Məhkəmə qərarları › İş №e-2(102)-2266/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2266/2024

30.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2266/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № e-2(102)-2266/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Bakı şəhəri 30 may 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), K ommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(006)-1401/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının A zərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 27 fevral 2023-cü il tarixli, 01 saylı əmrin ləğv edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin, eləcə də ezamiyyə bilet xərclərinin, 2023-cü ili fevral ayı üçün ödənilməyən əmək haqqının ödənilməklə, iddiaçının cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialında direktor vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(006)1401/2024 nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 26.1, 26.2, 30, 31.1, 32-ci, Mülki Məcəllənin 45.1, 53.2-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.7, 2.0.14, 4.1, 4.6, 6.1, 9.1-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına və həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ istinad edərək göstərmişdir ki, iddia tələbi “işə bə rpa və s.” münasibətləri özündə əks etdirsə də, iddia tələbində iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, yəni direktor vəzifəsinə bərpa olunması məhkəmədən xahiş olunur. Qanunvericiliyin qeyd olunan tələblərindən də görünür ki, xarici hüquqi şəxsin filialının rəhbərinin təyin edilməsi xarici hüquqi şəxsin qərarı ilə müəyyən olunur. Həmçinin, qanunvericiliyin tələbinə görə xarici hüquqi şəxs əmək hüquq münasibətlərində hüquqi şəxs ilə bərabər hüquqlu subyekt qismində iştirak edir. Bu, o deməkdir ki, xarici hüquqi şəxsin filialı işəgötürən olmaqla, onun rəhbəri də işəgötürənin (xarici hüquqi şəxsin filialının) səlahiyyətlərini icra edən səlahiyyətli fiziki şəxsdir. Deməli, hazırkı iş üzrə iddiaçının cavabdeh ilə olan əmək mübahisəsinə əsasın mənbəyi korporativ münasibətlərdən əmələ gəli r.

4. Məhkəmə hesab etmişdir ki, xarici hüquqi şəxsin filialının rəhbərinin təyin olunması, onun vəzifəsindən azad edilməsi prosessual normalar baxımından korporativ mübahisələrə aid edilir. Belə ki, xarici hüquqi şəxsin filialı xarici hüquqi şəxsin özünün fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılır. Sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə də korporativ tələblər çərçivəsində kommersiya məhkəmələri baxır.

5. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin bir hissəsinin kommersiya, bir hissəsinin də (əmək haqqı, məzuniyyət haqqı və s.) əmək mübahisələrinə aid olması işə kommersiya məhkəməsində baxılmaması üçün əsas deyil. Çünki, iddiaçının iddia tələblərinə nəzər yetirdikdə həmin tələblərin bir-biri ilə əlaqədar olmaqla, b ir qisminin ümumi, digər qisminin isə kommersiya məhkəməsinə aid olduğu müəyyən edilir. Qanunvericiliyin tələblərinə görə belə mübahisələrə kommersiya məhkəməsində baxılır. Şikayətin dəlilləri:

6. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılmasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və iddiaçı ilə cavabdeh arasında yaranmış olan münasibətlər əmək münasibətləridir, bu münasibətlərə birbaşa Əmək Məcəlləsinin tələbləri şamil edilməlidir. İddiaçı müəssisə kimi tövsif edilən cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru kimi işəgötürən qismində çıxış etmiş və onunla c avabdeh arasında olan münasibətlərə Əmək Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, iddia tələblərindən də göründüyü kimi bütün tələblər Azərbaycan Respublikasının Əmək Məcəlləsindən yaranan tələblərdir ki, bunun özü münasibətlərə əmək qanunvericiliyinə dair normaların tətbiq olunmasını zəruri edir. Həmçinin, filial rəhbəri özü xarici hüquqi şəxs tərəfindən təyin olunduğuna görə həmin xarici hüquqi şəxs ona münasibətdə işəgötürən, direktor həmin xarici hüquqi şəxsə münasibətdə isə işçidir. Birinci instansiya məhkəməsi qərardadda özünün hüquqi əsaslandırmasını apararkən Ali Məhkəmənin Plenum qərarına dəfələrlə istinad etsə də, Qərarın 18-ci maddəsinin tələblərini nəzərə almamışdır. Tərəflər arasında hər hansı bir korporativ münasibətlər mövcud deyildir.

8. Birinci instansiya məhkə məsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) da ir işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında ya ranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sa hibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının cavabdeh təşkilatın rə hbəri olmasını, onun xarici hüquqi şəxsin təsisçisinin qərarı ilə vəzifəyə təyin olunmasını əsas gətirməklə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh ilə olan mübahisə korporativ münasibətlərdən əmələ gəlmişdir.

15. Qarışıq məhkəmə tərkibi izah edir ki, prosessual qanunvericiliyində korporativ mübahisələrin anlayışı verilməsə də, hüquq nəzəriyyəsində şirkətin idarə olunması və şirkətin əmlakı ilə bağlı mübahisələr korporativ mübahisələr hesab olunur.

16. Bu mübahisələrə Şirkətin nizamnamə kapitalındakı səhm və paylara mülkiyyət hüquqları ilə bağlı, təşkilatın təsis sənədlərində edilmiş dəyişikliklərlə bağlı; şirkətin təsis edilməsi, ləğv edilməsi və yenidən təşkil edilməsi ilə bağlı; iştirakçıların və təsisçilərin hüquqi şəxsə dəymiş zərərin əvəzinin tələb edilməsi ilə bağlı; qiymətli kağız sahiblərinin reyestr saxlayanın fəaliyyəti ilə bağlı və sair mübahisələr aid oluna bilər.

17. O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə Kommersiya mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərin) kommersiya məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni Ali Məhkəmənin Plenumunun mövqeyinə görə hüquqi şəxsin təsisç iləri, iştirakçıları və idarəetmə orqanların nümayəndələri arasında mübahisə hüquqi şəxsin fəaliyyəti ilə bağlı olduqda korporativ mübahisə olur və kommersiya məhkəmələri tərəfindən baxılır.

18. Lakin, həmin Cədvəldə həmçinin müəyyən olunmuşdur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır.

19. Hazırki iddia kommersiya hüquqi şəxsin təsisçisi ilə idarəetmə orqanı olan direktoru arasında olan mübahisədən irəli gəlsə də, nəzərə alınmalıdır ki, mübahisə hüquqi şəxsin fəaliyyətinə əsaslanmır.

20. Belə ki, "xxxx" Şirkətinin təsisçisinin 27 fevral 2023-cü il tarixli qərarı ilə həmin şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru İddiaçı, habelə şirkətin bir neçə başqa əməkdaşları əmək funksiyalarını v ə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələri, mülkiyyətçiyə maddi ziyan vurmaları əsası ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə işdən azad olunmuşlar. Hazırda isə iddiaçı cavabdeh tərəfindən Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydaların pozulmasını göstərməklə, müvafiq əmrin (qərarın) ləğv olunmasını, iddiaçının vəzifəsinə bərpa olunmasını və məcburi işburaxma üçün əmək haqqının, məzuniyyət və ezamiyyə xərclərinin ödənilməsini tələb etmişdir.

21. Göründüyü kimi, hazırki mübahisə kommersiya hüquqi şəxsin direktoru olan iddiaçı ilə hüquqi şəxs arasında yaransa da, hüquqi şəxsin idarə olunması və fəaliyyəti ilə bağlı deyil, məhz iddiaçının əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqlarının pozulması ilə bağlı olduğundan, yəni əmək münasibətlərində n irəli gəldiyindən işə ümumi məhkəmədə baxılmalıdır.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(006)1401/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidm əti qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar