Məhkəmə qərarları › İş №e-2(1-8)-103/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-103/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(1-8)-103/2026 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(125)-6856/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50000 manat əsas məbləğ, 9583,15 manat faiz məbləği, hüquqi yardıma görə 320 manat, dövlət rüsumu qismində 273 manat olmaqla, ümumilikdə 60176,15 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış şifahi müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə bir neçə nəqliyyat vasitəsi verməli, cavabdeh isə həmin nəqliyyat vasitələrinin dəyərini hissə-hissə ödəməli idi. İddiaçı cavabdehə 4 əd əd “Toyota Prius” markalı nəqliyyat vasitələrini vermişdir. Bundan sonra, cavabdeh iddiaçıya heç bir məbləğ ödəməmiş, əksinə ona həvalə edilmiş nəqliyyat vasitələrini talan edərək söküb satmışdır. Bundan sonra, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin həlli üçün razılığa gələrək, dəymiş ziyanın məbləği birgə müəyyən edilmiş və buna dair müvafiq razılıq əldə olunmuşdur. Tərəflər iddiaçıya məxsus nəqliyyat vasitələrinin cavabdeh tərəfindən sökülərək talan edib satılması nəticəsində dəymiş zərərin məbləği 50000 manat müəyyən edilmiş, cavabdeh qeyd edilmiş məbləğin 31 may 2023-cü il tarixədək iddiaçıya ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüş, lakin qeyd edilən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya məxsus 50000 manat məbləğində pul vəsaitini 31 may 2023-cü il tarixin dən iddia verilən günədək qanunsuz olaraq özündə saxlamış, onu qaytarmaqdan boyun qaçırmışdır.

3. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(125)-6856/2025 nömrəli qərardadı ilə (hakim X.Səfərli) iddia ərizəsi geri qaytarılmışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Elektron məhkəmə” sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi **********, Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olaraq qeydiyyatdan keçmişlər.

5. Ərizədən görünür ki, iddiaçı taksi fəaliyyəti üzrə sahibkarlığın həyata keçirilməsinə dair tərəflər arasında əldə edilmiş şifahi razılaşmanın pozulmasından irəli gələn pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə üzrə tərəflər vergi uçotuna alınmı ş və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə olan halda, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxmalı olduğundan, iddiaçı hazırkı ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etməlidir.

6. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 30, 152.1, 152.1.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına i stinad etmişdir. Şikayətin dəlilləri:

7. İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 567-ci, Mülki Prosessual Məcəllənin 24.2, 26.1-ci maddələrinin tələbləri pozulmuşdur.

9. Belə ki, tərəflərin hər ikisi fiziki şəxsdir, aralarında olan mübahisə isə bir fiziki şəxsin mülkiyyətində əmlakın digər fiziki şəxsə alqı-satqısından doğan mübahisədir. Belə olan halda hansı kommersiya mübahisəsindən söhbət gedə bilər bəlli deyil. Nəqliyyat vasitəsinin özünü belə təyinatı mütləq qaydada kommersiya fəaliyyəti olması deyil ki, burada kommersiya anlayışı gün dəmə gəlmiş olsun. Əgər tərəflər arasında olan alqı-satqı predmetinin təyinatı kommersiya fəaliyyətinə (istehsal, satış, xidmət və s.) olmuş olsaydı, o zaman hazırkı qərardad əsaslı olmuş olardı. Bir fiziki şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini digər şəxsə nisyə satması kommersiya mübahisəsi hesab olunmur.

10. Birinci instansiya məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xar akteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya insta nsiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə t ərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmay araq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

16. Hazırkı şikayətdə həm iddiaçının, həm də cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyya ta alınmaları işin mübahisəsiz halıdır.

17. İddianın məzmunundan həmçinin müəyyən olunur ki, iddiaçı cavabdehə 4 ədəd avtomobili nisyə alqı-satqı müqaviləsi əsasında satmış, sonuncu isə taksi fəaliyyəti ilə məşğul olmaqla, avtomobillərin dəyərini iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Beləliklə, mübahisənin predmetini nisyə-alqı satqı müqaviləsi üzrə cavabdehin öhdəliyinin icra etməməsi təşkil edir.

18. Daha sonra, mübahisəli hüquq münasibətlərin əsasında tərəflərin hər birinin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi dayanmışdır. Belə ki, iddiaçının 4 ədəd avtomobili nisyə satması onun bu əməliyyatdan gəlir əldə etməsinin göstəricisi olmaqla, cavabdehin də həmin avtomobilləri taksi fəaliyyətində istifadə etməsi müəyyən olunur. 19. “İşlərin ümumi və yaxud ko mmersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayr ılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

20. Göründüyü kimi, hazırkı mübahisə həm subyektiv tərkibinə, həm hüquq münasibətlərinin xarakterinə, həm də mübahisənin predmetinə görə kommersiya məhkəməsinə aiddir.

21. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(125)-6856/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar