Məhkəmə qərarları › İş №e-2(090)-165/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-165/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-165/2022 12.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 110.40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli, 2(090)-49/2019 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 736 manat məbləğlərindəki vəsait "xxxx" MMCnin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMCyə 110.40 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 110.40 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında 02 dekabr 2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış, həmin müqavilənin 4.26-cı bəndinə əsasən, “Bank” 5 il müddətinə 400 (dörd yüz) manat məbləğində “kart sahibinə” kredit kartı limitini (kredit xətti) açmış, “Kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Lakin borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün bankın müraciəti əsasında Şahbuz Rayon Məhkəməsinin 2(090)-49/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir. Həmçinin "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə öz aralarında xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” Müqavilə bağlayaraq Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən, “Bank” müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından (geri ödənişlərdən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV/S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/ borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/ icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini, (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). İş materiallarına əlavə olunmuş 21 iyul 2020-ci il tarixli, 14 nömrəli aktdan görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən 2020-ci ilin iyun ayı üzrə "xxxx" MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 1.835,7 AZN 15% xidmət haqqının 275,35 AZN icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və Bank tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh banka olan borcunun ödənilməsi ilə bağlı 06 may 2022-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin şərtlərinə uyğun olaraq onun tərəfindən xx.xx.2020-ci il tarixində ödənilən 736 manat "xxxx" MMC tərəfindən təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 110.40 manat məbləğində xidmət haqqı ödənilmiş, qeyd edilənləri nəzərə alaraq 5 (beş) iş günü müddətində pretenziyada göstərilən cəmi 110.40 manat məbləği “X1 Azərbaycan” QSC-yə ödəməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində ödənilən 736 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMCyə 110.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borcverən “X1 Azərbaycan" QSC ilə borcalan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə” bağlanmış, borcalan üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən borcverən borcun tutulması ilə bağlı Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(090)-49/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə öz aralarında bağladıqları xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” Müqaviləyə müvafiq olaraq məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Buna görə də “X1 Azərbaycan” QSC borcalanın ödədiyi 736 manat borcun 15 %-i məbləğində, yəni 110.40 manat məbləğində "xxxx" MMC-yə xidmət haqqı ödəmişdir ki, haliyədə də həmin məbləği Cavabdeh tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən pul məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinə görə yaranan borc deyil, iddiaçı tərəfindən əlavə hüquqi xidmətə görə “Büro”ya ödədiyi xərcin cavabdehdən tələb edilməsidir. İlk olaraq məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1 və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir və icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərarda sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 78.1.-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi cavabdehin müqavilə üzrə iddiaçıya ödəyəcəyi pul məbləğini müəyyən edən Şahbuz Rayon Məhkəməsinin 2(090)-49/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən qanuna müvafiq olaraq da icraya yönəldildikdən sonra “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İddiaçı ərizəsində Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 736 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilməsini göstərsə də, həmin pulun məhz "xxxx" MMC-nin vasitəsi ilə ödənilməsinə dair ("xxxx" MMC tərəfindən borcluya bildiriş (pretenziya) məktubun göndərilməsi) və ya icra ilə bağlı hərəkətlərin edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5 və 6.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin müqavilələr azadlığı vardır və fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyin normalarının tələblərindən də görünür ki, iddiaçı “X1 Azərbaycan" QSC mülki hüquq münasibətinin subyekti olaraq müstəqil şəkildə "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə bağlamış və bunun müqabilində də göstərilən xidmətə görə müəyyən haqq ödəmişdir. Lakin iddiçının ödədiyi həmin xidmət haqqının vurulmuş zərər olaraq qiymətləndirərək cavabdehdən tutulması qanuna müvafiq olmamaqla yanaşı, cavabdehin mənafeyinə uyğun olmadığından ağlabatan və əsaslı hesab edilə bilməz. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı 110.40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 110.40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar