Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-976/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı miras əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 80.51 kv.m miras əmlakın İddiaçı Sadiq oğlu, Cavabdeh2 Sadiq oğlu, Cavabdeh1 Sadıq qızı və Cavabdeh3 arasında naturada bölünməsi, miras əmlakı naturada bölünə bilmədiyi təqdirdə satılaraq vərəsələr arasında bərabər nisbətdə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 avqust 2023-cü il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar.
1. Cavabdehlər Cavabdeh2 Sadiq oğlu, Cavabdeh1 Sadıq qızı, Cavabdeh3 İddiaçı Sadiq oğlunun ünvan 1 ünvanında yerləşən miras əmlakının naturada bölünməsi, miras əmlakı naturada bölünə bilmədiyi təqdirdə satılaraq vərəsələr arasında bərabər nisbətdə bölünməsinə dair tələbini qəbul edirlər.
2. İddiaçı Sadiq oğlu, Cavabdeh2 Sadiq oğlu, Cavabdeh1 Sadıq qızı, Həsənova X1 şəhəri, İstiqlal küçəsi, ev 73, mənzil 47 ünvanında yerləşən miras əmlakının məhkəmədənkənar satılaraq onların hər birinə münasibətdə ¼ pay şəklində bölünməsilə razıdırlar.
3. Hazırki barışıq sazişini bağlayan tərəflər gələcəkdə mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən miras əmlakına dair bir-birinə qarşı iddia və tələblərinin olmayacaqlarına dair üzərlərinə öhdəlik götürürlər.
İmza: imza İddiaçı. İmza: imza iddiaçının vəkili və nümayəndəsi Vəkil. İmza: imza Cavabdeh2. İmza: imza Cavabdeh1. İmza: imza Cavabdeh3.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 22 sentyabr 2023-cü il tarixdə saat 09:30-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək tərəflərin razılığa gəldiklərini, barışıq sazişinin bağlandığını bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisinə xx.xx.2023-cü il tarixdə 23997 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərarverdi:
İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı miras əmlakın naturada bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Baş ofisinə xx.xx.2023-cü il tarixdə 23997 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva