Məhkəmə qərarları › İş №e-2(102)-1603/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1603/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1603/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1603/2024 Açar sözlər: məhkəmə aidiyyəti, iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nürəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Oğuz Rayon Məhkəməsinin e2(054)-102/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfində n verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Hazırkı məhkəmə mübahisəsi tərəflər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli lizinq müqaviləsindən irəli gəlir.

2. Cavabdeh (bundan sonra – cavabdeh) 24 noyabr 2014-cü il tarixdə fərdi sahibkar kimi vergi uçotuna alınmış, 19 oktyabr 2015-ci il tarixdə vergi orqanında fəaliyyətini dayandırmışdır. Uçot məlumat bazasına əsasən vergi uçotu cavabdehin 15 noyabr 2019cu il tarixli ərizəsinə əsasən həmin tarixdən ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin 14 fevral 2024-cü il tarixli, **********842100 saylı məktubu). Birinci instansiyası məhkəməs indəki icraat

3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdehə qarşı aralarında bağlanmış 12 sentyabr 2017-ci il tarixli lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Oğuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(054)-102/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim S.Zeynalova) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı ilə təmin olunmamış və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir

6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin vergi uçotu 15 noyabr 2019-cu il tarixdə ləğv edilməklə, iddia ərizəsinin verildiyi tarixdə cavabdeh sahibkar statusunda olmamışdır. Kommersiya mübahisəsi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki tərəf arasında olan mübahisədir. Cavabdehin 2019-cu ilədək sahibkar olması, onun hazırda da sahibkar olması və mübahisənin kommersiya mübahisəsi olması anlamına gəlmir. Ali Məhkəmənin Plenum qərarı da bu mövqedən çıxış edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

10. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

11. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarı

12. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarı n hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

13. Bənd 11....MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. H əmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Birinci instansiya məhkəməsi işi baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxsdir, cavabdeh isə 12 sentyabr 2017-ci il tarixli müqaviləni imzalayarkən vergi ödəyicisi olmaqla tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iddiaya baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aiddir.

15. Qüvvədə olan prosessual qanunvericiliyə (bax - § 7) və Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarındakı hüquqi mövqelərə əsasən, mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsində hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlılığı tələb olunur və qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bax - § 12-13).

16. Göründüyü kimi, prosessual qanunvericiliyə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, subyekt tərkibi meyarı yoxlanılark ən tərəflərin onlar arasında hüquq münasibətinin yarandığı vaxt mövcud olan hüquqi statusu (fiziki şəxs və ya fərdi sahibkar olması) deyil, məhz məhkəmə aidiyyətinin müəyyən edilməsi zamankı hüquqi statusları əhəmiyyət kəsb edir.

17. Baxılan işdən isə görünür ki, cavabdeh tərəflər arasında 12 sentyabr 2017-ci il tarixli lizinq müqaviləsinin bağlanması zamanı vergi ödəyicisi olsa da, onun vergi uçotu 15 noyabr 2019-cu il tarixli ərizəsinə əsasən həmin tarixdən ləğv edilmişdir (bax - § 2). Odur ki, cavabdeh hazırda sahibkarlıq subyekti olmadığından mübahisənin kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı subyekt tərkibi meyarı ödənmir.

18. Beləliklə, Məhkəmə tərkibi hesab edir ki, hazırkı işin kommersiya mübahisəsi hesab edilməsi və buna görə də işin baxılması üçün kommersiya məhkəməsinə göndə rilməsi barədə prosessual hüquqi əsaslar mövcud deyil.

19. Ona görə də şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Oğuz Rayon Məhkəməsinin e-2(054)-102/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinin göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar