Məhkəmə qərarları › İş №e-2(102)-4066/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4066/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4066/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-4066/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(006)4077/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2024-cü il tarixli, 6-2-22/2-24896/2024 nömrəli bildirişin qanunvericiliyə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Sonradan iddiaçılar nümayəndələri, Vəkil vasitəsi ilə ərizə ilə məhkəməyə mürac iət edərək, iddiadan imtina etmələrini bildirmişlər.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e2(006)-4077/2024 nömrəli qərardadı ilə (hakim G.Ç.Abidova) mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 26.1, 31.1, 32.3, 32.4, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına istinad edərək hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndiri lən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş kommersiya hüquq şəxsləri arasında kredit müqaviləsindən və əlavə sazişdən - əsas öhdəlikdən törədiyi və həmin öhdəliyin təminat üsulu olan müqavilə ilə bağlı olduğu üçün, hazırkı mübahisə üzrə verilmiş iddiadan imtina barədə ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, hazırkı iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri:

5. İddiaçılar birgə şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin Bakı şəhəri Nəsimi Rayon Məhkəm əsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əsas kredit müqaviləsi "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" MMC arasında sonuncu ikisinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı bağlanmış müqavilədir. "xxxx" ASC ilə "xxxx" MMC və İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 arasında bağlanmış müqavilə isə həmin əsas kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsidir. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 onlara məxsus ünvan ünvanda yerləşən bağ evini "xxxx" MMC-nin xeyrinə ipoteka yüklü etmişlər. Müqavilədə iddiaçıların sahibkarlıq fəaliyyət ini həyata keçirməsi ilə bağlı əldə edəcəyi mənfəət öz əksini tapmamışdır. İddiaçılar cavabdeh "xxxx" ASC-yə qarşı deyil, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə idi, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gələcəkdi. Halbuki, iddia tələbi "xxxx" ASC tərəfindən tərtib edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2024-cü il tarixli, 6-2-22/2-24896/2024 nömrəli Bildirişin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Odur ki, iddiaçıların məhkəməyə təqdim etdiyi iddia ərizəsi onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olmadığından bu işə aidiyyəti üzrə mülki məhkəmədə baxılmalıdır.

7. Birinci instansiya məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərə k, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Ma ddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. H əmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində b axılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkar lıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

13. Hazırkı iş üzrə rayon məhkəməsi mübahisələndirilən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin kommersiya hüquqi şəxsləri arasında kredit müqaviləsindən - əsas öhdəlikdən törədildiyini və həmin öhdəliyin təmin üsulu olan müqavilə ilə bağlı olduğunu əsas gətirməklə hesab etmişdir ki, iş mübahisənin subyektiv tərkibinə, onların arasında münasibətlərin xarakterinə və mübahisənin predmetinə görə kommersiya mübahisəsidir.

14. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razlaşmayan Qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı id diada kredit verən Bank ilə borc alan MMC-lər arasında kredit münasibətləri və ya həmin münasibətlərdən irəli gələn öhdəliklərin icrası mübahisələndirilmir.

15. İddiaçılar fiziki şəxs olaraq ümumi mülkiyyətlərində olan daşınmaz əmlakı ipoteka ilə yüklü etmiş və bu müqavilədən irəli gələn cavabdeh Bankın hərəkətini (ipoteka predmetinə tutma yonəldilməsi barədə bildirişi) mübahisələndirmişlər.

16. Yəni, ipoteka müqaviləsi hüquqi şəxslər arasında, onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bağlanmış kredit müqaviləsinin təminatı olsa da, hazırda iddiaçılar əmlakın mülkiyyətçiləri kimi, əşya hüquqlarının müdafiəsinə yönələn iddia vermişlər. Kredit münasibətləri iddia tələbi ilə əhatə edilmədiyindən, tələbin sahibkarlıq subyektlərinin fəaliyyətlərinin həyata keçirilməsindən irəli gəlməsi müəyyən olunmur.

17. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 11 və 12-ci bəndləri hazırkı işə tətbiq edilməklə müəyyən olunur ki, mübahisə nə subyektiv tərkibinə görə, nə predmetinə, nə də ki, hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəmələrinə aid deyildir.

18. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(006)4077/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar