Məhkəmə qərarları › İş №e-2(090)-165/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-165/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-165/2024 28.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti “10” iyul 2024-cü ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh – Cavabdeh 04 iyun 2014-cü il tarixli, 2013/166 saylı “Əmək haqqı kartlarının emissiya edilməsi barədə” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan 209.03 (iki yüz doqquz manat 03 qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(090)- 165/2024 nömrəli qərardadı ilə icraata götürülmüş, məhkəmənin 19 iyul 2024-cü il tarixli, e-2(090)-165/2024 nömrəli qərardadı ilə mülki iş üzrə mülki iş üzrə icraat kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmiş, hazırlıq iclası təyin edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə Şahbuz Rayon Məhkəməsinin ünvanına 13 avqust 2024-cü il tarixdə daxil olmuş ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə overdraft borcun qaytarılması tələbinə dair ərizəsinə Şahbuz Rayon Məhkəməsində e-2(090)-165/2024 saylı mülki işin baxılması üçün icraata qəbul edildiyi, cavabdeh tərəfindən iddia tələbindəki məbləğin iddiaçıya tam ödənildiyi, bu səbəbdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X2 vasitəsilə 09 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən X2 vasitəsilə 09 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar