Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № e-2(1-8)-1588/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda icraata xitam verilməsi) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyası, hakimlәr: Hәsәnov Rәşad Mәhәmmәd oğlu (mәruzәçi), Nurmәmmәdov Əhmәd Gülәhmәd oğlu vә Abbasov Aqil Əzizağa oğlundan ibarәt tәrkibdә, Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli e-*(*-*)- ***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. Işin halları
1. ünvan 1 ünvanında yerlәşәn sahәsi 121,3 m2 olan fәrdi yaşayış evi (bundan sonra – “miras әmlak” xüsusi mülkiyyәt hüquqi ilә X1 adına dövlәt qeydiyyatına alınmışdır (qeydiyyat nömrәsi 1323027983, reyestr nömrәsi 809013074207-10301 vә qeydiyyat tarixi ##.##.2023cü il olan “Hüququn ölmüş şәxsә mәxsus olması haqqında dövlәt reyestrindәn” arayışa әsasәn).
2. X1 Banu Abdullayevna ilә evli olmuş, birgә nikahlarından 5 övladı olmuşdur: Rәhimov Vaqif, Rәhimova Leyla, Rәhimov Rәfail, Rәhimova Fatmaxanım vә Rәhimova Süsәn.
3. Rәhimov Yusif 1975, arvadı Rәhimova Banu isә ## ###### 2004-cü ildә ölmüşdür. Hazırkı iş üzrә iddiaçı İddiaçı ## #### 1996-cı ildә vәfat etmiş Rәhimov Rәfailin qızı, cavabdeh Cavabdeh isә ## ###### 2022-ci ildә vәfat etmiş Rәhimov Vaqifin arvadıdır.
4. Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrәli qanuni qüvvәyә minmiş qәtnamәsindәn görünür ki, iddiaçı Cavabdeh cavabdehlәr Salyan Regional “ASAN Xidmәt Mәrkәzi”nin Notariat ofisinә, Rәhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rәhimova (Tağıyeva) Süsәn Yusif qızı, İddiaçı, X3 vә X18 qarşı miras әmlak üzәrindә X2 tam payının müәyyәn olunması barәdә iddiası qismәn tәmin edilmiş, miras әmlak X2 tәrәfindәn qәbul olunmuş hesab edilmişdir (qәtnamә İddiaçı tәrәfindәn apellyasiya vә kassasiya qaydasında mübahisәlәndirilsә dә, şikayәtlәr tәmin edilmәmiş, qәtnamә dәyişdirilmәdәn saxlanılmışdır).
5. Hәmin qәtnamә ilә müәyyәn edilmişdir ki, X2 vә X17 miras qoyan X1 vәfat etdikdәn sonra ona mәxsus olan fәrdi yaşayış evini faktiki olaraq qәbul etmәklә ona yiyәlәnmişlәr, miras әmlakı idarә etmişlәr, kommunalları vә vergilәri ödәmişlәr. Miras qoyan X1 digәr vәrәsәlәri X4, X5, X12 vә X6 isә hәmin mirasa faktiki yiyәlәnmәmişlәr, o cümlәdәn notariat orqanına әrizә vermәklә onu qәbul etmәk barәdә iradә ifadәsi bildirmәmişlәr. X1 vәrәsәsi olan arvadı X17 ## ###### 2004-cü ildә vәfat etmişdir. X5 ##.##.1996-cı il tarixdә vәfat etmişdir. Rәfail Rәhimov mirasqoyan Yusif Rәhimovun ölümündәn sonra miras әmlakı nә qanunda müәyyәn edilmiş müddәtdә notariat kontoruna mirasın qәbul edilmәsi barәdә әrizә vermәklә rәsmi qaydada, nә dә ki, miras әmlaka sahiblik etmәklә, onu idarә etmәklә faktiki olaraq mirası qәbul etmәmişdir. O, anası X17 sağlığında daimi olaraq başqa ünvana köçәrәk yaşamış vә X17 sağlığında vәfat etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı qanun üzrә vәrәsәlik hüquqlarının tanınması vә miras әmlakın cavabdehlә aralarında bölünmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.
7. Iddia tәlәbi belә әsaslandırılmışdır ki, iddiaçının babası X1 1975-ci ildә vәfat etmişdir. X1 vәfat etdikdәn sonra miras әmlakı onun hәyat yoldaşı X7 Abdullayevna (iddiaçının nәnәsi) vә övladları faktiki olaraq qәbul etmişdirlәr. X7 Abdullayevna babasının mülkiyyәtindә olan fәrdi yaşayış evini öz adına rәsmilәşdirmәdәn 2004-cü il tarixindә vәfat etmişdir. X17 vәfat etdikdәn sonra miras әmlakı onun övladları, o cümlәdәn o vә digәr vәrәsәlәr faktiki olaraq qәbul etmişdirlәr. X1 vә X17 birgә nikahlarından 5 övladı olmuşdur: X2, X4, X5, X12 vә X6. X8 ##.##.1996-ci il tarixindә vәfat etmişdir. X2 ##.##.2022-ci il tarixindә vәfat etmişdir. X12 2013cü il tarixindә vәfat etmişdir, lakin ölümü qeydә alınmamışdır. Onun faktiki olaraq mәzarı vә mәzar daşı var. X1 övladlarından biri X4 ##.##.2021-ci il tarixdә vәfat etmişdir (Leyla Rәhimovanın övladı X18 notarial әrizә ilә miras әmlakdan imtina etmişdir).
8. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi (hakim – Ş.Kәlәntәrov) ilә fәrdi yaşayış evinin miras әmlak kimi iddiaçı tәrәfindәn qәbul edilmiş hesab edilmәsi qәt olunmuşdur.
9. Mәhkәmә hesab etmişdir ki, cavabdeh tәrәfindәn miras әmlakın faktiki qәbul edilmәsi hәmin әmlakın iddiaçı tәrәfindәn dә faktiki qәbul edilmәsini istisna etmir. Belә ki, iddiaçı X1 miras qalmış fәrdi yaşayış evini miras әmlak kimi faktiki qәbul edilmişdir.
10. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 1134.1, 1243.3, Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 vә 217.4-cü maddәlәrinә, o cümlәdәn “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1246 vә 1273-1-ci maddәlәrinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin VII hissәsinә uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ## ###### 2023-cü il tarixli Plenum Qәrarına istinadla әsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh qәtnamәdәn apellyasiya şikayәti verәrәk iddianın tәmin olunmuş hissәsindә lәğv vә hәmin hissәdә rәdd edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin “cavabdeh tәrәfindәn miras әmlakın faktiki qәbul edilmәsi hәmin әmlakın iddiaçı tәrәfindәn dә faktiki qәbul edilmәsini istisna etmir” formasında nәticәyә gәlmәsi iş üzrә әvvәllәr qәbul edilmiş vә qanuni qüvvәyә minmiş mәhkәmә aktlarının nәzәrә alınmamasını göstәrir. Belә ki, Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә müәyyәn edilmişdir ki, X5 miras qoyan Yusif Rәhimovun ölümündәn sonra mirası nә qanunla müәyyәn edilmiş müddәtdә notariat qaydasında qәbul etmiş, nә dә faktiki olaraq miras әmlaka sahiblik edib onu idarә etmişdir, әksinә başqa ünvanda yaşamış vә anası sağ olarkәn vәfat etmişdir. Hәmçinin hәmin qәtnamә ilә müәyyәn edilmişdir ki, miras әmlakı faktiki olaraq yalnız X2 vә X17 qәbul etmiş, digәr vәrәsәlәr isә mirasa yiyәlәnmәmiş vә notariat orqanına müraciәt etmәmişlәr. Hәmin qәtnamә sonradan Ali Mәhkәmә tәrәfindәn dәyişdirilmәdәn saxlanılmış vә preyudisial әhәmiyyәt kәsb edәn hallara baxmayaraq birinci instansiya mәhkәmәsi onları nәzәrә almamışdır.
13. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli e-*(*-*)- ***/**** nömrәli qәrardadı (hakimlәr: C.Imanov – sәdrlik edәn vә mәruzәçi, Q.Əliyev vә T.Kәrimov) ilә cavabdehin apellyasiya şikayәti qismәn tәmin edilәrәk birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilmiş vә iş üzrә icraata xitam verilmişdir.
14. Mәhkәmә kollegiyası qeyd etmişdir ki, hәmin miras әmlak eyni tәrәflәr vә eyni hüquqi münasibәtlәr üzrә daha әvvәl Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** saylı qәtnamәsi ilә artıq mәhkәmә araşdırmasının predmeti olmuş, hәmin iş üzrә iddiaçı Cavabdeh mәhz X1 qalmış eyni yaşayış evi ilә bağlı X2 mirası faktiki qәbul etmәsi vә miras әmlak üzәrindә tam payının müәyyәn olunması barәdә tәlәb irәli sürmüş, hәmin iş üzrә hazırkı iddiaçı da cavabdeh qismindә işә cәlb edilmişdir.
15. e-*(***)-****/**** saylı iş üzrә mәhkәmә araşdırması zamanı tәrәflәrin izahatları, şahid ifadәlәri, kommunal ödәnişlәr, yaşayış vә istifadә halları, elәcә dә mirasın faktiki qәbuluna dair bütün hallar әtraflı tәdqiq edilmiş, nәticәdә müәyyәn olunmuşdur ki, miras qoyan X1 ölümündәn sonra miras әmlakı faktiki olaraq әvvәlcә hәyat yoldaşı X17, onun ölümündәn sonra isә onun övladı X2 qәbul etmiş, digәr vәrәsәlәr, o cümlәdәn hazırkı iddiaçının X8 hәmin mirasa nә faktiki sahiblik etmiş, nә dә qanunla nәzәrdә tutulmuş qaydada qәbul etmişdir.
16. Hazırkı işdә isә iddiaçı X8nun hәmin miras әmlakı qәbul etdiyini göstәrmәklә eyni hüquqi münasibәtә yenidәn qiymәt verilmәsini tәlәb etmişdir. Halbuki Şirvan Apellyasiya Mәhkәmәsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә dә müәyyәn edilmişdir ki, X5 miras qoyan Yusif Rәhimovun ölümündәn sonra mirası nә notariat qaydasında, nә dә faktiki olaraq qәbul etmәmiş, başqa ünvanda yaşamış vә anası X17 sağlığında vәfat etmişdir. Hәmin mәhkәmә aktında hәmçinin göstәrilmişdir ki, miras әmlakı faktiki olaraq yalnız X2 vә X17 qәbul etmişlәr.
17. Belә ki, e-*(***)-****/**** saylı qәtnamә ilә hәmin miras әmlakın kim tәrәfindәn faktiki qәbul olunması mәsәlәsinә artıq hüquqi qiymәt verilmiş, tәrәflәr arasında miras hüquqları ilә bağlı mübahisә hәll edilmişdir. Buna baxmayaraq sonradan e-*(***)-****/**** saylı iş üzrә eyni miras әmlakla bağlı yenidәn “mirasın qәbul edilmәsi faktının müәyyәn olunması” tәlәbinin irәli sürülmәsi mahiyyәtcә әvvәlki mәhkәmә aktı ilә müәyyәn edilmiş hüquqi nәticәlәrin yenidәn mübahisәlәndirilmәsinә gәtirib çıxarmışdır ki, bu da yolverilmәzdir.
18. Bu sәbәbdәn mәhkәmә kollegiyası hesab etmişdir ki, birinci instansiya mәhkәmәsi hüquq barәdә mövcud mübahisәni vә әvvәlki qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını nәzәrә almadan işә mahiyyәti üzrә baxmışdır. Halbuki mövcud halda tәlәbә mahiyyәti üzrә baxılması deyil, MPM-in 261.0.1-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәsi tәlәb olunur.
19. Mәhkәmә kollegiyası mövqeyini MPM-in 261.0.2-ci maddәsinә istinadla әsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayәti verәrәk apellyasiya instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsini, işә yenidәn baxılması üçün apellyasiya mәhkәmәsinә qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
21. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ## ###### 2023-cü il tarixli Plenum Qәrarı vә MPM-in 9.1, 88, 417.1.3 vә 418-ci maddәlәri üzrә - mәhkәmә nәzәrә almamışdır ki, X1 ölümündәn sonra onun hәyat yoldaşı ilә yanaşı mәrhumun oğlu yetkinlik yaşına çatmış X5 miras әmlakı faktiki olaraq qәbul etmiş vә ailә quraraq hәmin evdә yaşamışdır. 1975-ci ildә cavabdeh heç ailә qurmamış vә mübahisәli evdә yaşamamışdır. Bundan başqa Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsi ilә iddiaçı Cavabdeh vәrәsәlik hüquqlarının tanınması tәlәblәrinә baxılmışdır, digәr şәxslәrin vәrәsәlik hüquqlarının olub-olmaması mәhkәmәdә araşdırılmamışdır.
22. Hal-hazırda isә mülki iş üzrә iddia predmeti iddiaçının vәrәsәlik hüquqlarının tanınmasıdır. Hazırkı iş üzrә iddiaçının iddia tәlәbi fәrqlidir vә iddiaçı özünә mәxsus vәrәsәlik hüquqlarının tanınması, yәni “babası mәrhum X1 vәfatından sonra miras qalmış әmlakına dair onun qanun üzrә vәrәsәlik hüquqlarının tanınmasıdır”. Belәliklә, mәhkәmәnin icraatında olan cavabdehin iddiası üzrә mülki işdә yalnız cavabdehin vәrәsәlik hüquqlarının olub-olmamasına baxılmışdır. Iddiaçı öz vәrәsәlik hüquqlarının tanınması üçün ayrı iddia әrizәsi ilә müraciәt etmişdir.
23. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.5-ci maddәsinin hәmin Mәcәllәnin 155, 156 vә 372.4-cü maddәlәri ilә müqayisәli şәkildә şәrh edilmәsinә dair” ## ###### 2012-ci il tarixli Qәrarında qeyd edilmişdir ki, iddianın hәm predmetinin, hәm dә әsasının dәyişdirilmәsi yeni iddianın verilmәsi kimi qiymәtlәndirilir.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi
25. Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
26. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
27. Maddә 261.0.2. Eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa, hakim iş üzrә icraata xitam verir.
28. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.
29. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4cü maddәsindә
30. nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
31. Qanunun tәlәbinә görә kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.
32. Hazırkı kassasiya şikayәtindә qәrardad tam mübahisәlәndirildiyindәn apellyasiya instansiyası mәhkәmәsinin aktı bütövlükdә yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn prosessual hüquq normaları düzgün tәtbiq olunmuşdur. Iş üzrә düzgün qәrardad qәbul edilmәmәsi ilә nәticәlәnәn prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları müәyyәn edilmir. Bu baxımdan apelyasiya instansiyası mәhkәmәsinin qәrardadının lәğv olunması üçün әsas yoxdur.
34. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi iş materiallarını araşdıraraq bu qәnaәtә gәlmişdir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vardır. Ona görә dә iş üzrә icraata MPM-in 261.0.2-ci maddәsinә әsasәn icraata xitam verilmişdir.
35. Kollegiya bildirir ki apellyasiya mәhkәmәsi tәrәfindәn iddiaçının şikayәtindәki dәlillәr araşdırılmış vә onlara mülki prosessual normalara әsasәn hüquqi qiymәt verilmәklә yuxarıdakı qәnaәtә gәlinmiş vә mәhkәmәnin gәldiyi nәticә әsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticә vә әsaslandırma ilә razılaşır.
36. Kassasiya şikayәtindә iddia predmetinin fәrqli olması barәdә dәlil dә apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticәni tәkzib etmir. Çünki hәlledici olan tәlәbin formal adı deyil, onun әsaslandığı hüquqi vә faktiki hallardır. Bu hallar isә әvvәlki mәhkәmә aktları ilә artıq hәll edilmiş mübahisәnin yenidәn baxılmasına yönәldiyindәn apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş üzrә icraata xitam verilmәsi barәdә nәticәyә gәlinmәsi qanuni vә әsaslı olmuşdur.
37. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya mәhkәmәsi tәrәfindәn şikayәtdә göstәrilәn halların araşdırılması üçün tәrәflәrә lazımi şәrait yaradıldığından vә iddiaçının dәlillәrinә hüquqi qiymәt verildiyindәn iş üzrә prosessual hüquq normaları düzgün tәtbiq olunmuşdur, kassasiya şikayәtinin dәlillәri qәrardadın lәğv edilmәsi üçün әsas tәşkil etmir.
38. Ona görә dә kassasiya şikayәti tәmin olunmamalı, apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.
39. Göstәrilәnlәrә әsasәn vә MPM-in 416, 417 vә 419-cu maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası
Qərara aldı: Kassasiya şikayәti tәmin edilmәsin. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, e-*(*-*)- ***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.