Məhkəmə qərarları › İş №e-2(102)-1129/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1129/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1129/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs Maraqlı şəxs) iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/**********83021/İP№-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 27-29, m 102 (yeni qaydalarla: ünvan 1 ünvanında 19 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 190.3 kv.m. ümumi, 100.5 kv.m. yaşayış, 89.8 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmla kın satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********83021 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 205425.78 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 18181.43 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 6399.47 manat məbləğində penya, cəmi 230006.68 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 45 manat ASC «Xalq» Bankının xey rinə tutulması və iddia ərizəsinin verilməsinə görə 520.01 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək, İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh ərizə ilə müraciət edərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5510/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə (hakim Ayaz Məmmədov) ərizə təmin olunmamışdır.

4. Birinci in stansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1 və 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırkı mübahisənin əsasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin borcu üzrə tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi təşkil edir. Göründüyü kimi mübahisə cavabdehin sahibkarlıq fəaliyyətindən yaranmamış, cavabdeh yalnız ipotekaqoyan şəxsdir.

5. Cavabdeh şikayət verərək, 23 noyabr 2023-cü il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməm iş, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmənin mövqeyi

10. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Baxılan işdə iddiaçı Bank və müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş (Maraqlı şəxs hüquqi şəxs olsalar da, Cavabdeh fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik deyil.

12. İddia ərizəsi cavabdehə məxsus, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldilməsi ilə bağlıdır. Göründüyü kimi mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından mülki mübahisədir.

13. Eyni zamanda cavabdehə məxsus ipoteka predmeti olan yaşayış evinin iki kommersiya hüquqi şəxsi arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da hazırkı mübahisənin aidiyyətini dəyişmir. Çünki baxılan iş üzrə kredit müqaviləsindən irəli gələn hər hansı mübahisəyə baxılmır. Əgər baxılan iş üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi kredit müqavilə üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı ona MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxılması barədə məsələ müzakirə predmeti ola bilərdi. Lakin mövcud vəziyyətdə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məsələ ilə bağlı ayrıca tələb (mübahisə) mövcud deyildir.

14. Bu baxımdan, birinci instansiya məhkəməsi işin ümumi məhkəməyə aid olması barədə düzgün qənaətə gəlmişdir.

15. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, k ommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1)

16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini r əhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5510/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar