Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-100/2023 19.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X24 məhkəmə iclas katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, şahidər Şahid1 Yadulla oğlunun və Şahid2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mirasın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mirasın faktiki qəbulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən X3 miras qalan 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi olan miras əmlakın X19 tərəfindən sağlığında qəbul etməsi faktının təstiq olunması, X1 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, mərhum qayınatası X3 ünvan 2 ünvanında 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi miras əmlak olaraq qalmışdır. Mərhum qayınatası X13 23 may 2007-ci ildə dünyasını dəyişmişdir. Mərhum M.Məmmədovun həyat yoldaşı mərhum X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, mərhum X19 mərhumun vərəsələridir.Mərhum qayınatası vəfat etdikdən sonra həmin miras əmlakda mərhum həyat yoldaşı (miras qoyanın birinci növbəli vərəsəsi) X19 və onun ailə üzvləri-vərəsələri yaşamışdır. X26 həyat yoldaşı İddiaçı, X20, X22, X14 adlı vərəsələri vardır. Mərhum həyat yoldaşı atasından qalan miras əmlakı miras qoyan öldükdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 aylıq müddət) həmin miras əmlakda faktiki yaşamaqla və miras əmlakı idarə etməklə qəbul etmiş, birinci növbəli vərəsə kimi həmin miras əmlaka faktiki sahibliyi həyata keçirmiş və bunu aşkar nümayiş etdirmişdir. Bunu onlarla eyni küçədə yaşayan qonşuları da təsdiq edirlər. Mərhum həyat yoldaşı 03 iyun 2018-ci ildə həmin evdə vəfat etmişdir. Mərhum yoldaşının vəfatından sonra həmin miras əmlakda o və övladları-X22 və X14 yaşamışlar. X20 isə 2010-cu ildə ailə həyatı quraraq həmin evdən ayrılmışdır. İddiaçı həmin miras əmlakda faktiki yaşamaqla miras əmlakı qəbul etmiş, həyat yoldaşı sağlığında (atası rəhmətə getdikdən sonra) fərdi yaşayış evinin elektrik enerjisinin sərfiyyatı ilə bağlı abunə haqqını 2018-ci ilədək ödəmiş, o rəhmətə getdikdən sonra isə müvafiq ödəmələr İddiaçı həyata keçirilmişdir. Bu Naxçıvan MR X21 Ordubad Rayon Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli, 77 saylı arayışı ilə də rəsmi olaraq öz təsdiqini tapır. Bundan əlavə miras əmlak olan torpaq sahəsinin bələdiyyə vergiləri də onun tərəfindən ödəilmişdir. Bu Ordubad Rayon Ordubad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 53 saylı arayışı və ödəmə qəbzi ilə öz təsdiqini tapır. Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli, 74 saylı arayışı ilə o da sübut olunur ki, həmin miras əmlakın su sərfiyyatı ilə bağlı abunə haqqları onun tərəfindən ödənilmişdir. Bundan əlavə Ordubad Rayon Qaz İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 17 saylı arayışı ilə həmin miras əmlakın qaz sərfiyyatı ilə bağlı abunə haqqları onun tərəfindən ödənilmişdir. Həmçinin miras əmlakın daşınmaz əmlaka dair icbari sığortası da onun müraciəti əsasında sığorta idarəsi tərəfindən sığortalanmış və müvafiq Şəhadətnamədə “sığorta olunan” qisimdə ona qeyd olunmuşdur. Bu Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnamə və ödəniş qəbzi ilə öz təsdiqini tapır. Bundan bir müddət əvvəl təxmnən 2022-ci ilin ikinci yarısında hazırki iş üzrə Cavabdeh1 Ordubad Rayon Məhkəməsində ona, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbulu faktı, miras əmlakda payların müəyyən olunması və çəkilən xərc” tələbinə dair iddia qaldırmış, iddia əsassız olduğundan və sübut olunmadığından Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-148/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Belə olan halda müvafiq qətnamə artıq predusiyal əhəmiyyət daşıyır və hazırki iş üzrə cavabdehin hazırki mübahisə predmeti olan miras əmlakı qəbul etməməsi öz təsdiqni tapmış olur. Mərhum M.Məmmədov öldükdən sonra sözügedən miras əmlka nə qanunla müəyyən edilmiş müddətdə, nə də ki, miras əmlaka sahiblik etmək, miras əmlakı idarə etməklə qanun üzrə vərəsə Cavabdeh1 tərəfindən qəbul edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının müəyyən edilmişdir ki, 0, 1956-cı ildə doğulmuş, 1975-ci ilə qədər həmin evdə yaşamış, 1975-ci ildə ailə qurmuş, ailə qurmasına baxmayaraq 1982-ci ilədək əri ilə birlikdə mübahisəli evdə, sonra isə ər evində yaşamışdır. Məmmədov Məmməd 23 may 2007-ci il tarixində ölmüş, onun ölümündən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, həmin evdə qardaşı Nadir və ailə üzvləri yaşamışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etməmişdir. Həmçinin mirasa sahiblik etməsini, mirası idarə etməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir”. Bu qətnamənin müvafiq hissəsində qeyd olunanlara əsasən bir daha sübut olunur ki, həmin miras əmlak Cavabdeh1 tərəfindən deyil, mərhum həyat yoldaşının sağlığında onun tərəfindən, onun ölümüdən sonra isə İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı miras əmlakın tərəfindən qəbulu ilə bağlı Ordubad rayon Notariat Ofisinə müraciət etsə də, müvafiq notaraiat ofisindən ona yazılı sürətdə məlum edilmişdir ki, müvafiq miras əmlakın qəbulu üçün müəyyən olunmuş müddət buraxılmış və həmçinin bir sıra sənədlər notariat ofisinə təqdim olunmamışdır. İddiaçı məhkəməyə müraciət etməli olmuş. Əlavə olaraq bildirmək istəyirəm ki, istər miras qoyan mərhum X6, istərsə də, onun mərhum həyat yoldaşı X4 istəkləri mübahisə predmeti olan miras əmlakın onların yanında yaşamaqla onlara qulluq edən, övladlıq borcunu yerinə yetirən övladları X11 verilməsi olmuşdur ki, bunun da əyani sübutu X8 Ordubad Rayon Notaiar Kontoruna xx.xx.2009-cu ildə verdiyi vəsiyyətnamədir. Həmin vəsiyyətnamədə Fatma Məmmədova açıq göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin hamısını və evin qarşısında olan bütün torpaq sahəsini,qapıdan girmə bütün yardımçı tikililərlə birlikdə oğlu X15 vəsiyyət etməsi, qalan vərəsələri həmin əmlakdan, vərəsəlik hüququndan məhrum etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı mərhum həyat yoldaşı X19 tərəfindən sağlığında atası X3 miras qalmış ünvan 3 ünvanında 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, mərhum həyat yoldaşı X19 tərəfindən sağlığında atası X3 miras əmlak kimi qəbul etdiyi ünvan 3 ünvanında 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçınınn vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu, bu səbəbdən də İddiaçı mərhum həyat yoldaşı X19 tərəfindən sağlığında atası X3 miras qalmış ünvan 3 ünvanında 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinə münasibətdə mirasın qəbulu faktının təsdiq olunması, mərhum həyat yoldaşı X19 tərəfindən sağlığında atası X3 miras əmlak kimi qəbul etdiyi ünvan 3 ünvanında 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının təklifi əsasında şahid qismində dindirilmiş Şahid2 ifadələrində bildirmişdir ki, 13 ildir o məhəllədə yaşayır.X23 və mərhum Nadir Məmmədovu, onun ailə üzvlərini S.Ağazadə və onun övladlarını görmüşdür. M.Məmmədovun evində qalan oğlu N.Məmmədovun 5-6 il bundan qabaq yas mərasimində, əvvəllər isə qızlarının toy məclislərində yaxından qonşu kimi iştirak etmişdir.N.Məmmədov öldükdən sonra N.Məmmədov o evdə yaşamış, qalan bacı və qardaşları isə özlərinə məxsus evində və Rusya Fedarasiyasında yaşayırlar. Məhkəmə iclasında iddiaçının təklifi əsasında digər şahid qismində dindirilmiş Şahid1 Yadulla oğlu ifadələrində bildirmişlər ki, onun 63 yaşı var.Ömrünün yaısını N.Məmmədovla dosluq və qonşuluq edib.N.Məmmədov M.Məmmədova və F.Məmmədovaya bir övlad kimi qayğı göstərmişdir.Onların məhləsi əvvəl X27, Nizami küçəsi idi.İndi isə yenilənərək Ordubad şəhəri, X27, C.Məmmədquluzadə küçəsi adlanır.İddiaçı həmin evə gəlin gəlmiş və həmin evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, vəkili Vəkil2 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3, Cavabdeh4 məhkəməyə ünvanladıqları teleqramlarında mərhum qardaşının həyat yoldaşı mərhum valideyinlərinə məxsus evdə yaşamasına və mirasın idarə olunmasına etirazları olmadığını bildirmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 597323 və 597319 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 23 may 2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 iyun 2007-cı il tarixdə 47 nömrə ilə,X10 27 iyul 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 avqust 2016-cı il tarixdə 70 nömrə ilə qeyd edilmişdir. 496887 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 03 iyun 2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 iyul 2018-ci il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. 29 noyabr 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X16 və X10 arasında nikah 01 mart 1954-cü il tarixdə Ordubad rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. 1243 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 vərəsələri həyat yoldaşı mərhum X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, mərhum X12r. 418403 saylı 01 fevral 1985-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və İddiaçı arasında nikah 01 fevral1985-ci il tarixdə Ordubad rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. 0074877 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan X7 mülkiyyətində olan 0.1882 ha torapq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli kitabın 1065 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********89-10301) xx.xx.2009-cu il tarixli vəsiyyətnamədən görünür ki, X2 şəhəri, C.Məmmədquluzadə küçəsi, döngə 2, ev 9 ünvanında yerləşən yaşayış evini, əlavə tikililəri ilə birlikdə, yerləşdiyi torpaq sahəsi də daxil olmaqla oğlu X11 vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixli Energetika xidməti ilə məişət abonenti arasınada elektrik enerjisinin alqı-satqısının birtipli müqqaviləsindən görünür ki, müqavilə ünvan 3 ünvanında olan evin elektirik ödənişlərini 2018-ci ilə qədər X19 ödəmiş, həmin ildən 2022-ci daxil olmaqla İddiaçı tərəfindən sərfiyat ödənilmiş, 70675280 nömrəli hesbalaşma sayğacı üzrə enerji borcu yoxdur. Naxçıvan MR Ordubad Rayon Qaz İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən evə qaz xətti çəkilərkən müqavilə X9 adına bağlanmış, xx.xx.2023-cü ilədək Qaz İstismar İdarəsinə qaz pulu borcu yoxdur. Ordubad Rayon Ordubad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 53 saylı arayışına əsasən X7 Ordubad Bələdiyyəsinə heç bir borcu yoxdur. Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 74 saylı arayışına əsasən İddiaçı həmin miras əmlakın su sərfiyyatı ilə bağlı abunə borcu yoxdur. Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsinin surətindən görünür ki, sığorta olunan” əmlak İddiaçı ilə Ordubad Rayon Sğorta İdarəsi arasında bağlanmışdır. İddiaçı və onun övladlarının ərizəsinə cavab olaraq Ordubad Rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu məhkəmə tərəfindən təyin olunur. Aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, izahatlarını, iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 23 may 2007-ci il tarixdə ölmüş, ondan ünvan 3 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 111.57 kv.msahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Mərhum M.Məmmədov öldükdən sonra sözügedən miras əmlka nə qanunla müəyyən edilmiş müddətdə, nə də ki, miras əmlaka sahiblik etmək, miras əmlakı idarə etməklə qanun üzrə vərəsələr tərəfindən qəbul edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının müəyyən edilmişdir ki, X16 23 may 2007-ci il tarixində ölmüş, onun ölümündən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində X19 və ailə üzvləri yaşamışdır. Digər vərəsələr isə özlərinə aid evlərində yaşamışlar.Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etməmişlər. Həmçinin mirasa sahiblik etmələrini, mirası idarə etmələrini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Məmmədov Məmməd öldükdən sonra sözügedən miras əmlaka faktiki olaraq N.Məmmədov və onun ailə üzvləri, F.Məmmədovanın vəsiyyət üzrə vərəsə N.Məmmədova tərəfindən qəbul edilmişdir. N.Məmmədov və onun ailə üzvləri miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N.Məmmədov və onun ailə üzvləri miras açıldıqdan sonra miras əmlakda yaşamış, əmlakdan istifadə etmişdir ki, bu hallar da şahid ifadələri və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Mərhum N.Məmmədov öldükdən sonra isə onun ailə üzvləri miras əmlakda yaşamaları, əmlakdan istifadə etmələri şahid ifadələri və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras isə faktiki olaraq açılmışdır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: Mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum M.Məmmədov və F.Məmmədova öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum M.Məmmədovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum M.Məmmədovun oğlu N.Məmmədov tərəfindən, N.Məmmədov isə öldükdən sonra onun ailə üzvləri faktiki idarə edilməklə mirası qəbul edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, X19 atası X13 vəfat etdikdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir. Mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmiş vərəsə mərhum N.Məmmədov isə vəfat etdikdən sonra 2018-ci il tarixdən həyat yoldaşı İddiaçı və övladları həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019 tarixli, 03 saylı qərının 10.2-ci bəndində qeyd edilmişdir ki, “mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən X3 miras qalan 0.1882 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi olan miras əmlakın X19 tərəfindən sağlığında qəbul etməsi faktı müəyyən edilsin. X1 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-100/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-100/2023
19.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver