Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-28/2022 03.03.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin, etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 14.03.2019-cu il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi üzrə subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş 1700 manat pul borcunun və 37 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə Cavabdeh ümumilikdə 1737 manat pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.03.2019-cu il tarixdən 14.03.2020-ci il tarixədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmışdır, cavabdeh ilə 14.03.2019-cu il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi bağlanılmışdır. 24.04.2019-cu il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Aeroport yolunda “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, həmin hadisə ilə bağlı Xəzər rayon DYPŞ-nin 30.04.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin texniki xidmət mərkəzi tərəfindən 01.05.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat zərər dəymişdir. İddiaçı 22.05.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir və ona görə də subroqasiya hüququnun olduğunun nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq Cavabdeh 1700 manat zərər məbləğində pul borcu yaranmışdır. Ona görə də 37 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 1737 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 27 yanvar 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 08 fevral 2022-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə X3 arasında bağlanmış 14.03.2019-cu il tarixli PXA ********** nömrəli siğorta müqaviləsinə əsasən “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.03.2019-cu il tarixdən 14.03.2020-ci il tarixədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmışdır. Cavabdeh ehtibarnamə olmadan idarə etdiyi “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Aeroport yolunda “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 01.05.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh 24.04.2019-cu il tarixdə etibarnamə olmadan idarə etdiyi “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Aeroport yolunda “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 01.05.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat zərər dəymişdir həmin zərər də İddiaçı ASC-tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin hadisə ilə bağlı Xəzər rayon DYPŞ tərəfindən verilmiş 30.04.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə dəqsirli bilinmişdir. Ərizəyə əlavə olunmuş 14.03.2019-cu il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi, PXA47649 nömrəli siğorta aktı, Xəzər rayon DYPŞ tərəfindən verilmiş 30.04.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh qərarı, Xəzər rayon DYPŞ tərəfindən verilmiş 30.04.2019-cu il tarixli arayış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş 25.04.2019-cu il tarixli 006264 nömrəli arayış, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 01.05.2019-cu il tarixli qüsur aktı, 16.05.2019-cu il tarixli təhvil təslim aktı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 22.05.2019-cu il tarixli "xxxx" ASC-nin qəbzindən aydın olur ki, 1700 manat pul zərərçəkmiş X2 verilmişdir. İddia ərizəsinə əlavə olunmuş 16.05.2019-cu il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh 24.04.2019-cu il tarixdə etibarnamə olmadan idarə etdiyi “Hyundai Elentra” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Aeroport yolunda “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 01.05.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X5” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat zərər dəymiş həmin zərər İddiaçı ASC tərəfindən ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan Cavabdeh olduğundan həmin məbləği ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1700 manat zərər məbləğinin və 37 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 1737 (bir min yeddi yüz otuz yeddi) manat alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-28/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-28/2022
03.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver