Məhkəmə qərarları › İş №e-2(094)-14/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-14/2023

23.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-14/2023 23.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2022-ci tarixli 453-K nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqısının, mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 iddia həcminin artırılması barədə ərizə verərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmrinin və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işlədiyi günlərə görə aylıq əmək haqqının, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işə götürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və eyni tarixli 2 K saylı əmrə əsasən “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 453-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onun Əmək Müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Bildirir ki, onun, səhhətində ciddi problemlər yaranmışdı. Keçən ilin avqust ayanda həkimə müraciət etmişdir. Həkimin diaqnozu ilə (pielosistel) o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ******* saylı əmək qabiliyyətinin olmaması sinlit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması xx.xx.2022-ci il tarixdən pararektal festula diaqnozu ilə ******* saylı qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. Səhhətində olan ağırlaşmalar müalicə ilə sağalmadığına görə xx.xx.2022-ci il tarixdə “X2”da əməliyyat olunmuşdur. Əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2022-ci il tarixdə 453-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Hesab edir ki, cavadehin xx.xx.2022-ci il tarixli 453-K saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. 2022-ci ildən bu günə qədər özü “SOCAR”-ın əməkdaşıdır. Daima işinə məsuliyyətlə yanaşmış, işində hər hansı nöqsana yol verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və göstərdi ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və eyni tarixli 2 K saylı əmrə əsasən “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X9 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X13, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabilyətinin olmaması vərəqələri təqdim etmişdir. Həmin yol vərəqindən də görünür ki, İddiaçı 11-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. İş vaxtının bitməsinə yaxın əmr təqdim edilmişdir. Bundan sonra iddiaçı gedib büluten açıb gətirib idarəyə təqdim etmişdir. Bundan başqa cavabdeh tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi ilə əlaqədar mediasiyadan onlara hər hansı bir məlumat daxil olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin vəkili Cavabdeh2 iddia tələbini qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İddrəsinə qarşı “isə bərpa" tələbinə dair iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, İddiaçı ilə "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X9 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X13, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı işdə olmuş, 1 saylı A və XTS-nin Texnoloji Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də görünür ki, İddiaçı 11-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə idarənin rəis müavini, böyük hüquq məsləhətçisi HİK-in sədri İddiaçı yaşadığı ünvana getmişlər. O, evdə olmadığından telefonla əlaqə saxlanılmış, lakin, İddiaçı idarəyə gəlmişdir. İddiaçı “Azneft” İB-nin işçinin başqa işə keçirilməsi haqqında siyahı təqdim edilərək 2 saylı A və XTS-də avtomobillərin təmiri üzrə çilingər peşəsi təklif edilmiş, İddiaçı bu təklifdən imtina etmiş və xx.xx.2022-ci il tarixdə quyuların sementlənməsi üzrə maşinisti peşəsində işləmək üçün işə çıxacağını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 (beş) dəfə müxtəlif peşələr üzrə iş təklif edilsə də, o qəbul etməkdən imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə işə çıxacağını bildirsə də işə çıxmamış onunla əlaqə saxlanılması cəhd edilsə də mobil telefonu sönülü olmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarasinin xx.xx.2022-ci il tarixli 453-K saylı əmri ilə 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını götürmüş, lakin əmri götürmək imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 suylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı işə bərpa olunma və sair” tələblərinə dair iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan 510 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, SOCAR X8 5 saylı Texnaloji Nəqliyyatı Departamentinin direktoru X5 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 1 il müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 Epikrizin (xəstəlik tarixi № 1261/479) surətindən görünür ki, xəstə İddiaçı planlı qaydada stasionara qəbul edilib. Qəbul edilərkən şikayətləri anal nahiyyədə fistula dəliyinin olması daimi irinli ifrazatın axması və defekasiya aktı zamanı anal kanalda ağrıdandır. İş materiallarında olan ******* nörməli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmiş və xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zirə Müalicə Diqanostika Mərkəzinin xx.xx.2022-ci il tarixli ultrasəs-lə müayinə arayışına əsasən İddiaçı 2-3 mm ölçüdə duz kristalları, sidik kisəsi boşdur, prostat vəzi N, strukturu həmcinsdir, nəticə sol böyrək kasacığında mikrolit aşkar edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/2-01160 nömrəli arayışından görünür ki, “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İş materiallarında olan 1125/CM-01-06/388 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik vərəqələrinin verilməsi haqqında arayışa əsasən, “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 1 saylı A və XTS-nın quyuların sementlənməsi peşəsi üzrə maşinisti İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, fərqlifərqli xəstəxanalarda “əmək qabiliyyətinin olmaması” vərəqəsi təqdim etməkdədir. Belə ki, X9 Mərkəzi tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (SN00007 № 0229129), X4 tərəfindən xx.xx.2021-ci ildən davamlı olaraq xx.xx.2021-ci ilədək (SN00007 №0208133), X9 Mərkəzi tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (SN00007 № 0296051), X4 tərəfindən xx.xx.2021-ci ildən davamlı olaraq xx.xx.2022-ci ilədək (SN00007 № 0349432, 0349964, ******* və 0401809) əmək qabiliyyətinin olmaması vərəqələri verilmişdir. 1 saylı A və XTS-nın quyuların sementlənməsi peşəsi üzrə maşinisti İddiaçı uzun müddət işə çıxmaması ilə bağlı idarədə fəaliyyət göstərən komissiya bir neçə dəfə işçinin yaşadığı ünvanda olmuş, lakin Rəhman Bəhman oğlunun yaşadığı evdə olmadığı müəyyən edilmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqələrini təqdim etməklə işdən yayınır və onun bu əməlini davam etdirməyə X9 Mərkəzi və X4 köməklik göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin əsaslı olub-olmamasının araşdırılmasını, eyni ilə SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində çalışan işçilərə əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsini nəzarətə götürülməsini xahiş etmişlər. İş materiallarında olan 453-K nömrəli, xx.xx.2022-ci il tarixli əmrə əsasən 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək qabilliyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması sinlit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması xx.xx.2022-ci il tarixdən pararektal festula diaqnozu ilə ******* nömrəli qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. İş materiallarında olan 150-ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrə əsasən “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsində işləyən İddiaçı 33 təqvim günü, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən, 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin rəis müavini X11, onun və HİK-nin sədri X6 aktı tərtib edirlər ondan ötəri ki, 1 sayi İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi İddiaçı Bəhmar oğlunun yazılı və elektron müraciətləri əsasında yaşadığı ünvan 1 ünvanına gedilmiş və yaşadığı ünvanda olmadığı müəyyən edilmişdir. Harada olması müəyyən edilməsi məqsədi ilə istifadəsinə olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və onun ünvanında olduqlarını bildirmişlər. O, evdə olmadığını təxminən 30 dəqiqə müddətində gələ biləcəyi bildirmişdir. Qeyd etdiyi vaxta gəldikdən sonra onla söhbətlər aparıldı və poçt vasitəsilə ona ünvanlanmış məktublar geri qaytarıldığı üçün hər biri ona təqdim edilərək idarə aparatına gəlməsi bildirildi. İddiaçı Bəhmən oğlu idarə aparatına gələrək onunla müvafiq söhbətlər aparıldı və söhbət əsnasında “Azneft” İB-nin işçinin başqa işə keçirilməsi haqqında siyahı təqdim olunaraq onun 2 saylı A və XTS-də avtomobillərin təmiri üzrə çilingər peşəsi təklif edildi. İddiaçı bu təklifi qəbul etmədiyi bildirərək quyuların sementlənməsi üzrə maşinisti yəni işlədiyi peşə üzrə işləmək istədiyini bildirdi. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə onun uzun müddətdir xəstəlik vərəqəsi üzrə işə çıxmamadığından qüvvədə olması nəzərə alınaraq həmin peşə üzrə iş çıması təklif edildi. Əlavə olaraq İddiaçı nəzərinə çatdırıldı ki, xx.xx.2021-ci il tarixdən bu günədək ona 5 dəfə müxtəlif peşələr üzrə iş təklif edilsə də, o, qəbul etməkdən imtina etmişdir. Sonda İddiaçı xx.xx.2022-ci il tarixdə quyuların sementlənməsi üzrə maşinisti peşəsində işləmək üçün işə çıxacağını bildirmişdir. Aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin rəis müavini X11, Böyük hüquq məsləhətçisi Nümayəndə və HİK-nin sədri X6 tərəfindən aktı tərtib edilərik 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə edilmiş söhbət əsasında o, 01,04.2022-ci il tarixdən quyuların sementlənməsi maşinisti peşəsi üzrə işə çıxacağını bildirsə də, işə çıxmamış və onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılması cəhd edilsə də, mobil telefonu söndürmüş əlaqə saxlamaq mümükün olmamışdır. Aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 17 nömrəli, xx.xx.2022-ci il tarixli əmək pozuntusuna münasibətin bildirilməsi haqqında məktuba əsasən, “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar ittifaqi Komitəsinə edilmiş xx.xx.2022-ci il tarixli, 1125/CM-12/27 saylı “əmək müqaviləsinin ləğv edilməsinə münasibətin bildirilməsi” haqqında məktubunuzun icrası olaraq bildiririk ki, 1 saylı A və XTS-nin quyuların sementlənməsi peşəsi üzrə maşinisti vəzifəsində çalışan İddiaçı yaşadığı evə baxış keçirilərək onun səhhəti ilə maraqlanılmış və qeyd olunan məsələ ilə bağlı İdarə aparatına gəlməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə İdarə aparatına gəlmiş onunla söhbətlər aparıldıqdan sonra xx.xx.2022-ci il tarixdən işə çıxacağını bildirmişdir. Lakin həmin tarixdə işə çıxmadığından onunla telefon əlaqəsi saxlanılmış və o, xəstəliyinin davam etdiyini bildirmişdir. Qeyd olunan məlumatın yerində yoxlanılması üçün xx.xx.2022-ci il tarixində təkrar onun yaşadığı ünvana gedildi, lakin onun evdə olmadığı müəyyən edildi. Yuxarıda qeyd olunanları və aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq davamlı olaraq xəstəlik vərəqəsi təqdim etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmir. Lakin qeyd olunan məsələyə İddiaçı işə çıxdığı gündən sonra qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq baxılmasını təklif etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmçinin, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinə əsasən “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir. İşlədiyi dövürdə işində hər hansı bir nöqsana yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ******* saylı əmək qabiliyyətinin olmaması sinlit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixidən xx.xx.2022ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması xx.xx.2022-ci il tarixdən pararektal festula diaqnozu ilə ******* saylı qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. Bundan sonra iddiaçının səhhətində ağırlaşmalar olduğundan və müalicə ilə sağalmadığına görə xx.xx.2022-ci il tarixdə “X2”da əməliyyat olunmuşdur. Lakin, “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi iddiaçının əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2022-ci il tarixdə 453-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, tibbi arayışlara əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək davamlı olaraq ambulator müayinədə olmuş, 31 may 2022-ci il tarixdə işə başlamaq haqqında arayış almışdır. Davamiyyət kitabına əsasən İddiaçı 11 may 2022 - 13 may 2022-ci il tarixlərində işdə olduğu görünür. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, ambulator müayinə təyin olunduğu zaman ərzində İddiaçı işdə iştirak etməsi qeyri-mümkün haldır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “əmək qabiliyyətinin olmaması” barədə vərəqəyə əsasən onun işdən azad olduğu tarixdə, yəni 13 may 2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmədə cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 öz etirazlarında İddiaçı tərəfindən təqdim olunmuş “əmək qabiliyyətinin olmaması vərəqəsi”-nə etiraz edərək bildirmişlər ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə işdə olmuş və iş vaxtının bitməsinə yaxın işdən çıxması barədə ona əmr təqdim edilmiş, lakin o, əmri qəbul etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfi iddiaçı tərəfindən təqdim edilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”-nə öz etirazlarını bildirsələrdə qeyd edilən “əmək qabiliyyətinin olmaması vərəqəsi”-ni mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 143-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 143-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçı tərəfindən mediasiyaya görə ödədiyi 50 manat xidmət haqqının əvəzini cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulduğu üçün, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bu səbəbdən qeyd edilən xərclər aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmrinin və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə “6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə” işə bərpa edilməli, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlər (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqı, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulu, ödənilməmiş məzuniyyət haqqı və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mediasiya ödədiyi 50 manat cavabdeh Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. cavabdeh “SOCAR” X8 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmri və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılaraq ləğv edilsin və İddiaçı əvvəkli iş yerinə “6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə” işə bərpa edilsin. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlər (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqı, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulu, ödənilməmiş məzuniyyət haqqı və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat cavabdeh Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar