Cavabdeh2 və Cavabdeh2 oğlu Cavabdeh1 həmin evdə daim yaşamamışlar və qeydiyyatda deyillər. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 54 nömrəli məktubu ilə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının sorğusuna cavabda bildirilmişdir ki, Cavabdeh2 1991-ci ildən Çənlibel məhəlləsi bina 24, mənzil 17 ünvanda qeydiyyatdadır və həmin ünvanda da yaşayır və oğlu Cavabdeh1 1993-cü ildən qeydiyyatdan çıxıb hal - hazırda Qaraçuq kəndində yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2004-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Məhkəmə hesab edir ki, iddiaçının yaşayış evininin tərkib hissəsindən istifadə hüququnun verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən də söhbət gedə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşə baxılan zaman iddiaçı tərəfin izahatından aydın olmuşdur ki, Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüququ mövcud olmuş, lakin o ailə qurub gedən zaman həmin istifadə hüququnu itirmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 1970-ci illərdə ailə qurmuş, övladları da ailə qurub getdiyi Rusiya Federasiyasında doğulmuşdur. Cavabdeh2 getdiyi xarici ölkədən qayıtdın sonra ərinə məxsus evdə yaşamış, daha sonra yaşayış yerini dəyişdirmiş və hazırda Çənlibel məhəlləsində olan mənzildə yaşayır. Cavabdeh2 ailə qurub ata evindən getdiyi vaxt artıq istifadə hüququ itirilmişdir. Cavabdeh2 mənzilə olan ehtiyacının ərinə məxsus mənzildə yaşamaqla təmin etmişdir. Buna görə də Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə olan yaşayış və istifadə hüququ itirildiyindən məcburi qaydada evdən çıxarılmalıdır. Həmçinin işə baxılan zaman müəyyən edilmişdir ki, Cavabdeh1 ümumiyyətlə mənzildən yaşayış və istifadə hüququ olmamışdır. O mübahisəli mənzildə doğulmamış, yetkinlik yaşına çatana qədər valideynlərinin yaşadıqları yerdə yaşamaış, daha sonra da özünə yaşayış yeri seçmişdir. Ona görə də mövcud olmayan hüquqa münasibətdə istifadə hüququnun itirilməsindən də söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 fərdi yaşayış evində yaşayış və istifadə hüququ olmadığından həmin hissədə rədd edilməli, lakin mənzildən məcburi qaydada çıxarılma hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, inzibati xəta avtonom cinayət statusuna malik olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 3(078)-206/2023 nömrəli qərarı işə baxılan zaman hadisənin olması və şəxsin həmin hadisəyə aidiyyəti ilə bağlı hissədə məcburidir. Qərardan aydın olur ki, Naxçıvan şəhəri, Qaraçuq kənd sakini Rəcəbov X9 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olub Naxçıvan şəhəri Çənlibel məhəlləsi 24/17 ünvanında yaşayan Cavabdeh1 ona məxsus ünvan 5 ünvanında yerləşən evində 60 sm hündürlüyündə 1 kv.m ölçüdə olan Bakı kubiki ilə tikilmiş 1 ədəd hovuzun, evin içərisində salonda 6kv.m ölçüdə və 4 sm qalınlığında olan qəhvəyi rəngli taxta döşəmənin yerindən kəsilməsi və salonda 2 kv.m ölçüdə qapı açmaq məqsədilə Bakı kubiki ilə hörülmüş divarı sökmüşdür. İddiaçı qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş əmlak zərərinin dəyəri olan 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat pul Cavabdeh1 alınaraq zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. İstər şahidlərin ifadələri, istərsə də yuxarıda qeyd edilən qanuni qüvvədə olan qərardan Cavabdeh1 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri Qaraçuq kəndindən yerləşən fərdi yaşayış evində yaşamaqla mülkiyyətçiyə ziyan vurması təsdiq olunur. Ona görə də cavabdeh həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış edinin tərkib hissəsindən Cavabdeh2 yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməli və Cavabdeh1 ilə birlikdə fərdi yaşayış evi və torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdırlar. İddia tələbi Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsinə münasibətdə isə rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən “X7 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş 50 (əlli) manatı Cavabdeh2, 25 (iyirmi beş) manatı Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalı, qalan hissədə rüsum iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış edinin tərkib hissəsindən Cavabdeh2 yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilsin, o və Cavabdeh1 fərdi yaşayış evi və torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar. İddia tələbi Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsinə münasibətdə rədd edilsin. İddiaçı tərəfindən “X7 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manatı Cavabdeh2, 25 (iyirmi beş) manatı Cavabdeh1 alınaraq iddiaçıya qaytarılsın, qalan hissədə rüsum iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-936/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-936/2023
04.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver