Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2331/2026 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC-yə, cavabdeh2, cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəflərin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq məhkəmə tərkibində, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 qarşı "qanunsuz zəbt edilmiş torpaq sahələrinin boşaldılması, özbaşına tikililərin cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Oğuz Rayon Məhkəməsinin 2(5-129)-137/2026 nömrəli, 2026-cı il ## #### tarixli qərardadından iddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 şikayətlərinə 11 avqust 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə Oğuz Rayon məhkəməsinə müraciət edərək, "qanunsuz zəbt edilmiş Oğuz rayonu Padar kəndində yerləşən torpaq sahələrinin boşaldılması, özbaşına tikililərin cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi; 300 manat hüquqi xidmət müqaviləsi üzrə, 100 manat dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması" barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz rayonu, Padar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir. Həmin kənddə yerləşən 1,87 ha və 1,67 ha torpaq sahələrini iddiaçı ## ######## 2009-cu ildə alqı-satqı ilə əldə etmişdir. Mübahisə olunan torpaq sahəsində gilas ağacları əkilmişdir. Lakin cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 torpaq sahələrini qanunsuz zəbt etmişlər. Mübahisənin həll olunması və razılıq əldə olunması üçün cavabdehlərlə dəfələrlə əlaqə saxlamış, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlərin qeyripeşəkar hərəkətləri nəticəsində iddiaçıya və Oğuz rayon sakinlərinə kifayət qədər zərər vurulub, bağlara ziyan yetirilib.
4. İddiaçının vəkili və nümayəndəsi Vəkil əlavə olaraq bildirmişdir ki, mübahisə olunan torpaq sahəsində gilas ağacları əkilmişdir və ağacların meyvəsini hazırkı gündə cavabdeh tərəf yığır və istifadə edir, iddiaçı bu vəziyyətə etiraz etdiyi üçün aralarında bu gün mübahisə olmuş və iddiaçını döymüşlər. Torpaq sahəsinin üzərində olan meyvə bağında il ərzində bir dəfə məhsul olur və onu yığmağa iddiaçıya imkan vermirlər. İddiaçının yüz əlli hektar, cavabdeh tərəfin isə yüz on hektar torpaq sahələri vardır, mübahisə olunan ərazi dörd hektar sahə ilə bağlıdır. Torpaq sahəsinə 2021-ci ildə çıxarış alınmışdır, lakin illərdir torpaq sahəsi və onun üzərində olan məhsuldan cavabdeh tərəf istifadə edir.
5. Birinci instansiya məhkəməsində cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iddia tələbini qəbul etmədiklərini demiş və əlavə olaraq bildirmişdir ki, mübahisə olunan torpaq sahəsi zəbt olunmamışdır. Belə ki, həmin ərazidə yüz əlli hektar torpaq sahəsi sakinlərdən öz razılıqları ilə dəyəri ödənilməklə alınaraq orada meyvə bağı salınmışdır, mübahisə olunan beş hektar torpaq sahəsi ilə bağlı isə məlum olmuşdur ki, həmin sahə başqa bir şəxsə satılmışdır və hazırda həmin torpaq sahəsində də meyvə ağacları əkilmişdir və bağın salınmasına kifayət qədər pul xərclənmişdir. Torpaq sahəsi 2020-ci ildən ümumi hasarın daxilində yerləşir və üzərində gilas ağacları əkilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil hər iki tərəfin vergi ödəyicisi olmasını, lakin hazırkı halda mübahisə müstəsna aidiyyətlə bağlı məsələ olduğu üçün mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmişdir.
7. Oğuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, 2026-cı il ## #### tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Rəşad Əliyev)
8. Birinci instansiya məhkəməsi iş materiallarında olan vergi məlumatlarından çıxarışlara əsasən müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər - iddiaçı İddiaçı (VÖEN: **********) və cavabdehlər cavabdeh1 MMC (VÖEN: **********), cavabdeh2 (VÖEN: **********), cavabdeh3 (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş aktiv statuslu vergi ödəyicisidirlər. Deməli, hazırki mübahisənin subyektiv tərkibi – iddiaçı və cavabdehlər sahibkarlıq fəaliyyəti subyektləridir.
9. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə və hazırkı mübahisənin predmeti ilə əlaqədar hesab etmişdir ki, iddiaçı iddia ərizəsində Oğuz rayonu Padar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanuni mülkiyyətçisi olmasını, həmin ərazidə yerləşən 1.87 hektar (reyestr № ************) və 1.67 hektar torpaq sahələrinin (reyestr № ************) ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə keçməsini və bu hüququn müvafiq çıxarışlarla təsdiq edilməsini, cavabdehlər cavabdeh1 MMC və Ələsgər Həmzəyev tərəfindən həmin torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsini, həmin ərazidə cavabdehlərin kənd təsərrüfatı işləri aparması və torpaq sahəsindən faktiki istifadə etməsini, cavabdehlər tərəfindən qeyd olunan sahədə özbaşına tikinti işlərinin aparılmasını göstərmişdir.
10. Birinci instansiya məhkəməsi tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri ilə bağlı etmişdir ki, iş materiallarına əsasən tərəflər arasında olan mübahisə torpaq sahəsi ilə bağlı olsa da, ümumilikdə iddianın əsasını torpaq sahəsinin üzərində olan meyvə ağacları, məhsulun yığılması və onun gəlirindən məhrum olma ilə bağlı hallar təşkil edir. Buradan məlum olur ki, torpaq sahəsindən istifadədə məqsəd hər iki tərəfin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur.
11. Tərəflər arasında olan mübahisənin subyektiv tərkibi, predmeti və hüquq münasibətlərinə əsasən birinci instansiya məhkəməsi gəldiyi qənaətə görə, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 26.2-ci maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli ** nömrəli Qərarına istinadla əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
13. İddiaçı İddiaçı (vəkil Vəkil) həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın əsasının nə olmasını tam müəyyən edə bilməməsi səbəbindən iddiaçının ifadəsi əsasında onun torpaq sahəsinin zəbt olunması nəticəsində ona dəyən zərəri iddia predmeti kimi nəzərə almışdır. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddianın predmeti qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən alınmasıdır, iddiaçın torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində gəlirdən məhrum olması isə, hüquq pozuntusunun nəticəsi və iddiaçıya dəymiş zərərdir. İddiaçı və cavabdeh arasında mübahisə torpaq sahəsinin qanunsuz zəbt edilməsidir. Torpaq sahəsindən əldə edilən gəlirlər deyil. Məhkəmə münasibətin xarakterini də aşağıdakı şəkildə əsaslandırmışdır: “Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, tərəflər arasında olan mübahisə torpaq sahəsi ilə bağlı olsa da ümumilikdə iddianın əsasını torpaq sahəsinin üzərində olan meyvə ağacları, məhsulun yığılması və onun gəlirindən məhrum olma ilə bağlı hallar təşkil edir.” Lakin məhkəmənin bu yanaşması iddianın əsas predmeti ilə hüquq pozuntusunun nəticəsini eyniləşdirmək baxımından hüquqi cəhətdən əsaslı deyildir. Belə ki, mülki və kommersiya hüququnda iddia predmeti şəxsin pozulmuş hüququnun bərpası tələbidir; bu halda isə pozulmuş hüquq – torpaq sahəsi üzərində mülkiyyət hüququdur. Torpaq sahəsindən istifadə edə bilməmə və nəticədə gəlirdən məhrum olma, mülkiyyət hüququnun pozulmasının törəmə nəticələri, yəni mülki hüquq məsuliyyətinin predmeti olan zərər (əldən çıxmış fayda) qismində çıxış edir. Bundan əlavə, torpaq sahəsinin təyinatı üzrə istifadəsi və onun üzərində kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi, mübahisənin kommersiya xarakterini deyil, məhz tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər olmasını təsdiq edən amillərdir. Məhkəmənin mübahisənin predmeti kimi gəlir mənbəyinə istinad etməsi, torpaq sahəsinə olan mülkiyyət hüququnun müdafiəsi tələbini ikinci plana keçirərək, mübahisənin əsas mahiyyətini təhrif etmişdir. Mübahisənin predmeti "torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və zəbtin qarşısının alınması"dır ki, bu da birbaşa mülkiyyət hüququnun müdafiəsi ilə bağlı sahibkarlıq subyektləri arasında yaranan kommersiya mübahisəsi kateqoriyasına aiddir.
15. Cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 (vəkil Vəkil/Nümayəndə) həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, ərizənin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.
16. Şikayətdə qeyd edilmişdir ki, işə baxılan zaman maddi hüququ norması pozulmuşdur. Oğuz Rayon Məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamışdır, sübutlar düzgün qiymətləndirilməmişdir, prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Yaranan mübahisəyə Şəki Kommersiya Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə ki, cavabdeh1 MMC tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsində cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və cavabdeh İddiaçı qarşı iddia qaldırılaraq cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə cavabdeh İddiaçı arasında Oğuz Rayon Notariat Ofisində bağlanmış torpaq sahəsinin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilədən yaranan hüquqi nəticələrin ləğv edilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan X1 MMC tərəfindən şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh1 MMC-nin cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinə baxılması Bakı Kommersiya Məhkəməsinin icraatındadır (iş № e-2-2(4-11)-3334/2026 , (Hakim - X2). Cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən Oğuz Rayon Məhkəməsinə vəsatət verilərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh1 MMC-nin cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair *-*(*-**)-****/**** nömrəli işə baxılıb yekun məhkəmə aktı qüvvəyə minənədək iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC-yə, cavabdeh2, cavabdeh3 qarşı, cavabdeh cavabdeh1 MMC, cavabdeh3 və X3 tərəfindən qanunsuz zəbt edilmiş Oğuz rayonu Padar kəndində yerləşən torpaq sahələrinin boşaldılması, özbaşına tikililərin cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, 300 manat hüquqi xidmət müqaviləsi üzrə, 100 manat dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbinə dair Oğuz Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** nömrəli işin icraatının dayandırılması xahiş olunmuşdur. Oğuz Rayon Məhkəməsi tərəfindən vəsatət təmin edilməmiş və iş Şəki Kommersiya Məhkəməsinə göndərilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Oğuz Rayon Məhkəməsində qaldırılmış iddia tələbi üzrə işin icraatı məhkəmə tərəfindən dayandırılmalı və ya iddia tələbləri bir biri ilə əlaqəli olduğu üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməli idi. Məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Oğuz Rayon Məhkəməsinin qərardadının nə dərəcədə qanuna uyğun olub-olmaması barədə münasibətini bildirməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olunan halların sübut edilməməsi, məhkəmənin qərardadda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq mülki işin icraatını dayandırmamış və işi Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmə qərardadı qəbul edərkən onu əsaslandıra bilməmişdir. Məhkəmə cavabdehlərin hüquqlarını pozmuşdur.
17. Oğuz Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli qərardadları ilə şikayətlər təmin olunmamış və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri
18. Şikayətlərə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı 10-cu bənd. 2019-cu il # #### tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
20. İlkin olaraq iddiaçının şikayəti üzrə qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına əsasən hazırkı iş üzrə tərəflər - iddiaçı İddiaçı (VÖEN: **********) və cavabdehlər cavabdeh1 MMC (VÖEN: **********), cavabdeh2 (VÖEN: **********), cavabdeh3 (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş aktiv statuslu vergi ödəyicisidirlər.
21. Mübahisə torpaq sahəsinin boşaldılması, qanunsuz tikintilərin cavabdehlərin hesabına sökülməsi ilə bağlıdır. Torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır.
22. İddia tələbi mülkiyyətin müdafiəsi barədədir.
23. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
24. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyekt tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
25. Hazırkı iş üzrə iddiaçı, həmçinin cavabdehlərdən ikisi aktiv VÖEN-ə sahib olan vergi ödəyicidirlər. Bu baxımdan, tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur.
26. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti mülkiyyətin müdafiəsidir.
27. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, tərəflər arasında olan mübahisə torpaq sahəsi ilə bağlı olsa da, ümumilikdə iddianın əsasını torpaq sahəsinin üzərində olan meyvə ağacları, məhsulun yığılması və onun gəlirindən məhrum olma ilə bağlı hallar təşkil edir. Torpaq sahəsindən istifadədə məqsəd hər iki tərəfin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur.
28. Başqa sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin (iddiaçı və cavabdehlərin ikisi) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir
29. Sözügedən iki hal da öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun ##.##.2020-ci il tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
30. Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
31. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun ##.##.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.
32. Nəzərə alınsa ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir, belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual qaydalara uyğun olmuşdur.
33. Cavabdehlərin kassasiya şikayətinə gəldikdə qeyd edilməlidir ki, iddia tələbi mülkiyyət (əşya) hüquqlarının müdafiəsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 39-cü maddəsi isə əşya hüquqlarından irəli gələn mübahisələrin daşınmaz əşyanın olduğu yerə görə verilməsini müəyyən edir.
34. İş üzrə icraatın dayadırılması və ya hazırkı işin müqavilənin etibarsızlığı ilə bağlı tərəflər arasındakı başqa bir iddia ilə eyni icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehlərin dəlilləri isə bu icraatın predmeti deyil. Qeyd edilən dəlillər işə aidiyyəti üzrə baxacaq məhkəmədə irəli sürülə bilən dəlillərdir.
35. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
36. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi
QƏRARA ALDI:
İddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 şikayətləri təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 2(5-129)-137/2026 nömrəli, 2026-cı il ## #### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.