Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-158/2022 20.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçi İddiaçı və nümayəndə Vəkil iştirakı ilə, ərizəçi İddiaçı doğum qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, xx xxxx 1942-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X7, ana qrafasında X8 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx.xx.1942-ci il tarixdə Naxçıvan MR, Culfa rayonunun Kırna kəndində doğulmuşdur. X2, anası X4r. Atası 1966-cı ildə, anası 1976-cı ildə ölmüşdür. X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 ailə qurmamış, uşağı yoxdur. Torpağın mülkiyyətə verilməsinə dair (JN 306A, kod ********) şəhadətnamə əsasında mərhum bacısı X5 məxsus Culfa rayonunun Kırna kəndində həyətyanı torpaq sahəsi-fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakı əldə etmək məqsədilə Culfa rayon Notariat ofisinə müraciət etmiş, bidirilmişdir ki, X6 ilə qohumluq münasibətlərini təsdiq edən sənəd-doğum haqqında şəhadətnamə təqdim edilməlidir. Doğum haqqında şəhadətnaməsi olmuş, lakin şəhadətnamənin harada itirilməsi barədə dəqiq məlumatı yoxdur. xx.xx.1942-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün Culfa rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, doğum akt qeydinin tapılmadığı və məhkəməyə müraciət etməli olduğu bildirlmişdir. xx.xx.1942-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmasına dair qeydin mövcudluğu müəyyəndir. Belə ki, xx.xx.1942-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulması ona məxsus hərbi bilet, eləcə də ona verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən müvafiq məlumatlarla (doğulduğu yer və tarix) təsdiq edilir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında ərizənin əsaslı olduğunu bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Culfa Rayon Qeydiyyat şöbəsinə məlumat verilmiş, qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini, mümükünsüzlüyünü bildirməmiş və bu səbəbin üzrlü olması barədə sübut təqdim etməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Culfa rayonunun Kırna kəndində xx xxxx 1942-cü il tarixdə doğulmuşdur. 0023645 nömrəli hərbi biletin surətindən görünür ki, hərbi bilet 1942-ci ildə doğulmuş İddiaçı məxsusdur. 05/Q-106/15 nömrəli, 10 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Culfa rayon qeydiyyat şöbəsində və qeydiyyat şöbəsinin arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Culfa rayon Polis şöbəsinin 08 iyun 2022-ci il tarixli, 7/762 nömrəli məhtubunda qeyd edilmişdir ki, Culfa rayonunun Kırna kənd sakini İddiaçı 29 aprel 2005-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilən zaman ərizə-anket məlumatlarında atasının ad və soyadı İddiaçı, anasının ad və soyadı Ələkbərova Leyla qeyd edilmişdir Culfa rayon Qeydiyyat Şöbəsindən verilmiş 05Q-54/15 nömrəli, 20 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “... doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər mövcud olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. İşin araşdırılan hallarından müəyyən olunur ki, Culfa rayon Qeydiyyat şöbəsinin və qeydiyyat şöbəsinin arxivində İddiaçı doğum akt qeydiyyatı tapılmasa da, onun xx xxxx 1942-ci il tarixdə Culfa rayonunun Kırna kəndində doğulması iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və hərbi biletdə qeyd edilən məlumatlarla öz təsdiqini tapır. Həmçinin Culfa rayon Polis şöbəsindən verilmiş məktubda da qeyd edilmişdir ki, Culfa rayonunun Kırna kənd sakini İddiaçı 29 aprel 2005ci il tarixdə şəxsiyyət vəsiqəsi verilən zaman ərizə-anket məlumatlarında atasının ad və soyadı İddiaçı, anasının ad və soyadı Ələkbərova Leyla qeyd edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla İddiaçı xx xxxx 1942-cü il tarixdə Culfa rayonunun Kırna kəndində doğulması öz təsdiqi tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin təmin edilməsi barədə nəticəyə gələrkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı qızının xx xxxx 1942-cü il tarixdə Culfa rayonunun Kırna kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə Məhkəmə doğumun, övladlığa götürmənin , nikahın, boşanmanın, ölümün qeyd edilmə faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307ci maddəsinin göstərişinə əsasən hesab edir ki, İddiaçı qızının xx xxxx 1942-ci tarixdə Culfa rayonunun Kırna kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı xx xxxx 1942-ci tarixdə Culfa rayonunun Kırna kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi doğum tarixi xx xxxx 1942-ci il, doğum yeri Culfa rayonunun Kıran kəndi, ata qrafasında- X7, ana qrafasında-X8 qeyd edilməklə İddiaçı doğumunun bərpa edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-158/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-158/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver