Məhkəmə qərarları › İş №e-2(102)-3918/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3918/2024

06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3918/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Salyan Rayon Məhkəməsinin e2(057)-1584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətinə 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 255000 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə sahiblik və istifadəsində olan balıq yetişdirmə göllərini işlətmək üçün külli miqdarda vəsait vermişdir. Lakin cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə, bir neçə il göldən təkbaşına bəhrələnmiş, iddiaçının verdiyi vəsaiti mənimsəmişdir. Cavabdehin gəliri 25 faiz olmalı idi.

3. Salyan Rayon Məhkəməsinin e-2(057)-1584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə i ddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, ərizənin geri qaytarılmasına əsas olmuş nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. (hakim Adil Vəliyev)

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni məzmunlu iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət etmiş, Salyan rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli e-2(057)-812/2024 saylı qərardad ilə iddiaçının cavabdehə qarşı 255000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı elektron sorğu ilə müəyyən edilmişdir ki, iddiaçı (VÖEN: **********) və cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Tərəflər arasındakı mövcud olan mübahisə də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmişdir. Belə ki, tərəflər balıq təsərrüfatı ilə məşğul olmaqla məqsədləri gəlir əldə etmək olmuşdur. Məhkəmə hesab etmişdir ki, həmin iddia ərizəsi üzrə tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

5. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-892/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmə miş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-812/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Həmin qərardad hazırda qüvvədədir.

6. İddiaçı məhkəməyə yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, həmin mübahisəyə məhkəməyə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.

7. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, ********* saylı ödəniş qəbzi üzrə dövlət rüsumu 545 manat xx.xx.2021-ci il tarixdə ödənilmişdir. “El ektron Məhkəmə sistemi”ndən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ********* qəbz nömrəsi, xxxxxxx-FİN-ə uyğun heç bir məlumat tapılmamışdır. Dövlət rüsumunun ödənildiyi tarixdən təxminən 02 il 06 aydan da çox müddət keçmişdir. Salyan rayon məhkəməsində “Elektron Məhkəmə İnformasiya” Sistemi 2023-cü ildən fəaliyyət göstərdiyi üçün sözügedən qəbzin əvvəllər hər hansı başqa iş üzrə istifadə olunub-olunmadığını müəyyən etmək olmur. Bu da göstərir ki, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 25.1, 26.1 və 152.1.3-cü maddələri ilə əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

9. İddiaçı şikayət verərə k, qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(057)-812/2024 saylı qərardadının qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-892/2024 saylı qərardadı Ali Məhkəmənin qərarı ilə ləğv edilmişdir. Bundan başqa, qanunda rüsumun ödənilməsi ilə iddia ərizəsinin verilməsi arasında vaxt məhdudiyyəti qoyulmamışdır. Digər tərəfdən elektron məhkəmə sistemi elə qurulmuşdur ki, qəbz nömrəsi həqiqi olmasa, sistem ərizəni, ümumiyyətlə, qəbul etmir. Salyan Rayon Məhkəməsində bunun bilinməməsi iddiaçının Konstitusiya və MPM-də təsbit edilmiş hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.

11. Salyan Rayon Məhkəməsinin e-2(057)-1584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı şikayət təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı şikayətində Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-812/2024 saylı qərardadının qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-892/2024 saylı qərardadının Ali Məhkəmənin qərarı ilə ləğv edilməsini, sonuncu qərarın şikayətinə əlavə edildiyini göstərsə də, şikayətə əlavə edilmiş qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-712/2024 saylı qərardadının ləğv edilməsini nəzərdə tutur. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-812/2024 saylı qərardadının qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-892/2024 saylı qərardadından şikayət nəzərd ə tutulmamış, həmin iş üzrə Ali Məhkəmənin qərarı mövcud deyil. Həmin qərardad isə qüvvədədir b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə h əyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxs in və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilm əsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll ed ərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas proses sual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edil məsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarə t sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənl əşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keç irilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarl ıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

15. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdeh sahibkardırlar.

16. İddia tələbində iddiaçı cavabdehin ona vurduğu zərəri tələb edir və tələbinin əsası kimi sahiblik və istifadəsində olan balıq yetişdirmə göllərini işlətmək üçün cavabd ehə külli miqdarda vəsait verməsinə, cavabdehin üzərinə düşən vəzifəni yerinə yetirməməsinə, əksinə, bir neçə il göllərdən təkbaşına bəhrələnməsinə, iddiaçının verdiyi vəsaiti mənimsəməsinə istinad edir. İddiaçı eyni zamanda göstərmişdir ki, cavabdeh 25 faiz gəlirə sahib olmalı idi.

17. İddia tələbi sahibkarlar arasında zərərlə bağlı tələbdir.

18. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

19. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

20. Hazırkı iş üzrə həm iddiaçı, həm də cavabdeh sahibkar kimi vergi uçotuna alınmışlar. Bu baxımdan, tərəflərin subyektiv tərkibi ilə bağlı mübahisə yoxdur.

21. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti vurulmuş zərərin ödənilməsidir. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, hər iki şəxsin balıq yetişdirmə göllərindən istifadə ilə bağlı mənafeləri onların iqtisadi fəaliyyət sferasına aiddir.

22. Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi za man yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.

23. Göründüyü kimi, Plenum qərarında hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi halında belə tələblərə kommersiya məhkəmələrində baxılmalı olması barədə hüquqi mövqe sərgilənmişdir.

24. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələri nin tələbinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.

25. Məhkəmə tərkibi şikayətdə istinad edilən və şikayətə əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2381/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarı ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, eyni tərəflər arasındakı məhkəmə aidiyyəti barədə istinad edilən həmin qərarda işin halları başqa olmuşdur. Belə ki, həmin iş üzrə məhkəmə aidiyyəti ümumi məhkəməyə ona görə aid edilmişdir ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh məhkəməyə müraciət edərkən fərdi sahibkar olmadığı üçün VÖEN-i olmamış, həmin şəx s VÖEN-i işin məhkəmə gedişində almışdır. Hazırki işdə isə məhkəməyə müraciət edilən vaxtdan hər iki şəxs sahibkar statusunda olmuşlar.

26. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

27. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin e-2(057)-1584/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar