Məhkəmə qərarları › İş №e-2(080)-18/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-18/2023

09.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-18/2023 09.03.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz və birgə nikah dövrü qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı və nümayəndəsi-vəkili Vəkil iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh qarşı 03 fevral 2020-ci il tarixində 5000 (beş min) manata alqısatqı müqaviləsi əsasında, 1998-ci il buraxılışlı, göy yaşıl rəngli, “Vaz 21043” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə 1/2 pay hüququnun müəyyən olunması, cehiz əşyalarının və ya onların dəyəri olan 1365 (bir min üç yüz altmış beş) manat, birgə nikah dövründə əldə etdikləri ev əşyalarının dəyərinin yarısı olan 3307.50 (üç min üç yüz yeddi) manat, əlli qəpik və iş üzrə ödəmiş olduğu 68.00 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsində görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinin görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə, saat 12:00-a və xx.xx.2023-cü il tarixə saat 14:00-a təyin olunmuş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmiş, İddiaçı, nümayəndəsi-vəkili Vəkil göstərilən tarixlərdə məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü və bu səbəblərin üzrlü olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 17 noyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən X2 (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 68 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdehn qarşı cehiz və birgə nikah dövrü qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 17 noyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən X2 (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 68 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar