Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3186/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı xxxxn Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti (kommersiya mübahisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçı xxxxn Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı k redit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3038/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 22 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC “Xalq” Bankı (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********13219/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq s ahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borc alan X1 xx.xx.2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsi üzrə Bank qarşısındakı ******* manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 182343,75 manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1027134,83 manat məbləğində penya, cəmi 3974478,58 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərcin Bankın xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 2777,31 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən Bankın xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3038/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaç ıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmuş, ********** nömrəli qəbzlə ödənilmiş 2777.31 manat dövlət rüsumu Banka geri qaytarılmışdır.
3. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünmüşdür ki, həm Bankın, həm cavabdehin, həm də üçüncü şəxsin (borcalan) VÖEN-i olmuşdur. xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünmüşdür ki, kredit Abşeron rayonu, Zirə TərəvəzçilikSüdçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı məqsədilə verilmişdir. Hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahi sənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilmişdir.
4. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26-cı maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
5. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülüb baxılmasını xahiş et mişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla kobud prosessual pozuntuya yol vermişdir. İşdə iştirak edən tərəflərin hər birinin VÖEN-ə malik olması özü-özlüyündə işə hansı məhkəmədə baxılmalı olduğu sualına aydınlıq gətirməmişdir. Burada hər üç aspekt (yəni mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də nəzərə alınmalıdır) kompleks şəkildə analiz edilməli idi. İddia ərizəsinə nəzər yetirdikdə görünür ki, ərizə cavabdehin sahibkarlıq fəaliyyətindən deyil, onun fiziki şəxs olaraq digər şəxsin götürdüyü öhdəliklərinin təminatının yerinə yetirilməsi üsulu kimi və bu məqsədlər üçün də ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və s. tələblərdən ibarət olmuşdur. Bu baxımdan mübahisənin predme tini üçüncü şəxsin borcu üzrə tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi təşkil etdiyindən mübahisənin öhdəliyin təmin etmə üsulundan irəli gəlmiş olması aşkar olmuşdur və belə olan halda mübahisə mülki olduğundan kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli Qərarında (Bankın iddia tələbi üzrə digər mülki işə dair qəbul edilmiş) da öz əksini tapmışdır. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, cavabdehə məxsus ipoteka predmeti olan yaşayış evinin iki kommersiya hüquqi şəxs arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da hazırkı mübahisənin aidiyyətini dəyişmir. Əgər baxılan iş üzrə ipoteka predmetinə tutma yönəld ilməsi tələbi kredit müqaviləsi üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı o zaman MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxıla bilməsi müzakirə predmeti ola bilərdi. Göründüyü kimi, məhkəməyə ünvanladıqları iddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi tələbi kredit müqaviləsi üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilməmişdir.
7. Birinci instansiya məhkəməsinin 2(005)-3038/2024 nömrəli iş üzrə 1 avqust 2024-cü il tarixli qərardadı ilə (hakim Solmaz Ədilova) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
8. Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istif adəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
9. Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.202 0-ci il tarixli Qərarı
10. Bənd
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
11. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən i rəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasınd a ümumi məhkəmələr baxır.
14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
15. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
16. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
17. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
18. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
19. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
20. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
22. İşdən görünür ki, Xalqb ank” ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********813219 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kredit Abşeron rayon Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı üçün verilmişdir. Müqavilədən görünür ki, hər iki tərəfinin sahibkarlıqla məşğul olmaları müəyyən olunmuş və müvafiq eyniləşdirmə nişanlarına istinad olunmuşdur. 23. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarına görə, İddiaçının **********, Cavabdeh **********, T.İsmayılova ********** nömrəli VÖEN-ə malikdir.
24. Sözügedən iki hal öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının ( bu Qərarın 13-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
25. Bu baxımdan, iddiaçının və cavabdehin, hətta cəlb olunmuş üçüncü şəxsin birinin mübahisənin predmeti ilə bağlı fəaliyyətləri, habelə həmin tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə əsas verir.
26. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 12-ci bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin su byektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30- cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 13-cü bəndi) verilən izahlara zidd olduğu üçün, əsassızdır.
27. İddiaçının məhkəmə təcrübəsinə istinad ilə bağlı isə qeyd edilməlidir ki, həmin iş üzrə iddianın yönəlmiş olduğu cavabdeh sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün müvafiq statusa malik olmamışdır. Bu baxımdan həmin qərarda müəyyən olunmuş hallarla baxılan iş üzrə müəyyən olunmuş hallar eynilik təşkil etm ir.
28. Beləliklə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olduğu üçün şikayət təmin olunmamalı və qərardad dəyişdirilmədən saxlanmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3038/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.