Məhkəmə qərarları › İş №e-2(102)-2987/2025

Ali Məhkəmə Qərardad — İş №e-2(102)-2987/2025

03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-2987/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin cavabdeh X2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, İnzibati kollegiyasının hakimi Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 202 5-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 11.078,07 manat məbləğində pul vəsaitinin, məhkəmə xərclərinin və 135,56 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 2025-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bilə suvar Rayon Məhkəməsinin 2025-ci il 30 iyun tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(102)-1194/2025 nömrəli, 2025-ci il 17 iyul tarixli qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 2025-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir, MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 25 avqust tarixli qərardadı ilə Biləsuvar Rayon Məhkəmə sinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 2025-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 2025-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) qərardadının dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı MMC-nin verdiyi şikayət, iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-in 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi ni sübut edən sənəd əlavə olunur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. Həmçinin şikayətə vəkilin orderi əlavə edilməmişdir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə geri qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiy a qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 404-1.1 və 404-1.2-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408.1.1, 408.1.3 və 408.3-cü maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1021/2025 nömrəli, 2025-ci il 17 iyun (qeyd edilən qərardad elektron məhkəmə informasiya sistemində həmçinin 2025-ci il 18 iyun tarixi ilə yerləşdirilmişdir) tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar