Məhkəmə qərarları › İş №e-2(102)-2699/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2699/2024

17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2699/2024 17.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, iş kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş ş ikayətə 17 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 000 manat məbləğində pul vəsaitinin və 150 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, əvvəlcədən tanıdığı Cavabdeh X1 sifariş əsasında avtomobil gətirilməsi ilə məşğul idi. O bir gün ona da əməkdaşlıq təklif edərək sərmayə verməyi qarşılığında avtomobil alıb sataraq pul qazanıb ona da xeyir verə biləcəyini demişdir. O, ona bu təklifin ona da maraqlı olmasını, lakin ehtiyat etdiyini və avtomobili özündən başqa tanımadığı hansısa şəxsin adına ala bilməyəcəyini bi ldirmişdir. Bundan sonra o bunun problem olmayacağını və onun ona etibarnamə verməsiylə bu problemi həll edib birbaşa onun adına avtomobilləri ala biləcəyini bildirmişdir. Bu məsələ ona ağlabatan gəldiyi üçün o bu təkliflə razılaşmışdır. Razılaşmaya əsasən o onun etibarnaməsi əsasında onun adına avtomobil alaraq ölkəyə gətirməli, bundan sonra həmin avtomobilləri təmir etdirərək satışa yararlı vəziyyətə gətirməli, daha sonra isə avtomobilin satışını onun iştirakıyla həyata keçirərək avtomobilləri satıb onun sərmayesini qaytararaq yerdə qalan gəlirləri bölməli idilər. Lakin o onu aldadaraq ondan 20 000 manat məbləğində pul vəsaitini alaraq iki ədəd VF1KZ0B********** ban nömrəli, Renault Megane markalı 2010-cu il buraxılışlı və KMHDC81TP8014657 ban nömrəli Hyundai İ 30 markalı, 2008-ci il bur axılışlı minik avtomobillərini almışdır. Avtomobilləri aldıqdan sonra ona verdiyi etibarnamə ilə gömrük hərəkətlərini icra etmiş və avtomobilləri Azərbaycan Respublikasında gömrük ödənişlərini edərək qeydiyyata aldırmışdır. Bundan sonra həmin avtomobillərə dair xx.xx.2022-ci il tarixində BB322739 saylı və BB322735 saylı qeydiyyat şəhadətnamələri verilmişdir. O, gömrük prosedurlarını həyata keçirmək üçün ona verdiyi etibarnamədən sui-istifadə edərək həmin avtomobilləri digər üçüncü şəxslərə satmış və əldə olunan pul vəsaitindən nə ona çatası xeyri, nə də sərmaye kimi öz pulunu ona verməmişdir. Yəni ona etdiyi etibardan sui-istifadə edərək pullarını ələ keçirmişdir. Hesab edir ki, ona məxsus olan və cavabdeh tərəfindən satılmış həmin avtomobillərin dəyəri olan pul vəsaiti cavabdehdən tutular aq ona ödənilməlidir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(005)2901/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

4. Göstərilən qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2901/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin iddiaçının VÖEN üzrə qeydiyyatdan keçdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur. Belə ki, iddiaçı restoran və kafe işlətməsi üzrə fəaliyyət göstərsə də (VÖEN buna uyğundur) cavabdehlə razılaşdığı işin on un göstərdiyi fəaliyyətə aidiyyəti olmamışdır.

6. Belə ki, iddiaçı vergi orqanında qeydiyyatdan keçdiyi fəaliyyətini davam etdirsə də, əlavə olaraq başqa fəaliyyətlə də məşğul olmaq istədiyindən cavabdehlə mövcud razılaşmaya gəlmişdir. Həmin münasibətlər zamanı da cavabdehlə mübahisəsi yaranmışdır. İddia tələbi də konkret olaraq iddiaçının və cavabdehin öz VÖEN-ləri üzrə göstərdikləri fərdi sahibkarlıq fəaliyyətinə aidiyyəti olmadığından iddiaçı iddiasını ümumi məhkəməyə ünvanlamışdır. Məlum olduğu kimi məhkəmə aidiyyətlərinin tətbiqi ona görə edilir ki, ixtisaslaşmış və bölüşdürülmüş işlər üzrə məhkəməyə tərəflər müraciət edə bilsin və bununla da kommersiya işləri üzrə kommersiya məhkəmələri, rayon şəhər məhkəmələri üzrə rayon şəhər məhkəmələri işlərə baxsın. Nəzərə alınması zəruridir ki, bu münasibətlər üzrə iddiaçının və ya cavabdehin VÖEN-nin mövcud olması VÖEN-in təsnifat kodu və fəaliyyət növü, aralarında bağlanılmış müqavilə və ya hər hansı bir sövdələşmə mövcud olsaydı, bu sövdələşmədə mübahisələrin həlli qaydası kimi xüsusi məhkəmə göstərilsəydi o zaman Kommersiya mübahisəsi kimi əsas göstərmək olardı. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün həm mübahisənin subyekt tərkibi, predmeti, həm də xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Bu zaman mübahisənin hər iki tərəfinin sahibkarlıq fəaliyyəti subyekti olması və mübahisənin predmetini təşkil edən tələbin onların birlikdə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Fiziki şəxslər yalnız mübahisənin onların fərdi sahibkar kimi qeydiyyatdan keçməklə həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, korporativ tələblərlə bağlı hüquqi şəxsin iştirakçılarından biri olduqları və bir-biri ilə əlaqədar olan biri ümumi, digər isə kommersiya məhkəməsinə aid olan tələblərin birləşdirildiyi halda işə kommersiya məhkəməsində baxılmalı olduğu hallarda kommersiya mübahisəsinin subyekti qismində çıxış edə bilərlər. Hazırkı işdə isə qeyd olunan hallar aşkar olaraq müəyyən olunmur. İddia tələbinin iddiaçı ilə cavabdehin vergi orqanında qeydiyyatdan keçdiyi VÖEN üzrə təsnifat koduna müvafiq fəaliyyət sahəsinə uyğun sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur. Məlum olduğu kimi, məhkəmə aidiyyətlərinin tətbiqi ona görə edilir ki, ixtisaslaşmış və bölüşdürülmüş işlər üzrə məhkəməyə tərəflər müraciət edə bils in və bununla da kommersiya işləri üzrə kommersiya məhkəmələri, rayon şəhər məhkəmələri üzrə rayon şəhər məhkəmələri işlərə baxsın. İddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olmağı isə bu məsələyə aid deyil, özünün digər sahədə göstərdiyi fəaliyyət sahəsinə aid olmuşdur. İddiaçı X2 cavabdehlər X4, X3, Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(102)-2439/2024 saylı qərarını vahid məhkəmə təcrübəsi kimi nümunə göstərmək olar.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin 28 iyun 2024-cü il tarixli, e-2(005)2901/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

8. Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda Cavabdeh da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Mübahisə isə sərmayə qarşılığında avtomobil satışından gəlir əldə edilməsi ilə bağlı yaranan pul tələbindən irəli gəlmişdir. Belə olan halda, hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılm alıdır.

9. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı q aydasında kommersiya məhkəmələri baxır. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

12. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı i ki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

13. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmə lər nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər

14. Baxılan işdə iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirirlər, mübahisə isə onların həyata keçiridikləri sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

15. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesa b edilir və işə ümumi məhkəmədə baxıla bilməz.

16. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və əsaslıdır.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aid iyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2901/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar