Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-508/2023 03.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinə «29» avqust 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddiaçı Cavabdeh yük daşımaların həyata keçirilməməsi nəticəsində vurulmuş ziyana görə 14.000 (on dörd min) ABŞ dolları, əlavə çəkilmiş xərclərə görə 2000 (üç min) ABŞ dolları məbləğində pulun ödəniş gününə məzənnə nisbəti ilə manatla, həmçinin mediasiya ödənişi qismində ödənilmiş 50 (əlli) manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdi ki, o, Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə 03 noyabr 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi bağlanmış və o, cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdi. Həmin vaxtdan Cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mercedes Benz” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Türkiyə Respublikasından Gürcüstan Respublikasına dövlət sərhədindən keçirərkən aparılan gömrük yoxlaması nəticəsində onun üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş, buna görə də o, Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən **********08 nömrəli cinayət işi başlanmış və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdi. Daha sonra Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən **********08 nömrəli cinayət işi üzrə Cavabdeh təqsiri sübuta yetirildiyindən baxılması üçün Tbilisi Şəhər Məhkəməsinə göndərilmişdir. Buna görə də “Mercedes Benz” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilmiş və həmin vaxtdan hazırki vaxtadək orada saxlanılır. Qeyd edirəm ki, həmin avtomobillə ay ərzində minimum 1 dəfə yük daşınması həyata keçirildikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2000 (iki min) ABŞ dolları gəlir əldə edir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci ilin dekabr ayından hazırki vaxtadək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mercedes Benz” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də həmin avtomobildən 7 ay müddətində istifadə edilməməsi nəticəsində cəmiyyətə aylıq 2000 (iki min) ABŞ dolları olmaqla, cəmi 14.000 (on dörd min) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin avtomobildə olan yüklərin Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkından digər yük avtomobilinə yüklənərək ölkəyə gətirilməsi, Gürcüstan Respublikasında hüquqi işlərin görülməsi, gediş- gəliş, qalmaq və digər işlər üçün də təxminən 3000 (üç min) ABŞ dolları məbləğində xərc çəkilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 17.000 (on yeddi min) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Lakin həmin vurulmuş ziyan Cavabdeh tərəfindən hazırki vaxtadək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Hesab edirəm ki, Cavabdeh yükdaşımaların həyata keçirilməməsi nəticəsində vurulmuş ziyana görə 14.000 (on dörd min) ABŞ dolları, əlavə çəkilmiş xərclərə görə 3000 (üç min) ABŞ dolları məbləğində pulun ödəniş gününə məzənnə nisbəti ilə manatla, həmçinin mediasiya ödənişi qismində ödənilmiş 50 (əlli) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan iddia ərizəsi Babək Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 03 oktyabr 2023cü il tarixə, saat 1600-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə 29 avqust 2023-cü il tarixli məhkəmə bildirişi ilə məlumat verilsə də, onlar məhkəmə hazırlıq iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə ki, mülki iş materiallarında olan "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının məhkəməyə təqdim etdiyi ona məxsus olduğu bildirdiyi (050) ***-**-** mobil nömrəsinə 29 avqust 2023-cü ildə SMS bildiriş verilməsi, həmçinin məhkəmə bildirişinin onun elektron kabinetinə yerləşdirilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli, ********** nömrəli xidməti teleqramdan isə məhkəmə bildirişinin cavabdehə 05 sentyabr 2023-cü ildə təqdim edilməsi aydın olur. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsi tətbiq olunmalı və Qaya Nəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdi. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Qaya Nəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırda bu məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Çünki, “Qaya Nəqliyyat» Məhdud Məsuliyyətli Cəmiyyəti əmək mübahisəsinə aid olduğundan o, qanunvericiliyin tələbinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-508/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-508/2023
03.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver