Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-43/2025 11.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, X6 “ölmüş elan edilməsi” barədə Ərizəçi ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri; Ərizəçi, ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, 25 iyul 1953-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X3 25 iyul 1953-cü il tarixdə anadan olmuşdur. X3 ilə anası X11 16sentybar 1973-cü il tarixdə Ordubad rayon Qeydiyyat şöbəsində nikah qeydiyyatından keçərək ailə qurublar. X3 ilə anası X11 arasında ailə münasibətləri pozulduğundan atası Sadıq Ramazanov 1984-cü il tarixdə başqa qadınla X4 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X3 1993-cü i! tarixdə işləmək üçün Bakı şəhərinə getmiş və həmin tarixdən evə qayıtmamışdır. Bundan sonra arvadı X2 müraciəti əsasında Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli, 2-1 nömrəli qətnaməsi ilə X3 xəbərsiz itkin düşmüş hesab edilmişdir. X1 xəbərsiz ilkin düşmüş hesab edildiyi 10 yanvar 2005-ci il tarixdən bu günə kimi onun harada olması barədə rəsmi həmçinin qeyri rəsmi hər hansı bir məlumat yoxdur.X1 ölümü haqqında şəhadətnamənin əldə olunması üçün Ordubad rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin müvafiq müraciətindən imtina edilərək məhkəməyə müraciət etməyini göstərilmişdir. Vərəsəlik hüququ əsasında əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsinin, həmçinin şəxsi-qeyri əmlak hüquqlarımın həyata keçirilməsi üçün atası X7 ölümü barədə müvafiq sənəd tələb olunur ki, həmin sənədi başqa formada əldə edə bilmir.X1 Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli, 2-1 nömrəli qətnaməsi ilə itkin düşmüş hesab edildiyi vaxtdan 20 il müddət keçmiş, bu günə kimi X6 harada olması barədə heç bir məlumat əldə olunmamışdır. Ərizəçi 25 iyul 1953-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili Nümayəndə ərizənin əsaslı olduğunu bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Ordubad rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxs Ordubad rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdr ki, ərizəçi ilə uzaqdan qohumdur, yoldaşının xalaqızısının əridir. Ərizəçinin X14ı 1970-ci illərdən tanıyır. Ramazanov Sadıq 1993-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmiş və həmin tarixdən sonra onu görməmişdir. Ailəsi dəfələrlə maraqlansa da Ramazanov Sadıq haqqında heç bir məlumat əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdr ki, ərizəçi ilə qohumuq, xalaoğlusudur. Ərizəçinin X14ı gedəndə onun yaşım az idi. Ramazanov Sadıq 1993-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmiş və həmin tarixdən sonra odan bir xəbər yoxdur. 1993-cü ildən bu tərəfə heç kəs Ramazanov Sadıqı görməmişdir. Məhkəmə ərizəçini, nümayəndəsi-vəkilin, şahidlərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin halları İş materiallarında olan- Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli, 2-1 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X2 ərizəsi təmin edilərək X10 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. 11 dekabr 2024-cü il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X12 25 iyul 1953-cü il tarixdə Ordubad şəhərində doğulmuş, bu barədə doğum akt qeydləri kitabında 11 avqust 1953-cü il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. 12 dekabr 2024-cü il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X8 xx xxxxxxx 1974-cü il tarixdə Ordubad şəhərində doğulmuş, bu barədə doğum akt qeydləri kitabında 08 dekabr 1974-cü il tarixdə 204 nömrə ilə qeyd edilmişdir. Ordubad rayon Qeydiyyat Şöbəsindən verilmiş 3-16-5/8-11-270/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Ordubad rayon qeydiyyat şöbəsində və qeydiyyat şöbəsinin arxivində X6 ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3.-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4.-ci maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmənin mövqeyi X6 10 yanvar 2005-ci il tarixdə itkin düşməsini və həmin vaxtdan keçən müddət ərzində onun sağ olması barədə heç bir məlumat olmamasını, Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli, 2-1 saylı qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilməsini, sübutların mötəbərliyini əsas götürən məhkəmə, X6 həlak olmasının güman edildiyi günün qətnamə qüvvəyə mindiyi gün kimi qeyd edilməsini qanuna uyğun hesab edir. Sadalananlara əsasən və Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 305-ci maddəsinin göstərişinə əsasən məhkəmə hesab edir ki, Ərizəçinın xx.xx.1953-cü il tarixdə anadan olmuş X1 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1953-cü il təvəllüdlü X10 ölmüş elan edilsin. xx.xx.1953-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Qətnamənin icrası Ordubad Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-43/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-43/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver