Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-231/2024 14.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilə üzrə 1734.81 manat əsas borc və 37.34 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 0.40 manat bank xidmət haqqının "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC və X1 arasında 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilə imzalanmış, müqaviləyə əsasən Cavabdeh adına Bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 06 dekabr 2022-ci il tarixli, 25 saylı təhvil-təslim aktına əsasən “Naxçıvan Dövlət Universiteti” tərəfindən kart Cavabdeh təhvil verilmişdir. Müqavilənin 4.4.3-cü bəndinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək Kart sahibi üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri Kart sahibi tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Bu səbəbdən rəfimizdən Kart sahibinə dəfələrlə telefonla əlaqə saxlanılmış və Kart sahibinə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməyə borcludurlar. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləsinə əsasən 09 iyul 2024-cü il tarixə ümumilikdə 1734.81 manat overdraft borc öhdəliyi var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən "xxxx" ASC-in tələbinin sübuta yetdiyi müəyyən olunur. Belə ki, iş materialları ilə müəyyən edildi ki, "xxxx" ASC və “Naxçıvan Dövlət Universiteti” arasında 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən, Cavabdeh adına Bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 06 dekabr 2022-ci il tarixli, 25 saylı təhviltəslim aktına əsasən “Naxçıvan Dövlət Universiteti” tərəfindən kart Cavabdeh təhvil verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdehə kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirməyi, kart hesabı üzrə overdraft hallarına yol verməməyi Kart sahibi üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri Kart sahibi tərəfindən pozulmaqla, kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, bunun üçün 37.34 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 37.34 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-in xeyrinə 1734.81 manat əsas borc və 37.34 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.40 manat bank xidmət haqqı, ümumilikdə 1772.55 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-231/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-231/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver