Məhkəmə qərarları › İş №e-2(1-8)-153/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-153/2026

28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(1-8)-153/2026 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı, Cavabdeh2 və "xxxx" Firmasına qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARı Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlu və İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı, Cavabdeh2 və "xxxx" Firmasına qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(*67)-351*/2*25 nömrəli, 2*25-ci il 5 dekabr tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə 28 yanvar 2*26-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Xaçmaz rayon məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" Firmasının təsisçisi İddiaçı mülkiyyətindən məhrum olduğu 1.719.*** manat məbləğində pulun, habelə hüquqi yardıma görə ödənilmiş 32* manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, 95*.*** (doqquz yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin məbləğə hər ay 3 faiz olmaqla hesablanmış 2.1*9.*** (iki milyon yüz doqquz min) ABŞ dolları olmaqla cəmi 3.*59.*** (üç milyon əlli doqquz min) ABŞ dolları məbləğinin (qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 3391 (üç min üç yüz doxsan bir) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlər-İddiaçı, Cavabdeh2 və "xxxx" firmasından müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə yazılı vəsatət təqdim edərək, mülki işin məhkəmə aidiyyət ı üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin e-2(*67)-351*/2*25 saylı, 5 dekabr 2*25-ci il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyətı üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət rədd edilmişdir (hakim Sərxan Səmədzadə).

5. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri işin kommersiya məhkəməsinə aid olmasına dəlalət etmir.

6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan mülki mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından, işə ümumi məhkəmədə baxılmalıdır.

7. Cavabdeh1 həmin qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir, tərəflər arasındakı yaranmış mübahisə hüquqi şəxs olan Cavabdeh3na sahiblik və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş pul tələbi ilə bağlıdır.İşə əlavə edilmiş X1 CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(124)-2*3/2*25 nömrəli, 23.1*.2*25-ci il tarixli hökmündə Cavabdeh2 şahid qismində ifadəsi yer almışdır. Həmin hökmün 6-8-ci səhifələrində yer alan Cavabdeh2 ifadəsində qeyd edilmişdir ki, 2*18-ci ildə Babək vasitəsi ilə İsrafillə görüşmüş 35*.*** ABŞ dollarını ondan almışlar. 2*19-cu ilin sentyabr ayının əvvəllərində 4***** ABŞ dolları vəsaiti ayda 3 faiz ödəmək şərti ilə götü rmüş və özünə məxsus olan, oğlu- İddiaçı adına rəsmiləşdirilmiş Cavabdeh3 İsrafilə girov qoymağa razılaşmışlar. Ət satışından zərər etdiyi üçün və sonra da Covid 19 pandemiyası çıxdığı üçün İsrafildən götürdüyü borc məbləğini qaytara bilməmişdir. Həmin pulu verən, həm də pulu alan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müəyyən gəlir əldə etmək niyyəti güdmüşlər. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh qismində işə əlavə edilmiş Cavabdeh3 hüquqi şəxs olmaqla yanaşı, hazırki mübahisənin birbaşa mərkəzində dayanmaqdadır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı mülkiyyət hüququ bərpa olunsa da, *8.12.2*25-ci il tarixədək onun təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 olmuşdur. Yəni hazırki mübahisəyə əslində təsisçilər arasında olan mübahisə kimi baxmaq lazımdır. Belə olduğu təqdirdə də işə baxılmasının kommersiya məhkəməsinin səlahiyyətində olması aydın olur. Xaçmaz Rayon Məhkəməsi isə əsaslı olan vəsatətlərini təmin etməmişdir.Məhkəmənin bu mövqeyi yanlış olmuşdur. Məhkəmə, Konstitusiya məhkəməsinin müəyyənləşdirdiyi mövqeyə zidd qərardad qəbul etməklə vahid məhkəmə təcrübəsinin ziddinə hərəkət etmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 5 may 2*23-cü il tarixli, 2(*11)-3877/2*23 saylı qərardadı ilə İddiaçı, məhkəmə aidiyyətini pozmaqla iddia ərizəsi ilə kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət etdiyi üçün, onun Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sonradan həmin mü lki işə ümumi məhkəmədə baxılsa da, hazırki işə kommersiya məhkəməsində baxılmalıdır.

9. Xaçmaz Rayon Məhkəməsinin e-2(*67)-351*/2*25 saylı, 23 dekabr 2*25-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müv afiq olaraq müəyyən edilir.

12. Maddə

25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 3*5-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

13. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 4*-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 4*-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmə lərinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2*2*-ci il 18 sentyabr tarixli 1* nömrəli Qərarı:

14. Bənd

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkə mə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçü n deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

15. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahi sənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

17. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edi lməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

19. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı aktiv VÖEN-nə malikdir, Cavabdeh1 VÖEN-ni isə müvəqqəti dayandırılmış statusundadır. 20. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2*2*-ci il 18 sentyabr tarixli 1* saylı Qərarının 11- 13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

21. Qərarın 13-14-cü bəndində əşya hüquqi münasibətlərdən irəli gələn mübahis ələrdə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılması təsbit olunmuşdur.

22. Belə ki, nəzərə alınmalıdır ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.

23. Nəzrə alınmalıdır ki, tərəf lər arasında yaranmış münasibər sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan borc münasibətlərinin davamıdır. İddiaçı tərəf şəxsi istehlak məqsədi ilə borc götürmüş, qarşılıqlı iddiaçı məhz həmin borcu tələb etməkdədir. Belə olan halda yalnız tərəflərin sahibkar statusunda olmaları işin aidiyyətinin dəyişməsinə əsas olmur. Digər tərəfdən borc vermiş şəxs borcun sahibkarlıq fəaliyyəti ilə bağlı verməsinə istinad etmir.

24. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 4*3-1.6, 4*3-1.7, 4*3-1.8 və 4*3-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin e-2(*67)-35 1*/2*25 nömrəli, 2*25-ci il 5 dekabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar