Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-96/2025 25.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi İddiaçı, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 22 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş ərizəçinin anası X3 Sədərək rayon Sədərək kənd ərazisində JN-2243A saylı şəhadətnaməyə əsasən qalmış 0.22 ha həyətyanı torpaq sahəsinin miras əmlakının ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə əsasında məhkəmədə mülki iş başlanmışdır. Ərizəçi məhkəmədə izahat verərək bildirdi ki, mərhum atası X11 ilə mərhum anası X5 1960-cı ildə el adəti üzrə nikah bağlayaraq ailə həyatı qurduqlarını, onların bu nikahından - X1, X6, Maraqlı şəxs, X7, X8, X9 və İddiaçı ümumilikdə yeddi övladlarının doğulduğunu, evli olduqları dövrdə onlar mehriban yaşamaqla birgə təsərrüfat aparmış və Sədərək rayonu Sədərək kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsi əldə etdiklərini, sonradan torpaq sahəsinə dair JN-2243A şəhadətnamə verildiyini, eyni zamanda həmin torpaq sahəsi islahatı zamanı atası vəfat etdiyindən anası Əprüz Şahverdiyevanın adına qeydiyyata alındığını, ailəliklə həmin torpaq sahəsi üzərində inşa edilmiş evdə yaşadıqlarını və zamanla qardaşları ailə qurmaqla təsərrüfatdan ayrıldığını, sonradan ailə quraraq ilk vaxtlar anası ilə birgə yaşadığını, daha sonra isə qeyd edilən torpaq sahəsinə yaxın ərazidə başqa bir yaşayış evi tikməklə ailəsi ilə bərabər həmin evə köçdüyünü, anası vəfat edərkən onunla birgə yaşadığını, onun qayğı və tələbatı ilə maraqlandığını, ona olan zəruri kömək və dəstək göstərdiyini, atası Məmmədin xx.xx.1989-cu il tarixdə, anası Əprüz isə xx.xx.2006-cı il tarixdə vəfat etdiyini, ondan da JN-2243A saylı şəhadətnaməyə əsasən 0.22 ha həyətyanı torpaq sahəsi həmçinin həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililər (tikililər rəsmi dövlət qeydiyyatına alınmamışdır) miras qaldığını, el adətinə uyğun mərhum anasının yas mərasimi tədbirini, məzarının götürülməsi və digər xərcləri də onun tərəfindən ödənildiyini, həmin vaxt qardaşları ailəli olaraq başqa ünvanlarda yaşadıqlarından miras əmlak faktiki olaraq tərəfindən qəbul edilmiş, torpaq sahəsinə baxım və qulluğun onun tərəfindən aparılmaqla zəruri kommunal, vergi və digər ödənişlər ödənildiyini, hazırda da həmin ödənişlərin ödənildiyini, ötən müddət ərzində mərhum valideyinindən qalmış miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, bu məqsədlə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Sədərək rayon Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddət buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edildiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini, ərizədə göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz ifadələri ilə təsdiq edə biləcəklərini, məhkəmə ərizədə göstərilənləri nəzərə alıb, xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X3 Sədərək rayon Sədərək kənd ərazisində JN-2243A saylı şəhadətnaməyə əsasən qalmış 0.22 ha həyətyanı torpaq sahəsinin miras əmlakının ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizədə göstərilənlərə və ərizəçinin izahatına uyğun izahat verərək, ərizədə göstərilənləri bir daha söyləyərək təsdiq etdiyini və miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddət keçdiyindən məhkəməyə müraciət etdiklərini, bu baxımdan ərizəçinin xahişinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 izahatında bildirdi ki, 1969-cu ildə Sədərək rayon Sədərək kəndində doğulduğunu və bu günə kimi həmin kənddə yaşadığını, Sədərək kəndində yerləşən mərhum X12 ilə qonşu yaşadıqlarını, X12 yaşadığı müddət ərzində oğlu İddiaçı Məməd oğlu və onun ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2006-cı il tarixdə X5 vəfat etdiyini, Tağı və ailəsinin X12 vəfat edənə kimi ona qulluq etdiklərini, 2006-cı ildən bu günə kimi Əprüzün evində Tağının və onun ailəsinin yaşadığını və evə-həyətə onlar baxmaqla abadlaşdırdıqlarını, kamunal xərcləri onların ödədiyini, X5 digər övladlarının həmin evə gəlmədiklərini və həmin evlə bağlı heç bir mübahisə yaratmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X19 bidirdi ki, 1987-ci ildə Sədərək rayon Sədərək kəndində anadan olduğunu və həmin ildən bu günə kimi həmin kənddə mərhum X12 ilə qonşu yaşadıqlarını, X5 yeddi övladının olduğunu, onlar böyüdükdən sonra hamısı ailə qurduqdan sonra köçdüklərini, İddiaçı isə alə qurduqdan sonra anası X12 ilə birlikdə ona məxsus evində yaşadığını, 2006-cı ildə X5 vəfat etdiyini, sonra Tağının ailəsi və uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etdiyini, Tağının anası X12 oğluna məsus olan evi abadlaşdıraraq orada yaşamağa davam etdiyini, haliyyədə həmin evdə Tağının və oğlunun yaşadığını, evin pütün kammunal xərclərini ödədiyini, 2006-cı ildən sonra X5 digər övladlarının həmin evə gəlmədiklərini və mübahisə yaratmadıqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Qaraağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 21/156 nömrəli arayışdan görünür ki, İddiaçı haliyyədə Sədərək rayon Qaraağac kəndində yaşayır. İşin materiallarında olan Naxçıvan Muxtar Respublikası Sədərək rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 26 nömrəli arayışdan görünür ki, İddiaçı Sədərək Bələdiyyəsinə əmlak və torpaq vergi borcu yoxdur. İşin materiallarında olan Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ İ 020497 nömrəli çıxarışından görünür ki, X11 ilə X12 arasında 10 noyabr 1960-cı il tarixdə 100 nömrə ilə nikah qeydi bağlanmışdır. İşin materiallarında olan Şərur rayon Sədərək kənd soveti tərəfindən verilmiş 12 oktyabr 1989-cu il tarixli, İV ЖГ №254078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə elektirik vurması səbəbindən ölmüşdür. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2006-cı il tarixli, AZ-İ № 163434 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə hipetomya xəstəliyindən ölmüşdür. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-26-2/2-312- A/205 nömrəli arayışdan görünür ki, X5 vərəsələri X1, X6, Maraqlı şəxs, X7, X8, X9 və İddiaçıdur. İşin materiallarında olan Naxçıvan MR Daşınmaz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2243A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Sədərək rayonu Sədərək kəndi ərazisində yerləşən 0,22 ha torpaq sahəsi mərhum X5 mülkiyyətinə həyətyanı torpaq sahəsi kimi verilmişdir. İşin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X10, X13, X14, X15 və X16 xx.xx.1989-cu il tarixdə vəfat etmiş ataları X4 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş anaları X3 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payını qəbul etməmiş, istəməmiş, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirmişdirlər. İşin materiallarında olan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, Sədərək rayonu Qaraağac kəndində yaşayan İddiaçı müddət keçdiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin (vəkili) izahatını və şahid ifadələrini dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: * Ərizəçinin anası X5 adına miras əmlak olaraq Sədərək rayonu Sədərək kəndində yerləşən əmlak (0.22 ha. torpaq sahəsi) qeydə alınmışdır. * xx.xx.2006-cı il tarixdə ərizəçinin anası X12 ölmüşdür. * Bundan sonra ərizəçi Sədərək rayon notariat ofisinə müraciət edərək mərhum anasından Sədərək rayonu Sədərək kəndində yerləşən 0.22 ha. torpaq sahəsinin miras qaldığını bildirmiş və həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, (müddət keçdiyindən) imtina cavabı verilmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclaslarına gəlməmiş ərizəçinin tələbinə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək, bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X5 xx.xx.2006-cı ildə Sədərək rayon Sədərək kəndində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da ərizəçi İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməli, Sədərək rayon Sədərək kəndində yerləşən 0,22 ha torpaq sahəsinə X5 adına qeydə alınmış miras əmlaka İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir. Ona görə ki, işin araşdırılan hallarından da müəyyən olunur ki, ərizəçinin anası X12 2006-cı ilin iyun ayında Sədərək rayon Sədərək kəndində vəfat etdikdən sonra mülkiyyətində olan miras əmlak olaraq Sədərək rayonu Sədərək kəndində yerləşən əmlak (0.22 ha. torpaq sahəsi) qeydə alınmışdır. X12 vəfat etdikdən sonra onun vərəsəsi iş üzrə ərizəçi miras əmlaka sahiblik etməyə faktiki olaraq başlasada mübahisə olmadığından həmin əmlakın adına rəsmiləşdirilməsi üçün heç bir addım atmamışdır və həmin əmlakı idarə etməklə faktiki yaşamağa davam etmişdir. İşə əlavə olunan sənədlərdən aydın olur ki, ərizəçinin anası və atası vəfat etdikdən sonra hər iki valideynlərinin yas mərasimlərinin xərcin çəkmiş, sonra isə valideynlərindən qalmış miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış və bu günə kimi həmin torpaq sahəsinin yaxşılaşdırılmasında iştirak etməklə, həmin torpaq sahəsinə aid kommunal və vergi pullarını ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinin xahişi təmin edilsin. xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 Sədərək rayonu Sədərək kəndində yerləşən JN-2243A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə” əsasən onun adına olan 0,22 ha torpaq sahəsinin-miras əmlakın İddiaçı tərəfindən (faktiki olaraq) qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “ Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılan kabinetdən Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-96/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-96/2025
25.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver