Məhkəmə qərarları › İş №e-2(102)-2270/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2270/2025

04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2270/2025 04.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-2270/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti, mübahisəli hüquq münasibətlərinin xarakterinin yoxlanılmaması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2(049) -529/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.023,58 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2(049)-529/2025 nömrəli qərardadı ilə (hakim E.Ə.Ələsgərov) iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

3. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə cavabdeh arasında 27 oktyab r 2011-ci il tarixdə əsas kredit müqaviləsi, daha sonra isə müxtəlif vaxtlarda əsas kredit müqaviləsinə əlavə kredit müqavilələri bağlanmış, həmçinin, kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri tərtib edilmişdir. 19 iyul 2013-cü il tarixdə bağlanmış əlavə kredit müqaviləsinə əsasən kreditin məqsədli təyinatı istehlak - mənzilin təminatı göstərilsə də, verilmiş kredit vəsaitinin həmin dövr üçün yüksək məbləğdə olması, həm də kreditin təminatı kimi qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi özü-özlüyündə kredit vəsaitlərinin kommersiya məqsədi ilə verilməsinə dəlalət edir. Məhkəmə iclasında iddiaçı və cavabdeh ayrı-ayrılıqda vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatına alındıqlarını bildirdilər. İşə əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan və Bir Pəncərə (Vergi ödəyiciləri üzrə axtarış) Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı (VÖEN **********) 08 iyun 2006-cı il tarixdən vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan və Bir Pəncərə (Vergi ödəyiciləri üzrə axtarış) Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, hazırkı iş üzrə Cavabdeh (VÖEN **********) 25 noyabr 2009-cu il tarixdən vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məzmunundan, işin faktiki və hüquqi hallarından görünür ki, hər iki tərəf fərdi sahibkar olaraq, vergi orqanında dövlət qeydiyyatına alınmaqla, tərəflər arasında hazırkı mübahisə sahibka rlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.

4. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə tərəflər subyektiv tərkibinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia tələbi üzrə mübahisənin predmetinə gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında olan əvvəlki mübahisələr üzrə məhkəmə aktlarında da qeyd edildiyi kimi, iddia tələbinin kommersiya mübahisələrindən yarandığı şübhəsizdir. Belə ki, qeyd edildiyi kimi, kredit vəsaitinin təyinatı müqavilədə istehlak kimi göstərilsə də, işin faktiki hallarından kredit məbləğinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sərf edildiyi və kreditin təminatı olaraq da qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyi görünür. İddiaçının da məhz həmin səbəblərdən qeyd olunan qeyri-yaşayı ş binasını ipoteka yüklülüyündən azad etmək məqsədi ilə cavabdehin əvəzinə kreditin ödənişlərini həyata keçirmək niyyəti yarandığı ehtimal edilir. Göründüyü kimi, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olmaqla, tərəflər arasında yaranmış mübahisənin əsasını da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mülki hüquq pozuntusundan irəli gələn tələb təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olmaqla, tərəflər arasında yaranmış mübahisə isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə və görə işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır.

5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 25.1, 26.1, 31.1, 32.1, 32.3, 32.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına istinad edərək əsaslandırılmışdır. Şikayətin dəlilləri:

6. Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılmasının davam edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual məcəllənin 1, 2 4.2, 25.1, 26.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işə baxan hakim heç bir əsaslandırmaya və sübuta istinad edilmədən, tərəflərin sahibkar olmasını əsas gətirməklə tərəflər arasında olan mübahisənin isə kommersiya mübahisəsindən irəli gəlməyən mübahisə olduğuna baxmayaraq işin Kommersiya Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlmişdir.

8. Birinci instansiya məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predme ti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahib kar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub- olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi məhkəmə aidiyyəti məsələsinə yenidən baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmalarını və mübahisənin onların sahibkarlıq fəaliyyətindən irəli gəlməsini əsas götürərək, iddianın kommersiya məhkəməsinə aid olması nəticəsinə gəlmişdir.

15. Qarışıq tərkib qeyd edir ki, tərəflərin fərdi sahibkar statusunda olmaları mübahisəsizdir.

16. Lakin, yalnız bu hal iddianın kommersiya məhkəməsinə aid olması üçün kifayət etmir, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

17. Birinci instansiya məhkəməsi mövqeyini bu hissədə onunla əsaslandırmışdır ki, tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş və həmin işlərə kommersiya məhkəməsində baxılmış; kredit məbləği sahibkarlıq fəaliyyətinin genişlənd irilməsi üçün sərf edilmiş; kreditin təminatı olaraq qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir.

18. Bu hissədə Qarışıq tərkibi ilk olaraq qeyd edir ki, tərəflər arasında əvvəllər olan məhkəmə mübahisələrinin kommersiya məhkəmələrinin aid olması hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması üçün hər hansı əhəmiyyət kəsb etmir. Bu işdə tərəflərin mübahisəli hüquq münasibətlərinə müstəqil hüquqi qiymət verilməlidir.

19. Birinci instansiya məhkəməsi qərardadının əsaslandırılması üçün istinad etdiyi "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış 19 iyul 2013-cü il tarixli Əlavə kredit müqaviləsinin (i.v. 157) məzmunundan müəyyən olunur ki, cavabdehə həmin bank tərəfindən 40000 ABŞ dolları məbləğində pul vəsaiti istehlak – mənzilin təmiri məqsədi ilə verilmişdir.

20. Həmçinin müəyyən olunur ki, tərəflər qardaşdırlar, kreditin təminatı kimi isə cavabdehin və tərəflərin atalarının ayrı-ayrılıqda mülkiyyətlərində olan 2 daşınmaz əmlak çıxış etmişdir.

21. Göründüyü kimi, kreditin istehlak məqsədi ilə verilməsi işdəki yazılı sübutla təsdiq olunmuş, iddiaçının iddia etdiyi ödənişlər isə onun qardaşının öhdəliklərinin aradan qaldırılması və nəticə etibarı ilə sonuncunun, habelə atasının mülkiyyətlərində olan əmlaklara tutmanın yönəldilməsi təhlükəsinin aradan qaldırılması üçün edilmişdir.

22. İşdə kreditin təyinatını və tərəflərin münasibətlərini müəyyən edən bilavasitə sübutlar mövcud olduğu halda, bankdan alınan kredit vəsaitinin sahibkarlıq fəaliyyətinə yönəldilməsinə dair birinci instansiya məhkəməsinin ehtimal xarakterli mülahizəsi məhkəmə aidiyyətinin müəyyən olunması üçün əsas kimi qəbul olan bilməz.

23. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hazırda işdə olan sübutlarla məhkəmə aidiyyətinin tam müəyyən olunması mümkün deyildir.

24. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi əlavə kredit müqaviləsinin məzmunundan görünür ki, borcalana verilmiş kreditin uçotu borcalanın AZ51UBAZ**********1220USD001 saylı ssuda hesabı üzrə aparılır.

25. Lakin, iddiaçının tələbinin sübutu kimi təqdim etdiyi 03 sentyabr 2014-cü il və 11 noyabr 2014-cü il tarixli Nağd ödəniş üçün qəbzlərdən müəyyən olunur ki, tələb olunan vəsaitlər cavabdehin AZ93UBAZ**********1020USD001 saylı hesaba köçürülməsi üçün ödənilmişdir.

26. Göründüyü kimi, hazırkı sübutlarla iddiaçının tələb etdiyi vəsaitin cavabdehə istehlak məqsədi ilə verilən kredit üzrə ödənilməsi müəy yən olunmur. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanan 27 oktyabr 2011-ci il tarixli Əsas kredit müqaviləsində kreditin verilməsi təyinatı göstərilmədiyindən və kreditin bu Müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanmaqla veriləcəyi nəzərdə tutulduğundan, Qarışıq tərkib hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar üzrə ödənişinin hansı kredit müqaviləsi üzrə həyata keçirilməsi və həmin kreditin təyinatı bir daha araşdırılmalı, yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən iddianın məhkəmə aidiyyəti məsələsinə bir daha qiymət verilməlidir.

27. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddianın məhkəmə aidiyyətinə göndərilməsi barədə iddiaçının vəsatətinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməli, tərəflər arasındakı hüquq münasibətlərin xarakteri araşdırılmaqla, iddianın məhkəmə aidiyyəti müəyyən edilməli və buna uyğun olaraq müvafiq prosessual qərar qəbul edilməlidir.

28. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2(049)-529/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar