Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2785/2024 17.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-431/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərarda dından İddiaçı tərəfindən verilmiş şikayətə 17 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş əsas borc olaraq 73866 (yetmiş üç min səkkiz yüz altmış altı) manat, 3300 (üç min üç yüz) manat audit yoxlaması, 2020 və 2022-ci illər üzrə bank faizləri olaraq 10341 (on min üç yüz qırx bir) manat, cəmi 87507 (səksən yeddi min beş yüz yeddi) manat Cavabdeh oğlundan tutularaq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-431/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin 6 iyun 2024-cü il tarixli qərardadından şiykət verərək qərardadın ləğv oulnmasını xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iş sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn münasibət deyil, öhdəliyə dair isə müqavilə münasibəti yoxdur. Pul tələbinə dair mübahisədir. Bunun üçün iki qarşı tərəfin sahibkarılıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməlidir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-431/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanmaqla iş yenidən baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
6. Apellyasiya instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, hər iki tərəf sahibkar statusuna malik olmaqla yanaşı, mübahisə məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. İşin hallarından belə görünür ki, İddiaçı Çin Xalq Respublikasından 2144 (iki min bir yüz qırx dörd) qutu mebel aksessuarı olan ilmikləri ölkəyə gətirmiş və saxlanc məqsədi ilə iş üzrə cavabdeh olan Cavabdeh məxsus mebel sexinin anbarına qarşılıqlı razılaşma əsasında yerləşdirmişdir. Həmçinin tərəflər həmin ilmiklərdən vaxtaşırı müəyyən miqdarının cavabdeh tərəfindən götürülməsi barədə razılaşmışlar. Sonradan cavabdeh həmin ilmikləri iddiaçıdan xəbərsiz sataraq gəlir əldə etmişdir.
7. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdiril mədən saxlanılmalıdır.
8. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəm əsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
10. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzr ə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
11. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
12. Baxılan işdə iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirirlər, mübahisə isə onların həyata keçiridikləri sahibkarlıq fəaliyyəti ilə bağlıdır.
13. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.
14. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahis ə kommersiya subyektləri arasında onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və əsaslıdır.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya insta nsiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-431/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir