Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1749/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə (Binəqədi rayon Icra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektira Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə və üçüncü şəxslər Binəqədi rayon Icra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektira Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2rşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, e-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı Iskəndərova Cəmilə Sahib qızı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ##.##.2017-ci il tarixli, ** nömrəli Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, ##.##.2017-ci il tarixli, ** nömrəli Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 129981 manat kompensasiyanın ödənilməsi, 13000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə məsrəfləri olan 521,06 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 80 manatın, 380 manat hüquqi xidmət haqqının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulması barədə qətnamə, cavabdehin bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 ci, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr yarandığı üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən maddi zərərin əvəzi qismində 47.863 manat, mənəvi ziyanın əvəzi qismində 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (Hakim- Məmmədova Lətifə).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi MK-nın e-*(*-*)-****/**** nömrəli # ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi, hazırkı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılması və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qət edilmişdir. (Hakimlər Babayev Fuad (sədrlik edən və məruzəçi), Musayeva Cəmilə və Abdıyev Fuaddan ibarət tərkibdə).
5. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində və MPM-ə əlavə edilmiş * saylı Əlavədə nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir. Xüsusilə, şikayətdə "şikayət verən şəxsin tələbi" bölməsi göstərilmədiyindən, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini hansı hissədə mübahisələndirdiyi və apellyasiya instansiyasından hansı qərarın qəbul edilməsini xahiş etdiyi müəyyən edilə bilməmişdir. Bu çatışmazlıq şikayətin mahiyyəti üzrə baxılmasına hüquqi maneə yaratmışdır.
6. Apellyasiya məhkəməsi əlavə olaraq vurğulamışdır ki, apellyasiya şikayəti MPM-in 361ci maddəsinin tələblərinə cavab vermədiyindən, MPM-in 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin əvvəllər mümkün hesab edilərək icraata qəbul edilməsi sonradan onun qeyri-mümkün hesab edilməsinə mane olmur. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin apellyasiya icraatının qəbuluna dair qərardadı ləğv edilmiş, işin apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi məqsədəuyğun hesab olunmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə gücləndirilmiş elektron imza ("Asan Imza") ilə təsdiqlənərək qanunla müəyyən edilmiş qaydada təqdim edilmiş, eyni zamanda sistemdə yaranmış texniki problemlər nəzərə alınaraq A4 formatında imzalanmış nüsxəsi və PDF variantı da birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Kassator bildirmişdir ki, apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və dəyişdirilməsi, iddia tələblərinin tam təmin olunması, maddi və mənəvi zərərin artırılması, xüsusi qərardad çıxarılması, habelə məhkəmə xərclərinin cavabdehdən tutulması barədə tələblər aydın şəkildə göstərilsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq şikayətdə tələbin göstərilmədiyini qeyd edərək apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş və geri qaytarmışdır. Kassator hesab etmişdir ki, bu zaman məhkəmə "Elektron məhkəmə" sistemində mövcud olmuş texniki nasazlıqları, kağız daşıyıcıda təqdim olunmuş apellyasiya şikayətini və elektron kabinetə yerləşdirilmiş PDF sənədini nəzərə almamış, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Prosessual Məcəlləsinin məhkəməyə çıxış hüququ, çəkişmə prinsipi, elektron məhkəmə icraatı və apellyasiya icraatını tənzimləyən normalarını pozmuş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bu əsaslarla kassator Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və işin növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə təkrar baxılmağa göndərilməsini xahiş etmişdir.
8. Nəticə etibarilə, kassator hesab edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada və formada təqdim edildiyi, şikayətdə irəli sürülən tələblər aydın şəkildə göstərildiyi halda, apellyasiya instansiyası məhkəməsi "Elektron məhkəmə" informasiya sistemində yaranmış texniki problemləri və kağız daşıyıcıda təqdim edilmiş apellyasiya şikayətini nəzərə almadan, şikayətdə tələbin əks olunmadığı əsası ilə onu qeyri-mümkün hesab edib geri qaytarmaqla maddi və prosessual hüquq normalarını pozmuş, məhkəməyə çıxış hüququnu məhdudlaşdırmış və qanunsuz qərardad qəbul etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə təkrar baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
11. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
12. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
13. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
17. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayətin məzmununda tələb hissəsi öz əksini tapmadığından şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmənin mövqeyi MPM-nin 361.1 və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğundur.
18. Kassasiya şikayətinin dəlillərindən biri budur ki, apellyasiya şikayəti elektron sistemə yüklənərkən sistemdə problem olmuşdur. Kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, elektron sistemdəki problem sənədin yüklənməsi ilə bağlı ola bilər. Sistemə yüklənmiş sənədin məzmununun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi isə bu barədə sübut olmadan texniki problemlə əlaqələndilə bilməz.
19. Şikayətin digər dəlili bundan ibarətdir ki, apellyasiya şikayəti tələb hissəsi qeyd edilməklə kağız daşıyıcıda da məhkəməyə təqdim edilmişdir. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 10-.1-ci maddəsinin tələblərinə əsasən məhkəməyə şikayətlər elektron formada tərtib edilməklə (elektron imza ilə imzalanmaqla) elektron məhkəmə informasiya sistemi vasitəsi ilə göndərilməlidir. Elektron sistemdə sənədlərin yüklənməsində texniki problemlər olduğu təqdirdə tərəfindən kağız daşıyıcıda təqdim etdiyi şikayət qəbul edilə bilər. Hazırkı halda iddiaçı ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini sistemə yüklədiyindən müəyyən olunur ki, sistemdə həmin tarixdə sənədin yüklənməsi ilə bağlı problem olmamışdır. Bundan əlavə iş materiallarında apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada tərtib edilmiş və kağız daşıyıcıda ##.##.2026-cı il tarixədək Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş nüsxəsi mövcud deyil.
20. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, 2(3-6)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.