Məhkəmə qərarları › İş №e-2(080)-180/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-180/2024

20.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-180/2024 20.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi,məhkəmə iclas katibi Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus 19621,35 (on doqquz min altı yüz iyirmi bir manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə 50 (əlli) manat ödənilmiş mediasiya xərcnin əvəzinin, cəmi 19671,35 (on doqquz min altı yüz yetmiş bir manat otuz beş qəpik) manat pul məbləğinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, o, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi İddiaçı MMC-də Satış nümayəndəsi vəzifəsində işləmişdir. Cavabdeh İddiaçı MMC-də çalışdığı müddət ərzində İddiaçı MMC (müəssisə) ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pul məbləğlərini satış nöqtələrindən toplasa da, topladığı pulların 19621,35 (on doqquz min altı yüz iyirmi bir manat otuz beş qəpik) hissəsini Müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da, onun Müəssisəyə ümumilikdə 19621,35 (on doqquz min altı yüz iyirmi bir manat otuz beş qəpik) borcu yaranmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixində borcun ödənilməsinə dair xəbərdarlıq göndərilmişdir, lakin cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC-in nümayəndəsi Nümayəndə2 30 iyul 2024-cü il saat 15:00-da keçirilən məhkəmə baxış iclasına iştirak etmiş və iddianı müdafiə etmişdir. İddiaçı MMC-nin hüquqşünası Nümayəndə1 məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alıb məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər İddiaçı MMC-də Satış nümayəndəsi vəzifəsində işləmişdir. Cavabdeh İddiaçı MMC-də çalışdığı müddət ərzində İddiaçı MMC ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pul məbləğlərini satış nöqtələrindən toplasa da, topladığı pulların 19621,35 (on doqquz min altı yüz iyirmi bir manat otuz beş qəpik) hissəsini Müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da, onun Müəssisəyə ümumilikdə 19621,35 (on doqquz min altı yüz iyirmi bir manat otuz beş qəpik) manat borcu yaranmışdır. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu zərərin əvəzini bu günədək ödəməmişdir. Odur ki, iddiaçı “Avrora" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19621,35 manat borc və ödənilmiş 50 manat mediasiya xərci cəmi 19671,35 on doqquz min altı yüz yetmiş bir manat otuz beş qəpik) manat pul məbləği alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 19621,35 manat borc və ödənilmiş 50 manat mediasiya xərci cəmi 19671,35 (on doqquz min altı yüz yetmiş bir manat otuz beş qəpik) manat pul məbləği alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Naxçıvan Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar