Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-493/2024 20.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraata qaydasında) məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “10” iyul 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 01 avqust 2022-ci il tarixli, 012646 nömrəli “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 08 iyul 2024-cü il tarixə olan 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli, 012646 nömrəli “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən cavabdehin adına bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 05 avqust 2022-ci il tarixli təhvil-təslim aktına əsasən kart Cavabdeh təhvil verilmişdi. Müqavilənin 4.4.3-cü bəndinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək borcalan üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri borcalan tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Bu səbəbdən tərəfimizdən borcalan ilə dəfələrlə telefonla əlaqə saxlanılmış və ona xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6.1-ci bəndi ilə müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməyə borcludurlar. Həmçinin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Cavabdeh 01 avqust 2022-ci il tarixli, 012646 nömrəli “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 08 iyul 2024-cü il tarixə 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat overdraft borcu öhdəliyi vardır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Zeynəddin kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 10 iyul 2024-cü il tarixli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Cavabdehə göndərilmiş məhkəmə sənədləri onun Babək rayonu, Zeynəddin kəndində yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə belə hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli, 012646 nömrəli “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilə üzrə tərəflər aşağıda qeyd edilən və iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -“Əsas anlayışlar” adlı bölməsində qeyd edilir ki, “ödəniş kartı” kart sahibi tərəfindən malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul köçürülməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. “Debet kartı” kart sahibinin xüsusi kart hesabında olan pul vəsaiti həcmində əməliyyat aparmaq, mal, iş və xidmətə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən ödəniş kartıdır. “Kredit kartı” kart sahibinə bank krediti hesabına müəyyən olunmuş şərtlər və limit daxilində məhsul və xidmətlərin alışını reallaşdırmaq və nağd şəkildə pul vəsaitini əldə etmək hüququ verən ödəniş kartdır. “Limit” bank tərəfindən müəyyən edilən, əsas və yaxud əlavə karı sahibi tərəfindən həyata keçirilən ödənişlərin və alınan nağd pulların ümumi həcminin son həddi və ya aşılmayacağı məbləğdir; - 1.1-ci bəndinə görə müqavilə bank tərəfindən emisiya olunan debet və kredit kartlarının alınması və onlardan istifadə ilə bağlı bank və kart sahibi arasında münasibətləri, onların hüquq və vəzifələrini müəyyən edir və tənzimləyir; - 2.1 və 2.2-ci bəndlərinin mahiyyətinə görə bank tərəfindən kart sahibinin adına ödəniş kartı üzrə əməliyyatların aparılması üçün xüsusi kart hesabı açılır. Kart hesabı Azərbaycan manatı. ABŞ dollar və ya Avro ilə açıla bilər. Bank hesabının açılması bu müqavilə ilə rəsmiləşdirilir və kart sahibi tərəfindən bank hesabının açılması üçün tələb olunan müvafiq sənədlərin təqdim edildiyi günün ertəsi günündən gec olmayaraq həyata keçirilir; - 2.8-ci bəndinin tələbinə əsasən kart hesabına vəsaitin daxil edilməsi, xidmət haqqı və cərimələrin ödənilməsi karı hesabının açıldığı valyuta ilə həyata keçirilir. Digər valyutada vəsaitlər yalnız həmin valyutanın əməliyyat aparıldığı günə olan məzənnəsi ilə konvertasiya edilməsi yolu ilə daxil olur; - 2.8 və 2.11-ci bəndlərindən aydın olur ki, kart hesabı üzrə overdrafta yol verilmir. Hər hansı səbəbdən overdraft yaranarsa, overdraft məbləğinin yarandığı gündən ödənildiyi günədək bankın xidmət haqqı tariflərində nəzərdə tutulmuş cərimə sanksiyası tətbiq edilir və kart sahibinin bankda olan cari, depozit və sair hesabları üzrə əməliyyatları qanunvericiliyə uyğun olaraq dayandırmaqla, daxil olan vəsait overdraft və cərimə sanksiyalarının ödənilməsinə yönəldilir. Bankın müəyyən səbəblərə görə müqaviləyə uyğun olaraq kartla əməliyyatı dayandırmaq və kartı ləğv etmək səlahiyyəti vardır. Bank overdraftın yaranması barədə kart sahibinə məlumat verməli və overdraftın bağlanması üçün müvafiq tədbirlər görməlidir; - 4.1-ci, 4.1.3-cü və 4.1.5-ci bəndlərə görə kart sahibindən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmək, xüsusi kart hesabı üzrə overdraft (məzənnə fərqindən yarana biləcək overdraft halları istisna olmaqla) halı baş verərsə Kartı ləğv etmək və kartı banka qaytarmaq tələbi ilə kart sahibinə bildiriş göndərmək və overdraft halının baş verməsi tarixindən borcun faktiki ödənilməsi tarixinədək olan dövr üçün 23 faiz (iyirmi üç) hesablamaqla overdraftda olan məbləğə əlavə etmək bankın hüququdur; - 4.2 və 4.2.2-ci bəndlərindən görünür ki, ödəniş kartını müqavilə bağlandığı andan 2 (iki) həftə müddətində, təcili karı sifarişində isə 3 (üç) gün müddətində kart sahibinə təhvil vermək bankın vəzifəsidir; - 4.4, 4.4.2, 4.4.3, 4.4.5 və 4.4.11-ci bəndlərinin mahiyyətinə əsasən istifadə etmə müddəti ərzində kartlardan Azərbaycan Respublikasının qanunlarına, ödəniş sisteminin qaydalarına, bu müqavilənin şərtlərinə, bankın müəyyən etdiyi və gələcəkdə edəcəyi qaydalara əsasən istifadə etmək; kartdan istifadə etməklə kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək; kredit xəttindən istifadəyə görə faizlər və müvafiq komissiyaları ödəmək; müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmək kart sahibinin vəzifəsidir; - 5.1 və 5.3-cü bəndlərinə əsasən bank tərəfindən emisiyya edilən ödəniş kartları bankın mülkiyyətindədir və Bank tərəfindən geri alına bilər. Kartın sonuncu istifadə tarixindən əvvəl qeyri-qanuni istifadə edilməsi, limitin aşılması və ya kart sahibi tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi səbəbi ilə bank kartın istifadə edilməsini dayandıra bilər; -6.4-ci bəndinə görə kart sahibi bu müqavilənin bağlanması və icrası ilə əlaqədar banka təqdim etdiyi bütün sənədlərin və məlumatların həqiqiliyinə zəmanət verir və yanlış məlumat verməyə görə məsuliyyət daşıyır; - 7.1-ci bəndi ilə müəyyən edilir ki, tərəflər arasında bu müqavilədən irəli gələn və ya onun icrası ilə əlaqədar yaranmış mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir; - 8.1-ci bəndində göstərilir ki, müqavilə tərəflərin hər birinə 1 (bir) nüsxə verilməklə eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilir və imzalandığı tarixdən qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən kart hesabı üzrə overdrafta yol verilmir və hər hansı səbəbdən overdraft yaranarsa, overdraft məbləğinin yarandığı gündən ödənildiyi günədək bankın xidmət haqqı tariflərində nəzərdə tutulmuş cərimə sanksiyası tətbiq edilir və kart sahibinin bankda olan cari, depozit və sair hesabları üzrə əməliyyatları qanunvericiliyə uyğun olaraq dayandırmaqla, daxil olan vəsait overdraft və cərimə sanksiyalarının ödənilməsinə yönəldilir. Texniki overdraftın yaranmasının sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı məhkəməyə 05 avqust 2022-ci il tarixli, təhvil-təslim aktını və Cavabdeh məxsus AZ60NAXB**********26460004AZN nömrəli hesabdan 31 may 2023-cü ildən 25 may 2024-cü ilədək olan dövrü əhatə edən hesabdan çıxarışı təqdim etmişdi. Həmin sənədlərdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 (bir) ədəd zərfdə kart və kodların cavabdehə təhvil verilməsi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində bank hesabı açılması və onun overdraft borcunun yaranması aydın olur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 04 iyun 2024-cü il tarixli, 04/1022 nömrəli bildirişdən onun banka 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat məbləğində borcu olması və bu barədə ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilməsi məlum olur. İddia tələbinin təkzib edilməsi isə cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə etiraz və ya sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinin mahiyyətin görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biri əsassız varlanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh öz hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması ilə bağlı məhkəməyə hər hansı bir sübuta təqdim etməmişdi Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmçinin qeyd edilən Məcəllənin 439.4-cü maddəsi ilə müəyyən edilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 08 iyul 2024-cü il tarixli, 143 nömrəli maliyyə arayışında Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat məbləğində borcunun olması göstərilir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 01 avqust 2022-ci il tarixli, 012646 nömrəli müqavilənin 6-cı bölməsindən isə aydın olur ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqı da Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Cavabdeh 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat məbləğində pul, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 212.40 (iki yüz on iki manat, qırx qəpik) manat məbləğində pul, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-493/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-493/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver