Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-226/2025 29.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh X2 məxsus Babək rayonu, Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, mübahisənin hüquqi nəticəsi mənzildən çıxarılma və maneələrin aradan qaldırılması ilə bağlı icra tədbirlərinə səbəb olduğundan qətnamənin icrasının daha asan və vaxt baxımdan qısa müddətə baxılması, bundan başqa, sübutların əldə edilməsi, o cümlədən yerində müayinə və s. halların müəyyən edilməsi məqsədilə də prosessual müddət qənaətli idarə olunması səbəbindən hazırki işə daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Babək rayon Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 0.0343 m² torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 114.09 m² olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində xx.xx.2023-cü il tarixli, **********88-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə iddiaçının oğlu X1 adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur. Nikahları ləğv olunandan sonra iddiaçının keçmiş həyat yoldaşı olan cavabdeh həmin evdə yaşayır. İddiaçı və cavabdeh arasındakı razılaşmaya əsasən cavabdeh özünə yaşayış sahəsi əldə edənədək onun sözügedən evdə qalmasına razılıq verilmişdi. Cavabdeh artıq evlənmək üzrədir. Onun yeni həyat yoldaşını da ilə həmin evə gətirmək niyyəti vardır. Bu isə mülkiyyətçinin psixologiyasına mənfi təsir edəcəkdir. Çünki o həmin evdə yaşayaraq o ərazidə yerləşən müəllimlərin yanına hazırlığa gedir. İddiaçının qızı artıq yetkinlik yaşına çatmışdır. O övladlarının sözügedən evdə yaşamasını istəyir. Çünki övladlarının mənafeyi baxımından bunun doğru olduğunu düşünür. Cavabdeh öz razılığı ilə həmin yaşayış sahəsindən çıxmaq istəmədiyindən məcbur olaraq məhkəmə yolu ilə mübahisəni həll etmək istəyir. Göründüyü kimi iddia ərizəsindən cavabdehin mübahisəli fərdi yaşayış evində yaşaması və iddia tələbinin əsasını məhz cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması və iddiaçının fərdi yaşayış evindən istifadəyə maneənin aradan qaldırılması ilə əlaqədar iddiadır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi daşınmaz əmlakın olduğu yer üzrə verilmədiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən Kapital Bank ASC-in Naxçıvan filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı mübahisəli daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə iddia vermək hüququ izah edilsin. İddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən Kapital Bank ASC-in Naxçıvan filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-226/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-226/2025
29.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver