Məhkəmə qərarları › İş №e-2(102)-2306/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2306/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2306/2025 09.07.2025 ALİ MƏHKƏMƏ İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı “kredit xətti müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-2306/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(006)-3468/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müxtəlif ipoteka müqavilələri üzrə ipoteka predmeti kimi çıxış edən Cavabdeh1 məxsus olan üç qeyriyaşayış sahələrinə; Cavabdeh3 məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə; habelə ayrıca başqa torpaq sahəsinə; Cavabdeh2 məxsus olan torpaq sahəs inə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, həmin əmlak obyektlərinin satışından əldə olunan vəsait hesabına borc alan Maraqlı şəxs MMC-nin kredit müqaviləsi üzrə borclarının və çəkilmiş xərclərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(006)3468/2025 nömrəli qərardadı ilə (hakim H.Miriyeva) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, cavabdehlərdən Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) vergi orqanında qeydiyyatdan keçmişlər və onların adı na vergi ödəyicisinin eyniləşdirmə nömrələri mövcuddur. İddiaçı “Xalq Bank” ASC isə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. İpoteka ilə təmin edilmiş 500000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair 17 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi kommersiya hüquqi şəxsləri “Xalq Bank” ASC ilə Maraqlı şəxs MMC arasında bağlanmaqla, təyinatı dövriyyə vəsaitlərinin artırılması olmuşdur. Hazırda tutmaların yönəldilməsi tələb edilən əmlaklar da məhz həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. Tələbdən də göründüyü kimi, hazırda tutmaların ipoteka predmeti olan əmlaklara yönəldilməsi tələbi məhz “Xalq Bank” ASC ilə üçüncü şəxs Maraqlı şəxs MMC arasında bağlanmış borcalana kredit limiti açılması barədə 17 oktyabr 2022-ci il tarixli Əsas kredit müqaviləsi ilə bağlı olan “Xalq Bank” ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli ipoteka müqavilələrindən irəli gəlmişdir. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Digər Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd etmişdir ki, o, fiziki şəxs olsa da, MPM-in 30-cu maddəsinin tələbinə əsasən ona qarşı eyni tələb də digər tələblərlə birlikdə kommersiya məhkəməsində baxılmalıdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 15-ci, Vergi Məcəlləsinin 13.2.37, 33.1, 33.3-cü, Mülki Məcəllənin 13-cü, Mülki Prosessual Məcəllənin 24.2, 25.1, 26.1, 31.1, 152.1-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına istinad etmişdir. Şikayətin dəlilləri:

5. İddiaçı ASC “Xalq” Bankı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 25.1-ci maddəsinin tələbləri pozulmuşdur.

7. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbindən göründüyü kimi, aidiyyət məsələsi müəyyən olunarkən 3 aspekt nəzərdən keçirilməlidir: şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri. İşdə iştirak edən tərəflərin hər birinin VÖEN-ə malik olması özü-özlüyündə işə hansı məhkəmədə baxılmalı olduğu sualına aydınlıq gətirmir. Burada hər üç aspekt (yəni mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də nəzərə alınmalıdır) kompleks şəkildə analiz edilməlidir. İddia ərizəsinə nəzər yetirildiyi halda görünür ki, tələb cavabdehin sahibkarlıq fəaliyyətindən deyil, onun fiziki şəxs olaraq digər şəxsin götürdüyü öhdəliklərinin təminatının yerinə ye tirilməsi üsulu kimi və bu məqsədlər üçün də ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və s. tələblərdir. Bu baxımdan mübahisənin predmetini müstəqil tələb irəli sürməyən üçüncü şəxsin borcu üzrə tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi təşkil etdiyindən mübahisənin öhdəliyin təmin etmə üsulundan irəli gəlmiş olması aşkardır və belə olan halda, mübahisə mülki olduğundan kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 20 fevral 2024-cü il tarixli Qərarında (ASC ”Xalq” Bankının iddia tələbi üzrə digər mülki işə dair qəbul edilmiş) da öz əksini tapmışdır. Həmin Qərarın 13-cü hissəsində qeyd olunmuşdur ki, cavabdehə məxsus ipoteka predmeti olan yaşayış evi nin iki kommersiya hüquqi şəxs arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da hazırkı mübahisənin aidiyyətini dəyişmir. Əgər baxılan iş üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi kredit müqaviləsi üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı, o zaman MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxıla bilməsi müzakirə predmeti ola bilərdi.

8. Birinci instansiya məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslə rin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, mə sələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özü nün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçının şikayətində göstərdiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı - bank fəaliyyəti ilə m əşğul olan hüquqi şəxsdir. Həmçinin, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərdən ikisi vergi uçotuna alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bundan əlavə, ipoteka ilə yüklü edilmiş əmlakların bir neçəsi qeyri-yaşayış sahəsi olmaqla, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuşdur. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Göründüyü kimi, hazırkı mübahisə həm subyektiv tərkibinə, həm hüquq münasibətlərinin xarakterinə, həm də mübahisənin predmetinə görə kommersiya məhkəməsinə aiddir.

17. Qarışıq tərkib həmçinin hesab edir ki, iddiaçının Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin Qarışıq Tərkibinin 20 fevral 2024-cü il tarixli Qərarına istinadı da əsassızdır.

18. Belə ki, qeyd olunan Qərarın məzmunundan müəyyən olunur ki, həmin işdə iddiaçı ASC “Xalq” Bankı borcalan hüquqi şəxsin kredit borcunun fiziki şəxsin mülkiyyətində olan ipoteka predmetini təşkil edən fərdi yaşayış evinə yönəldilməsini xahiş etmişdir.

19. Yəni, hazırkı işdən fərqli olaraq, həmin iddiada cavabdeh olan fiziki şəxsin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması səbəbindən tərəflərin subyektiv tərkibinə görə işin kommersiya məhkəməsinə aid olması istisna edilmişdir. Həmçinin, həmin işdə mübahisələndirilən ipoteka predmeti fərdi yaşayış evi olmaqla, sahibkarlıq fəaliyyəti üçün istifadə olunmurdu.

20. Odur ki, birinci instansiya məhkəməsinin hazırkı qərardadı məhkəmə təcrübəsinin vahidliyini pozmur.

21. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3468/2025 nömrəli, 22 may 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar