Məhkəmə qərarları › İş №e-2(102)-3529/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3529/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3529/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və inzibati kollegiyasının hakimi Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə, Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(027)-945/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli 1998/15 saylı təmina tlı kredit müqaviləsinə 1 saylı Əlavədə qeyd olunan girov qoyulmuş balıq məhsullarının cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda isə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(105)48/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında ərizə verərək, MPM-nin 26.1-ci maddəsinə əsasən mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Quba Rayon Məhkəməsinin e-2(027)-945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC Cavabdeh qarşı “mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə vəsatəti t əmin edilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmeti tərəflər arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməyən əmlakın qaytarılması ilə bağlıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterindən görünür ki, Cavabdeh üzərinə götürdüyü kredit üzrə məhkəmə qətnaməsi əsasında öhdəlikləri müəyyən olunsa da, girovla bağlı tərəflər arasında hər hansı müqavilə mövcud deyildir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(027)-945/2023 nömrəli qərardadının ləğv edilməsini və işə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, münasibətlər məhz sahibkarlıq münasibətləri olmuş, iddiaçı da, cavabdeh də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, münasibətlər məhz sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır. Hərçənd, iddiaçının nümayəndəsi və vəkili işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etiraz etsə də, iddia ərizəsində qeyd olunan xüsusat iddiaçının onunla münasibətlərinin kommersiya xarakterli olmasının etirafı kimi qəbul edilməlidir. Quba Rayon Məhkəməsinin e-2(027)-945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının p ozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurm asa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin sahibkar olması, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi müəyyən edilməmişdir. Buna görə də, hüquq münasibətinin xarakteri, habelə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından mübahisə ümumi məhkəməyə aiddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prosessual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respubl ikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(027)-945/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(027)-945/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar