Məhkəmə qərarları › İş №e-2(078)-94/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-94/2025

15.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-94/2025 15.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə dair maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.9 kvmetr olan fərdi yaşayış evinə dair Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.9 kv.metr olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində xx.xx.2018-ci il tarixli, **********27-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış sahəsi iddiaçıya anası X28 tərəfindən bağışlanma müqaviləsi əsasında verilmişdir. İddiaçının anasının qaynı olan və həmin fərdi yaşayış sahəsinin qonşuluğunda yaşayan Cavabdeh isə iddiaçıya maneçilik törədərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə daxil olmasına icazə vermir. Cavabdeh sözügedən fərdi yaşayış evi ilə bağlı dəfələrlə əsassız iddialarla məhkəməyə müraciət etmiş lakin məhkəmənin gəldiyi nəticə onu qane etməmişdir. Cavabdeh bu dəfə də özü məsələnin həll yolunu tapmağa çalışmışdır. Belə ki o iddiaçıya maneçilik törədir nalayiq ifadələrlə təhqir edir, səs-küy salaraq onun fərdi yaşayış sahəsinə daxil olmasına mane olur. Bununla bağlı dəfələrlə şifahi olaraq hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq iddiaçıya məsələnin məhkəmə yolu ilə həll olunması tövsiyə olunduğundan o da məcbur qalaraq mübahisənin məhkəmə yolu ilə həll olunmasını istəyir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Lakin məhkəmə iclasında nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə baxışı iclasının İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında X1 həyat yoldaşı olduğunu, Nadirin vəfatından sonra vərəsəsinin Maral olduğunu, evi Maralın müqavilə ilə iddiaçı Gültəkinə bağışladığını bildirmişdir. Gültəkin Maralın övladı olmuşdur. Hazırda Gültəkinin 60-dan çox yaşı vardır. Türkiyədə yaşayır və arada bir Naxçıvana gəlir. Daşınmaz Əmlakın texniki pasportunda ev ölçülmüş və ayrı çıxarış verilmişdir. Evə ayrıgiriş çıxışlar vardır. Lakin cavabdeh Gültəkinə həmin evə daxil olmağa icazə vermir və bildirir ki, qardaşının vərəsəsi özüdür, ev də ona çatmalıdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında mülkiyyətin vərəsəlik şəhadətnaməsi ilə bağışlanmasının düzgün olmadığını, mülkün onun ailə üzvünə məxsus olduğunu və vərəsəliklə ona verildiyini, məhkəmə qərarı ilə təsdiq olunduğunu, əvvəlki sənədlərin hamısının özünün mülkiyyətinə keçdiyini, bağışlanma müqaviləsinin və digər sənədlərin məhkəmə qərarı ilə etibarsız hesab olunduğunu, iddiaçının təqdim etdiyi çıxarışın və digər sənədlərin etibarsız hesab olunduğunu, çıxarışın məhkəmə qərarı ilə qardaşına verildiyini, qardaşının çıxarışının Daşınmaz əmlakda olduğunu, 2022-ci il tarixə daşınmaz əmlakın mütəxəssisi qərarın hələ icra edilmədiyini, evlərin bir ev olduğunu iki ev kimi görünsə də tək ev tək həyət olduğunu, bir həyət bir evdən ibarət olduğunu, 2017-ci ildəki müqavilənin məhkəmə tərəfindən ləğv olunduğunu, mütəxəssis rəyində də evin tək göstərildiyini ev 24 ünvanı olduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd inzibati ərazi dairəsindən verilən 28 iyun 2024-cü il tarixli arayışdan məlum olur ki iddiaçı Saitoğlu X3 qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər Qaraxanbəyli kənd inzibati ərazi dairəsindən verilən 08 iyul 2024-cü il tarixli arayışdan məlum olur ki Cavabdeh Bulqan Qaraxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR İnzibati Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2-1(122)-37/2020 nömrəli qərardaddan aydın olur ki, iddiaçı Cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddiasında İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarına əsasən, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən Cavabdeh və mərhum qardaşı X6 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid hissəsində ləğv olunması, JN-520A, JN-521 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab olunması və 1990- cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2 ünvanında 913,85 m² torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8214 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına ünvan 2 ünvanında Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 19767 nömrəli daşınmaz əmlakın texniki pasportu əlavə olunmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2- (078)-430/2022 nömrəli qətnaməsindən aydın olur ki, Cavabdeh Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının (çıxarışın) ləğvi tələbinə dair iddia rədd edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-ci il tarixli 2- (078)-430/2022 nömrəli qərardadından aydın olur ki, İddiaçı Cavabdehlər Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(078)-430/2022 nömrəli qərardadından şikayət verə bilməsi üçün iddiaçı Cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ********** nömrəli xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında” qeyd olunmuşdur ki, ünvan 2 ünvanında 0.1164 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92.9 m² olan fərdi yaşayış sahəsi X5 mülkiyyətindədir. İş materiallarında olan 11 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən məlum olur ki, hədiyyə verən X4 şəhəri, Qaraçuq kəndi, 4-cü küçə, döngə 8, ev 24 ünvanında 0.1164 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.9 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyətini hədiyyə alan İddiaçı vermişdir. İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd inzibati ərazi dairəsindən verilən xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, cavabdeh X5 ailə üzvləri aşağıdakılardır. 1.X26 (vəfat edib) 2.X16 (vəfat edib) 3.X29 (vəfat edib) 4.Mİrzəyev Qadir Məmmədəli oğlu (vəfat edib) 5.X11 6.X9 İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, Cavabdeh vərəsəsi olan X17 miras əmlakından 1/1 hissədə pay almalıdır. X12 verilmiş miras Əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən ********** nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında 0.1164 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.9 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2 ünvanında 0.0913 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5802 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 12 dekabr 2024-cü il tarixdə məhkəməyə göndərilən 10 dekabr 2024-cü il tarixli 04/1329 nömrəli məktubunda göstərilir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(122)-37/2020 nömrəli qərarının icrası X8 münasibətdə təmin olunmuş, ünvan 2 ünvanında 913,85 m² torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi ilə birlikdə xx.xx.2022-ci il tarixde daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan iş üzrə 09 yanvar 2025-ci il tarixli qərardadla təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının tərtib etdiyi 14 fevral 2025-ci il tarixli, 154 saylı ekspert rəydə göstərilir ki, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini mülki iş materiallarında olan zəruri məlumatlara və məhkəmə tərfindən tədqiqata təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Daşınmaz əmlakın texniki inventarlaşdırılması, qiymətləndirmə və ünvan reyestrinin təşkili sektorunun mühendis-inventarlaşdırıcısı U.İsayevin şəxsi imzası il təsdiq edilmiş mütəxəssis rəyinin göstəricilərinə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi ilə cavabdeh Mirzəzadə küçə, Mirzə Məhəmmədəli oğlunun mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissələrinin ayrı- olduğu müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik texniki inventarlaşdırılması, qiymətləndirmə və ünvan reyestrinin təşkili sektorunun mühəndis-inventarlaşdırıcıİSı U.İsayevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinin göstəricilərinə qızının mülkiyyətində olan, əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən maneələrin (yaşayış otağına qapı boşluğunun açılması, oradan istifadə edilməsi və.s.) törədilməsinin mümkün olduğu müəyyən edilir. İş materiallarında olan mütəxəssis rəyində göstərilir ki, İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi ilə Cavabdeh mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş–çıxış hissələri ayrı-ayrılıqdadır. İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən hər hansı maneə törədilməsi mümkündür. Belə ki, baxış zamanı Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evindən istifadə etməsi müşahidə olundu. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Xidmətinin 19 may 2025-ci il tarixli 04/725 nömrəli etibarnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə dair maneənin aradan qaldırılması tələbinə dair mülki işlə əlaqədar X22 mütəxəssis kimi iştirak etməklə rəy vermə səlahiyyətinə malikdir. İş materiallarına əlavə olunan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan MR İnzibati Məhkəməsinə göndərdiyi məktubda göstərilir ki, Naxçıvan Muxtar Respublikası Ínzibati Mahkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(122)-37/2020 nömrəli qərarının icrası təmin olunmuş. 1990-cı ilin sentyabr ayında Cavabdeh Məhəmmədali oğlunun mülkiyyatinə verilmiş torpaq sahəsinin ölçüləri deqıqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportu əsasında onun adına çıxarış verilmiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2- 1(122)-37/2020 nömrəli qərarının icrası təmın olunmuş, İddiaçı nümayəndəsi X18 27 sentyabr 2022-ci il tarixli ********** nömrəli ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi rəydə göstərilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi yenidən ölçüldü və məlum oldu ki, TİB-in sentyabr 1990-cı il tarixli 100 invertar nömrəli texniki pasportunda göstərilən tikiliyə dəhliz3.33m2, sanitar qovşaöı 4.76m2 və açıq eyvan 20.12m2 əlavə olunmuşdur. Fərdi yaşayış evinin ümumi sahəsi 68.9 m2 göstərilməsinə baxmayaraq, faktiki olaraq artırılan tikintilərlə birlikdə 69.46m2 təşkil edir. Fərdi yaşayış evinə hal hazırda giriş qonşusu Cavabdeh Məhəmməd oğluna məxsus otaqdan dəhlizə giriş vasitəsilə və mülkiyyətçiyə aid olan açıq eyvandan şüşəbəndə giriş vasitəsilə mövcuddur. Həyətyanı torpaq sahəsinin başlanğıcında 2.80 metr enində darvaza, yardımçı tikililərdən sonra 1.30 metr enində və həyətin axırında tövlənin yanında 1 metr enində yola tərəf giriş-çıxış qapıları mövcuddur. Darvaza olan hissədən fərdi yaşayış evinə daxil olmaq üçün dəhliz və otaqa yerləşən pəncərələrdən biri və ya bir neçəsi qapı ilə əvəz olunmalıdır. Darvazadan başqa digər qapılardan hazırda fərdi yaşayış evinə giriş-çıxış mövcuddur və baxış zamanı fərdi yaşayış evinə giriş üçün maneənin olmadığını aşkarladıq. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Məhəmməd oğluna göndərdiyi 23 aprel 2019-cu il tarixli 214 nömrəli məktubda göstərilir ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Komitənin məlumat bazasında sizin adınıza 0,1 hektar hüquqi torpaq sahəsi qeyd edilmiş, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli 99 nömrəli qərarına əsasən JN-520A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1040, 12 m² həyətyanı torpaq sahəsi mülkiyyətinizə verilmişdir. Qonşu torpaq mülkiyyətçiləri X6 adına 0,1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1411,54 m², X7 adına isə 0,2 ha hüquqi torpaq sahəsi qeyd edilmiş və JN-519A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1756,48 m² həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. X6 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X4 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN-521A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə 1411,54 m² torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164,64 m² torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. 11 oktyabr 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ǝ-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 1164,64 m² torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri yaşayış binaları X26 tərəfindən İddiaçı bağışlanılmışdır. Digər qonşunuz X2 Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4/Ə-02-S88 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 7 ünvanında mülkiyyətində olan 1756,48 m² torpaq sahəsini və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri yaşayış binalarını oğlu Məhərrəm Mirzəyevə bağışlamışdır. X14 1756,48 m² torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair 10 sentyabr 2012-ci il tarixli ərizəsi əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15529 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" hazırlanaraq ona təqdim olunmuşdur. Şikayətinizlə əlaqədar naturada torpaq sahələrinə baxış zamanı mülkiyyət sənədləri ilə naturada uyğunsuzluq olduğu və müvafiq qanunvericiliyin tələbləri sizlərə izah olunmuş, araşdırmanın nəticəsi ilə bağlı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları, ekspert rəyini tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli 99 nömrəli qərarına əsasən JN-520A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1040, 12 m² həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyəti verilmişdir. Qonşu torpaq mülkiyyətçiləri X6 adına 0,1 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, JN-521A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1411,54 m², X7 adına isə 0,2 ha hüquqi torpaq sahəsi qeyd edilmiş və JN-519A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1756,48 m² həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. X6 vərəsəsi (Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) X4 Şəhər 1-ci Dövlət Notariat Kontorunda xx.xx.2012-ci il tarixli 7E-8421 nömrəsi ilə qeydiyyata alınmış ərizəsində JN- 521A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə 1411,54 m² torpaq sahəsi göstərildiyi halda naturada faktiki 1164,64 m² torpaq sahəsinin olduğunu təsdiqləmiş və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. 11 oktyabr 2017-ci il tarixdə Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ǝ-170 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 1164,64 m² torpaq sahəsi və torpaq sahəsinin üzərində olan yaşayış və qeyri yaşayış binaları X26 tərəfindən İddiaçı bağışlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ínzibati Mahkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(122)-37/2020 nömrəli qərarının icrası təmin olunmuş. 1990-cı ilin sentyabr ayında Cavabdeh Məhəmmədali oğlunun mülkiyyatinə verilmiş torpaq sahəsinin ölçüləri deqıqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportu əsasında onun adına çıxarış verilmiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(122)- 37/2020 nömrəli qərarının icrası təmın olunmuş, İddiaçı nümayəndəsi X18 27 sentyabr 2022-ci il tarixli ********** nömrəli ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan mütəxəssis rəyində göstərilir ki, İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evi ilə Cavabdeh mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş–çıxış hissələri ayrı-ayrılıqdadır. İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən hər hansı maneə törədilməsi mümkündür. Belə ki, baxış zamanı Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evindən istifadə etməsi müşahidə olundu. İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,9 m² olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən maneələrin (yaşayış otağına qapı boşluğunun açılması, oradan istifadə edilməsi və.s.) törədilməsinin mümkün olduğu müəyyən edilir. Həmçinin məhkəmə tərəfindən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı məxsus olan və Cavabdeh məxsus olan fərdi yaşayış evləri ayrı giriş-çıxışları mövcud olan evlərdir və görünüşünə görə bir dam örtüyü altında yerləşir. Hər iki mülkiyyətçinin həyətyanı torpaq sahələrinə ayrı-ayrı giriş-çıxışları mövcuddur. Ümumilikdə həyətyanı torpaq sahələrinə üç yerdən giriş-çıxış mümkündür. Fərdi yaşayış evlərinə daxil olduqda müəyyən edilmişdir ki, daşınmaz əmlakın texniki pasportuna əsasən İddiaçı fərdi yaşayış evinin ayrı giriş-çıxışı mümkün olsa da Cavabdeh fərdi yaşayış evinin içərisindən iddiaçının evinə qapı vardır və həmin qapıdan istifadə edilməklə bu gün cavabdeh iddiaçının əmlakından istifadə edir. Həminin iddiaçının fərdi yaşayış evi təmirsiz, heç bir yeni tikili aparılmayan köhnə ev olsa da cavabdeh öz fərdi yaşayış evində yeni təmir-tikinti işləri aparmışdır. Yerində baxılan zaman cavabdeh iddiaçının öz fərdi yaşayış evindən istifadə etməsinə imkan yaratmamasını onunla əsaslandırmışdır ki, ev 2017-ci ildə bağışlanmışdır, ondan sonra İnzibati Məhkəmənin qərarı qəbul edilmişdir və bütün torpaq sənədləri 1990-cı ilə qaytarılmışdır. Həmin sənədlərdən sonra o öz torpaq sahəsini sənədlərini alsa da qardaşı Nadirin torpaq sənədlərini Daşınmaz Əmlak icra etməmişdir. Nadirin torpaq sahəsinin sənədləşməsinə dair onun müraciətinə baxılmamışdır. Halbuki həmin torpaq sahəsi də sənədləşdirilib ona verilməli idi. Ona görə ki, Nadirin vərəsəsi özüdür. İddiaçı Nadirin vərəsəsi deyildir. Həmin müqavilənin də heç bir əhəmiyyəti yoxdur. Torpaq sahəsi və fərdi yaşayış evi qardaşı Nadirin adınadır və o vərəsə olaraq həmin əmlaka sahib çıxmışdır. Ona görə də İddiaçı bu əmlaka heç bir aidiyyəti yoxdur. Lakin mülki işin sənədlərindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-(078)-430/2022 nömrəli qətnaməsindən aydın olur ki, Cavabdeh Naxçıvan şəhər 2-ci Dövlət Notariat Ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının (çıxarışın) ləğvi tələbinə dair iddia rədd edilmişdir. Artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə əsasında hüquqmüəyyənedici sənədlərlə əmlak İddiaçı məxsusdur və onun mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququna Cavabdeh tərəfindən aşkar şəkildə əmlakından istifadəyə maneənin yaradılması istər cavabdehin izahatı ilə, istər mütəxəssis rəyi, istərsə də yerində baxış zamanı müşahidə edilmiş hallarla tam sübuta yetirilmişdir. Bu halda cavabdeh tərəfindən iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə yaradılmış maneə aradan qaldırılmalıdır. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam əsaslı olduğundan təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 68.9 kv.metr olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırımalıdır. İddia təmin edildiyindən məhkəmə məsrəfinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsi verilən zaman 08 iyul 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 68.9 kv.metr olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İddiaçı tərəfindən 08 iyul 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar