Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-46/2022 20.04.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı “X1 Azərbaycan” QSC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin, Hüquq Departamentinin hüquqşünası Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 87.30 manat xidmət haqqının və ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə Cavabdeh ümumilikdə 117.30 manat pulun alınaraq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında 05.05.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış həmin müqavilə üzrə cavabdeh öhdəlikləri yerinə yetirməmiş, iddiaşıya olan borcunu ödəməkdən imtina etmişdir, buna görə də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət etdiyini, Sədərək rayon məhkəməsinin 06.07.2021-ci il tarixli e-2(088)-24/2021 saylı məhkəmə qətnaməsi çıxardığını, nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış 01.03.2016cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun ələb edilməsini "xxxx" MMC-nə sifariş etmişdir. Cavabdeh 26.08.2021-ci il tarixdə 400 manat və 17.09.2021-ci il tarixdə 11.53 manat məbləğlərindəki vəsait "xxxx" MMC vasitəsi ilə təmin edilmişdir, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdehlər tərəfindən “X1 Azərbaycan” QSC-nə ödənilmiş hər məbləğin 15 faizi həcmində yəni 87.30 manat məbləğində xidmət haqqı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmişdir. Buna görə də Cavabdeh 87.30 manat məbləğində xidmət haqqı ödəməlidir. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 117.30 manat pul Cavabdeh alınıb “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 17 mart 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 01 aprel 2022-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı "xxxx" MMC ilə bağladığı 01.03.2016-cı il tarixli müqavilənin 5.1.1 ci maddəsinə əsasən cavabdehlər tərəfindən “X1 Azərbaycan” QSC-nə ödənilmiş hər məbləğin 15 faizi həcmində xidmət haqqı ödənilməlidir. Hazırkı işlə bağlıda məlum olur ki, Cavabdeh qarşı məhkəmədə iddia qaldırılmış, iddiaçının iddası təmin edilərək 773 manat qət edilmişdir. Lakin, cavabdeh qətnaməni icra etmədiyindən iddiaçı "xxxx" MMC–nin hüquqi xidmətindən istifadə etmişdir. Onun üçün isə 87.30 manat məbləğində xidmət haqqı “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. Buna görə də Cavabdeh 87.30 manat məbləğində xidmət haqqı tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, onunla iddiaçı arasında bağlanmış 05.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, göstərilmiş hüquqi xidmətə görə 87.30 manat məbləğində xidmət haqqı borcu yaranmışdır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə, 05.05.2019-cu il tarixli kredit müqaviləsi, 24.01.2022-ci il tarixli aktlar və maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. Əlavə olaraq Sədərək rayon məhkəməsinin e-2(088)-24/2021 nömrəli 06.07.2021-ci il tarixli qətnaməsi də göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş 14.02.2022-ci il tarixli 00089 nömrəli bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu baxımdan iddiaçı cavabdehə qarşı məhkəmə qətnaməsinin icrası üçün 01.03.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə üzrə hüquqi yardım aldığından, "xxxx" MMC-nə xidmət haqqı ödəmişdir. Buna görə də Cavabdeh xidmət haqqının əvəzi olaraq 87.30 manat məbləğində pul alınaraq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 107, 121, 284-1, 284-5.3, 284-6, 216- 220-ci və 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 05.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış xidmət haqqı olan (hüquqi xidmət haqqı) 87.30 manat maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 117.30 (bir yüz on yeddi manat, otuz qəpik) manat pul Cavabdeh alınaraq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-46/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-46/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver