Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-121/2023 26.12.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı QSC-nin, Cavabdeh qarşı “işçinin işəgötrənə vurduğu ziyana görə tam maddi məsuliyyətinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC-nin, nümayəndəsi və vəkili Vəkil elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2900 manat əsas borc, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 3110 manatın tutlaraq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilədə əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isı satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmiş, Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona 2900 manat pul məbləği dəyərində bilet təhvil verilmiş, təhvil verildikdən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş lotereya biletlərin mənimsənildiyi müəyyən olunmuş, izahat zamanı cavabdeh ona təhvil verilən 2900 manatlıq loteriya biletlərini xx.xx.2022-ci il tarixində işə gələrkən taksidə unutduğunu qeyd etmiş bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verdiyini etiraf etmiş, nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 2900 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə Cavabdeh iddiacı İddiaçı QSC qarşısında 2900 manat əsas borc, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 3110 manat borcu yaranmışdır. İş üzrə tərəflər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı X3 nümayəndəsi Vəkil xx.xx.2023-cü tarixə saat 11:00-a təyin edilmiş məhkəmə prossesində iştirak edərək elektron məhkəmə infiromasiya sistemi vasitəsilə daxil olan mülki işə əlavə olunmuş sənədlərin İddiaçı X3 əsli ilə düzdür möhrü ilə möhürlənmiş sənədləri və 000041 №-li 05 iyul 2022-ci il tarixli malların təhvil-təslim aktını, 96163 seriya nömrəli xx.xx.2022-ci il tarixli, 94770 seriya nömrəli xx.xx.2022-ci il tarixli, 94776 seriya nömrəli xx.xx.2022-ci il tarixli, 96122 seriya nömrəli xx.xx.2022-ci il tarixli, 97661 seriya nömrəli xx.xx.2022-ci il tarixli və 97503 seriya nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərini məhkəməyə təqdim edərək təhvil-təslim aktının və mədaxil qəbizlərinin mülki işə əlavə olunmasını və məhkəmə araşdırması zamanı nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq İntegral Express” X5 xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə göndərərək təyin olunmuş baxış iclasının onların iştirakları olmadan keçirilməsini, iş üzrə iddianın təmin olunması barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və mövcud vəziyyəti nəzərə alaraq onların iştirakı olmadan mülki işə baxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi və xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi” müqaviləyə və xx.xx.2022-ci il tarixli 000041 saylı təhvil təslim aktına əsasən Cavabdeh İddiaçı QSC-nə 2900 manat dəyərində maddi ziyan vurmuş və nəticədə 2900 manat pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 000041 saylı təhvil təslim aktına əsasən Cavabdeh 2900 manat məbləğində loteriya biletlərini qəbul etmişdir. Mülki işə əlavə olunmuş cavabdehin xx.xx.2022-ci il tarixli izahatına əsasən İddiaçı QSC tərəfindən cavabdehə təhvil verilmiş 2900 manat dəyərində loteriya biletlərini xx.xx.2022-ci il tarixdə işə gedərkən taksidə qaldığını bildirmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli madaxil qəbzinə əsasən iddiaçı X2 60 manat məbləğində pul köçürmüşdür. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil orderinə əsasən iddiaçı hüquqi xidmətin göstərilməsi üçün “Sirius” Vəkil Bürosu ilə müqavilə bağlamışdır. Bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmaqla işə götürənə vurduğu ziyanı ödəmədiyindən, hazırki vaxtadək onun iddiaçı qarşısında cavabdehin xx.xx.2022-ci il tarixli izahatına və xx.xx.2022-ci il tarixli 000041 saylı təhvil təslim aktına əsasən 2900 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi və xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi” müqaviləyə və xx.xx.2022-ci il tarixli 000041 saylı təhvil təslim aktı, cavabdehin xx.xx.2022-ci il tarixli izahatı və xx.xx.2023-cü il tarixli maliyyə arayış göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 10 fevral 2023-cü il tarixli Sədərək rayon Dəmirçi Bələdiyyəsinə göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklifin çatdırılması üçün göndərilmiş məktub Cavabdeh vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə görə Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə verilən iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməməsi məsələsinə də münasibət bildirərək belə nəticəyə gəlir ki, “X6” Azərbaycan Respublikası Qanunun 9.1-1ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, pul tələbi əsaslıdır. Ona görə də İddiaçı QSC-nə dəymiş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2900 manat əsas borc, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 3110 manat məbləğində pulun Cavabdeh əmək müqaviləsinə görə dəymiş zərərin əvəzi olaraq alınıb İddiaçı QSC-nin bank hesabına ödənilməlidir. Göründüyü kimi Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə bu günə kimi heç bir ödəniş etməmişdir. Buna görə də Cavabdeh əmək müqaviləsinə əsasən dəymiş zərərin əvəzini ödəmədiyindən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 358.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı QSC-nin əmlakına vurduğu maddi ziyana görə 2900 manat əsas borc, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 3110 (üç min bir yüz on) manat pul Cavabdeh alınaraq İddiaçı QSC-nin bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-121/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-121/2023
26.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver