Məhkəmə qərarları › İş №e-2(1-8)-336/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-336/2026

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(1-8)-336/2026 09.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 MMC-yə və X3 qarşı (Fövqəladə Hallar Nazirliyi X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARI (Açar sözlər: işin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlu və İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər "xxxx" A SC-yə, Cavabdeh3 MMC-yə və X3 qarşı (Fövqəladə Hallar Nazirliyi X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6091/2025 nömrəli 2025-ci il 17 dekabr tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 9 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MMC-yə və X3 qarşı (Fövqəladə Hallar Nazirliyi X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yanğınların söndürülməsi üçün yanğına qarşı inşa edilmiş su hovuzunun təmir edilməsi, YTQ 012001 bənd 8.1 tələbinə əsasən su hovuzlarının ətrafına yanğın maşınlarının sərbəst giriş-çıxışı üçün ərazinin təmizlənməsi və maneələrin aradan qaldırılması, ərazidə yanğın kranlarının quraşdırılaraq onların şlank, lülə və başlıqlarla təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azər-Aqro” LTD şirkəti xx.xx.2008-ci il tarixində Səhmdarların ümumi yığıncağının qərarı ilə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin ərazisi və tikililərinin təyinatını dəyişdirərək, “Əhalinin az təminatlı təbəqələrinin gündəlik zəruri, vacib kənd təsə rrüfatı məhsulları ilə digər bazarlardan aşağı qiymətlərlə fərqli olmaq şərti ilə təyinatını kənd təsərrüfatının məhsullarının satışı və xidməti yarmarkası” kimi 49 il müddətinə icarəyə götürülməsi ilə bağlı qərar verilmişdir. Həmin qərar 29 yanvar 2010-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin iş №2(006)24/10 saylı qətnaməsi ilə bütün instansiya məhkəmələrində tam hüquqi qüvvəsini almışdır. Lakin buna baxmayaraq "xxxx" ASC-nin “Azər-Aqro” LTD şirkəti ilə xx.xx.2008-ci il tarixində bağlanmış icarə müqaviləsinin müvafiq şərtində “Emissiya Prospektindəki” onun yerləşdiyi 13151 m² sahədən “Azər-Aqro” LTD şirkətinə heç bir məlumat və xəbərdarlıq edilmədən yanğın təhlükəsizliyi məqsədi ilə əvvəllər inşa edilmiş mövcud su hovuzunu və onun nasosxanasının qonşuluqlarında yerləşən Cavabdeh3 MMC-yə və X1. Həmin su hovuzu və ona məxsus su nasosxanasının ətrafları yanğın söndürən maşınların yaxınlaşması, giriş-çıxış üçün tələb olunan meydança ərazisi daş hasarlarla hörülərək şəxsi məqsədlər üçün istifadə edilir. Belə ki, X2 ərazisindəki su nasosunun və su hovuzunun ətrafı hasarlanaraq Bakı şəhərinin Mərkəzi olan Nəsimi rayonunda qeyri-qanuni mal-qara saxlamaq üçün tövlə, sallaqxana və mal-qaranın kəsim yeri kimi istismar edilir. Burada antisanitariya, gigiyenik qaydalarının pozulması, insanların gələcək sağlamlığı üçün qorxulu halla yanaşı ən təhlükəli vəziyyət isə odur ki, “Kəndli Yarmarkası” insanların kütləvi toplaşdığı obyekt olmaqla yanaşı, eyni zamanda Yanğın Təhlükəsizliyi ilə yüksək risk qrupuna aid olan mühüm əhəmiyyətli obyekt kimi FHN-nin nəzarətində və uçotunda olan obyek t olmaqla gələcəkdə yanğın təhlükəsizliyi üçün ciddi təhlükə yaranmışdır. (fakt FHNnin 2-ci ərazi Dövlət Yanğın İdarəsi Xidmətinin 06.Xİ.2025-ci il tarixli № 3-18- 63/23033/2025 saylıməktubu) 10 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti, 2-ci ərazi X5 İdarəsi, “Azər-Aqro” LTD şirkətinə məxsus "xxxx" ASC-dən 49 il icarəyə götürdüyü “Kəndli Yarmarkasında” yanğına qarşı vəziyyətə dair yoxlama keçirərək №3-18-63/G-2/2025 saylı “Məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə Qərar qəbul etmişdir. Qərarda göstərilən çatışmazlıqların aradan qaldırması məqsədi ilə müddət verilmiş, həmin müddətdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılsa da, yarmarkada yanğınların söndürülməsi üçün yanğına qarşı mövcud su hovuzunun təmir edilməsi YTQ 01-2001, 8.1, 8.8 bəndinin tələblərinə cavab vermədiyini, eyni zamanda mövcud yanğına qarşı su hovuzunun üzərində tikinti işləri aparıldığından yanğın avtomobillərinin yanğın su hovuzuna sərbəst yaxınlaşmasının qarşısının alındığını bildirməklə, sözügedən “Kəndli Yarmarkasında” yanğına qarşı bu cür nöqsanlar tam aradan qaldırılmadığından sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yarmarkada xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək plandan kənar vəziyyətlə bağlı yanğın-texnikimüayinə keçirilmişdir. Növbədənkənar yoxlama zamanı da yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna, mövcud su hovuzunun barəsində göstərilən nöqsanların verilən müddətdə bərpa edilmədiyinə görə “Kəndli yarmarkasının” cavabdeh şəxsi Azərbaycan Respubl ikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində xx.xx.2025-ci il tarixində MN № ******* saylı protokol tərtib edilmişdir Belə ki, 49 il müddətinə “Azər-Aqro” LTD şirkətinə icarəyə verilmiş mövcud su hovuzunun ətrafı Bakı şəhəri Nəsimi rayon mərkəzində mal-qara saxlamaq üçün tövlə, sallaqxana, kəsim xətti kimi qeyri-qanuni fəaliyyət göstərdiyindən, ətrafı daş divarlarla hörüldüyündən "xxxx" ASC-yə məxsus olmuş su hovuzunun və su nasosxanasının təmirinə və onun ətrafına yanğın söndürən maşınların sərbəst giriş-çıxış edilməsinin mümkünsüzlüyünə görə Qərarda yarmarkada yanğınların söndürülməsi üçün inşa edilmiş yanğına qarşı mövcud su hovuzunun təmir edib, ərazidə yanğın kranlarının quraşdırılması, onlara şlank, lülə və başlıqlarla təmi n edilməsimümkünsüz olmuşdur.

3. İş üzrə Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 və cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 ayrı-ayrılıqda ərizə verərək, iddia ərizəsinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6091/2025 nömrəli 2025-ci il 17 dekabr tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 və cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 vəsatətləri təmin edilərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmı şdır (hakim Vüsalə Musayeva).

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə mübahisə tərəfləri kommersiya hüquqi şəxsləridir və həmçinin hazırki mübahisə də onların sahibkarlıq fəaliyyətindən irəli gəlir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 31.1, 32.4, 403-1.1-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır.

8. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6091 /2025 nömrəli 2025-ci il 17 dekabr tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbindən görünür ki, ünvan 1 ünvanda yerləşən yanğınların söndürülməsi üçün yanğına qarşı inşa edilmiş su hovuzunun təmir edilməsi, YTQ 01-2001 bənd 8.1 tələbinə əsasən su hovuzlarının ətrafına yanğın maşınlarının sərbəst giriş-çıxışı üçün ərazinin təmizlənməsi və maneələrin aradan qaldırılması, ərazidə yanğın kranlarının quraşdırılaraq onların şlank, lülə və başlıqlarla təmin edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3 MMC-nin, "xxxx" ASC-nin və X2 üzərin qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, hazırki halda tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətlərindən yaranan mübahsə deyildir. Sahibkarlıq fəaliyyəti ilə bağ lı olduğunu araşdırmadan işin kommersiya məhkəməsinə aid olması nəticəsinə gəlinmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6091/2025 nömrəli 2026cı il 9 yanvar tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayətə baxılması üçün mülki işlə birgə Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır (hakim Vüsalə Musayeva). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə

1. Sahibkarlıq fəaliyyət ini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

13. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvə dən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

14. Bənd

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

15. Bənd

12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin ö zünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

17. Bənd

15. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

18. Bənd

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

20. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

21. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

22. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

23. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

24. Mad də 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

25. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

26. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasın da fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

27. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

29. Qarışıq məhkəmə tərkibi q eyd edir ki, baxılan iş üzrə mübahisə tərəfləri kommersiya hüquqi şəxsləridir və həmçinin hazırki mübahisə də onların sahibkarlıq fəaliyyətindən irəli gəlir. 30. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yen i qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).

31. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından da göründüyü kimi, tərəflər sahibkarlıq fəaliyyəti məşğul olan hüquqi və fiziki şəxslərdir və onların fəaliyyəti də məhz sahibkarlıqla bağlı olduğundan birinci instansiya məhkəməsi də işə bu qərarın 30-cu bəndində istinad olunan qərarın 13-cü bəndi baxımından ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olmasına dair mövqeyi düzgün olmuşdur.

32. Belə ki, mübahisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin ayrıayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zaman yaranan əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik hüqu qlarının müdafiəsi ilə bağlı olması aşkardır.

33. Belə ki “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarın 13-cü bəndindən görünür ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən ir əli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

34. Qarışıq məhkəmə tərkibi yuxarıda qeyd olunanları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır.

35. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6091/2025 nömrəli 2025-ci il 17 dekabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar