Məhkəmə qərarları › İş №e-2(094)-242/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №e-2(094)-242/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(094)-242/2024 16.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Mahmudov Tosı̇ f Qoçəli oğlunun Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mahmudov Tosı̇ f Qoçəli oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeronneft” Neft və qazçıxarma idarəsinin Baş geoloq-rəis müavini Fazil İbrahimovun xx.xx.2024-cü il tarixli, 14-2-1-1/3-1k33/2024 saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası barədə teleqramı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mahmudov Tosı̇ f Qoçəli oğlunun Cavabdehnə qarşı işə bərpa tələbi barədə iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar