Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-237/2025 21.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. 21 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili X3 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, məhkəmə belə nəticəyə gəlir ki, 30 iyun 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 30 iyun 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-237/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-237/2025
21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver