Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-142/2024 25.04.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Azər-Türk Bank ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim ddiaçı Azər-Türk Bank ASC-nin nümayəndəsi Nümayəndə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1300 manat borcu, ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Azər-Türk Bank ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, e-2(089)-142/2024 nömrəli qərardadı ilə Azər-Türk Bank ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun qaytarılması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı Azər-Türk Bank ASC-nin nümayəndəsi Nümayəndə 25 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının numayəndəsı iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən 03 aprel 2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 33 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Azər-Türk Bank ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Azər-Türk Bank ASC-yə qaytarılsın. 03 aprel 2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 33 manat məbləğində ödənilmiş dövlət rüsumu Azər-Türk Bank ASC-yə (Adı: "xxxx" ASC Kodu: 507699 VÖEN: ********** Müxbir hesab:AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: **********) qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-142/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-142/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver