Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-325/2022 13.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qəbul etməkdən imtina haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti “10” iyun 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək 134 (bir yüz otuz dörd) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti nun Cavabdeh qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbini onunla “Medlex MMC” arasında bağlanmış 01 avqust 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə yaranmış borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etdiyini, “Medlex MMC”-nin aidiyyəti orqanlara müraciət edərək borcun tam geri ödətdirməsini təmin etməsi və bunun müqabilində hüquq şirkətinə 134 manat məbləğində xidmət haqqı ödəməsi ilə əsaslandırmış və cavabdehə qarşı tələbinin onunla Cavabdeh arasında bağlanmış Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.19-cu maddəsindən irəli gəldiyini qeyd etmişdi. Məhkəmə ilk olaraq onu bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.3-ci maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.5-cü maddəsi ilə müəyyən edilir ki, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz ; - 89.3-cü maddəsinin tələbinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Yuxarıda qeyd edilən prosessual normaların tələbinə əsaslanaraq iddiaçının nəzərinə çatdırır ki, o, öz tələbini əsaslandıran halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdi. Belə ki, onun məhkəməyə təqdim etdiyi Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə, həmçinin “Medlex MMC” tərəfindən tərtib edilmiş aktlar, elektron qaimələr, sifariş sənədləri və hesabatlar mülki prosessual qanunvericiliyin tələbinə cavab vermir. Yəni "Elektron Məhkəmə" informasiya sisteminə yerləşdirilmiş həmin sənədlərin surət olması, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilməməsi müəyyən edilir. Bundan başqa “Medlex MMC” ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 avqust 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Qeyd edilən müqavilə şərti ilə bağlı məhkəmə iddiaçıya bildirir ki, “Medlex MMC”-nin əməkdaşının məhkəmə qərarının icra olunması zamanı icra prosesində iştirakının hüquqi əsasını etibarnamə təşkil edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 33-ci maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Ərizəyə isə “Medlex MMC”-nin “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin adından məhkəmə qərarlarının icrası proseslərdə iştirakını təsdiq edən hər hansı etibarnamə əlavə edilməmişdi. Qeyd edilənlərdən əlavə sözü gedən müqavilənin 5.1.1 və 6.2-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 faiz (on beş faiz) (Büro tərəfindən icra sürəcində olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 20%)) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. Büro tərəfindən borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilmir. Borclu şəxslərdən alınan pullar (borclar) müvafiq qaydada banka ödənilməlidir. Bu və ya digər şəkildə büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəyir, köçürmədiyi (ödəmədiyi), təqdirdə isə, öhdəsində qaldığı müddət üçün aldığı pul (borc) məbləğinə, bankın cari ən yüksək kredit faizinə 50%-nin əlavə edilməsi şərti ilə yaranacaq nisbətdə işlədiləcək faiz ilə bunun gündəlik 5%-i məbləğində cərimə ödəyir. Müqavilə şərtində “Medlex MMC”-nin borclu şəxslərdən pulların (borcların) qəbul edilməsinə icazə verilməməsi, bu və ya digər şəkildə büro pulları borclu şəxslərdən aldıqda, borclu şəxslərdən aldığı pulları (borcları) həmin gün ərzində bankın ən yaxın şöbəsi (filialı) vasitəsilə müvafiq kredit hesabına ödəməsi qeyd edilsə də, “Medlex MMC” tərəfindən müvafiq borcların müvafiq kredit hesabına ödəməsi də öz təsdiqini tapmır. Ən başlıcası isə göstərdiyi xidmətə görə “Medlex MMC” tərəfindən iddiaçının ona ödəməli olduğu xidmət haqqının verilməsi sifariş olunsa da, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Medlex MMC”-yə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməyib. Həmçinin ərizəyə əlavə edilmiş aktlar “Medlex MMC”-nin direktoru təsdiqlənsə də, iddiaçının təşkilatının rəhbərinin həmin sənədi tədiqləməməsi aydın olur. Hazırki vəziyyətdə isə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin təsdiq edən hallarla bağlı məhkəməyə sənəd təqdim etməmişdi. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yekunda məhkəmə onu da qeyd edir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-325/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-325/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver