Məhkəmə qərarları › İş №e-2(102)-2590/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2590/2024

10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2590/2024 10.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı firmasının Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi X1 ibarət qarşıq tərkibdə, İddiaçı firmasının Cavabdeh qarşı “yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin h esabına bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərardadından İddiaçı Firması tərəfindən verilmiş şikayətə 10 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Firması Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1125/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı Firmasının Cavabdeh qarşı “yaradılmış süni maneələrin aradan qaldırılması, qanunsuz tikilinin s ökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadə də olan səkinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-1125/2024 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Bundan narazı qalan İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1125/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək onun “cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddianın aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmənin gəldiyi nəticə düzgün deyil və iş aidiyyətı üzrə ümumi məhkəmələrin icraatında baxılmalıdır. Bu səbəbdən də məhkəmə tərəfindən düzgün olmayan maddi hüquq norması tətbiq edilmişdir.

4. Belə ki, iddiaçının tələbi Cavabdeh qarşı “cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması qanunsuz tikilinin sökülməsi, giriş-çıxış yolların açılması, ümumi istifadədə olan səkinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair" olmuşdur. Burada tələb Kommersiya mübahisəsi ilə deyil sırf cavabdehin sahibkarlıq fəaliyyətində irəli gəlməyən münasibətlərə aiddir və onun qanunsuz hərəkətlərinin qarşısını almaqdan ibarətdir. Onun hardasa VÖEN əsasında fəaliyyətinin olması hazırki iddia ilə heç bir əlaqəsi yoxdur.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 5 iyun 2024-cü il tarixli, 2(008)1125/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

6. Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, Cavabdeh fiziki şəxs olsa da, fərdi sahibkarlıqla məşğuldur və mübahisə onun sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır. Beləliklə işdə olan sənədlərdən və işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisədir.

7. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab e dir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyy ətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyy ətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

10. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqav ilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

11. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər

12. Baxılan işdə iddiaçı kommersiya hüquqi şəxsi olan İddiaçı Firması, cavabdeh isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN**********) fiziki şəxsdir. Mübahisə isə onların ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı yaranan əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik hüquqlarının müdafiəsi ilə bağlıdır.

13. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.

14. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və əsaslıdır.

15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlən ilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1125/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarda dı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar