Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2105/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu) mülki iş üzrə QƏRARİ Açar sözlər: apelyasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ######## 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin (bundan sonra - əmr) ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı, işdən çıxarıldığı gündən bərpa olunacağı günə kimi orta aylıq əmək haqqımın hesablanıb ona ödənilməsi, 2.500 manat vəkil xərci, 60 manat mediasiya ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı "işə bərpa və sair" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş əmrin ləğv edilməsi, iddiaçı əvvəlki vəzifəsinə - Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi rəhbər vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi, cavabdeh cavabdeh2 mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim: Ə.Heydərova).
3. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*- *)-****/**** nömrəli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir (hakimlər S.Bəhramzadə, F.Babayev, E.Kazımov).
5. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli hüquq münasibəti iddiaçı ilə Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbi arasında yaranmışdır. Kollegiyanın qənaətinə görə, iddiaçının işəgötürəni məhz həmin məktəb olmuş, əmək müqaviləsinin ləğvi barədə əmr də məktəb tərəfindən verilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız məktəbin hüquq və mənafelərinə toxunur və həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ da məktəbə məxsusdur.
6. Kollegiya hesab etmişdir ki, Bakı Şəhəri üzrə Təhsil Idarəsi mübahisələndirilən qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu sübut etmədiyindən, qətnamədən apellyasiya şikayəti vermək hüququna malik şəxs hesab edilə bilməz. Bu səbəbdən Təhsil Idarəsinin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
7. Bundan əlavə, məhkəmə Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, qətnamədən şikayət işdə iştirak etməyən şəxs tərəfindən verildikdə, ilk növbədə həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunubtoxunmadığı yoxlanılmalı və bunun nəticəsi barədə qərardad qəbul edilməlidir. Kollegiyanın fikrincə, birinci instansiya məhkəməsi Bakı Şəhəri üzrə Təhsil Idarəsinin hüquq və vəzifələrinin qətnamə ilə təsirlənib-təsirlənməsini araşdırmadan apellyasiya şikayətini birbaşa apellyasiya instansiyasına göndərmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh2 (vəkil: X1) kassasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 60 və 71-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 47.2, 50.1, 51.1, 357.1 və 357.2-ci maddələrinin tələblərini düzgün tətbiq etməmiş, nəticədə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin qanunla təmin olunmuş apellyasiya şikayəti vermək hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Şikayətdə göstərilmişdir ki, Bakı Şəhəri üzrə Təhsil Idarəsi işdə cavabdeh qismində iştirak etdiyindən və qətnamə ilə onun üzərinə məcburi işburaxmaya görə əməkhaqqının və mediasiya xərcinin ödənilməsi üzrə maliyyə öhdəliyi qoyulduğundan, həmin qətnamə onun hüquq və vəzifələrinə birbaşa toxunmuşdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi işdə iştirak etməyən şəxslərə aid hüquqi vəziyyəti cavabdehə tətbiq etmiş, digər cavabdehdən asılı olmayaraq müstəqil qaydada şikayət vermək hüququnu nəzərə almamışdır. Kassator həmçinin bildirmişdir ki, dövlət ümumi təhsil müəssisələrinin hüquqi şəxs statusuna, müstəqil balans və VÖEN-ə malik olmaması, elektron qaydada müstəqil şikayət verə bilməməsi və hüquqşünas ştatlarının olmaması nəzərə alınmadan yalnız məktəbin şikayət verməli olduğu barədə nəticəyə gəlinməsi həddindən artıq formal yanaşma olmaqla məhkəməyə çıxış hüququnun pozulmasına səbəb olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
12. Maddə 50.3. Iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
13. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin verdiyi apellyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün saymaqla prosessual hüquq normasını düzgün tətbiq etməmişdir.
17. Əvvəla, apellyasiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə istinadı əsassız olmuşdur. Çünki, apellyator işdə iştirak etməyən şəxs deyil, birbaşa cavabdeh statusunda tərəf olmuşdur.
18. Belə ki, rayon məhkəməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsini iş üzrə cavabdeh qismində qəbul etmiş, üstəlik çıxardığı qətnamənin nəticə hissəsinin birinci abzasında məhz bu cavabdehə qarşı da iddianın qismən təmin olunduğunu vurğulamışdır.
19. Bundan əlavə, qətnamənin nəticə hissəsinin beşinci abzasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsindən iddiaçının xeyrinə 60 manat məbləğində pul tutulmuşdur.
20. Kollegiya onu da bildirir ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinə qarşı tələbi iddianın ona cavab verməli olmayan şəxsə qarşı yönəlməsi əsası ilə rədd edilmiş olsaydı idarənin apellyasiya şikayəti qeyri-mümkün sayıla bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi iddia adıçəkilən idarəyə münasibətdə rədd edilməmiş, əksinə qismən təmin olunmuşdur.
21. Belə olan halda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi ona qarşı irəli sürülmüş iddianın qismən təmin olunmasından, habelə ondan pul məbləğinin tutulmasından apellyasiya şikayəti vermək hüququna malikdir.
22. Iş üzrə tərəf olan cavabdehin birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən apellyasiya şikayəti vermək hüququ Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsində aydın şəkildə göstərilmişdir və bu işin yuxarıda qeyd edilən halları baxımından həmin normanın nəzərə alınmaması yolverilməzdir.
23. Ona görə də, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.