Məhkəmə qərarları › İş №e-2(088)-80/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-80/2023

04.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-80/2023 04.09.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ İddiaçı “X2” QSC-nin, Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyətinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı “X2” QSC-nin vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2900 manat əsas borcu, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi yardım göstərilməsi üçün vəkilə ödənən haqq olmaqla cəmi 3110 manat məbləğində pul borcunu cavabdehdən tutularaq iddiaçı “X2” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 19 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclasında tərəflər iştirak etmədiyindən təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı “X2” QSC-nin qanuni təmsilçisi X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, 04 sentyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, e-2(088)-80/2023 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı “X2” QSC-nin qanuni təmsilçisi X1 Məhkəməyə ünvanladığı ərizədə mülki işi baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263- 264 və 268-ci maddələrini rəhbər tutara məhkəmə Q ə r a r v e r d i: İddiaçı “X2” QSC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar