Məhkəmə qərarları › İş №e-2(102)-4067/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4067/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4067/2024 23.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 2 avqust tarixli, e-2(006)-4074/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 23 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 6-2-22/24902/2024 nömrəli bildirişin qanunvericiliyə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən borc qoyan "xxxx" MMC və ipoteka qoyan "xxxx" MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İddiaçıya ünvanlanmış 6-2-22/2-24902/2024 nömrəli xx.xx.2024cü il tarixli həmin bildiriş, “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, mübahisələndirilən bildirişdə icra olunmalı öhdəlik barədə zəruri və tam məlumatlar öz əksini tapmamışdır. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq barədə məlumat qeyd edilməmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 2 avqust tarixli, e-2(006)4074/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Həbibə Miriyeva).

4. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə hər iki tərəf hüquqi şəxs olmaqla fəaliyyət istiqamətlərini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələ n hallar təşkil edir.

5. Belə olduğu təqdirdə, hazırkı mübahisəyə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox kommersiya məhkəməsində baxılmalıdır.

6. İddiaçı həmin qərardaddan şikayət vermişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin 2024-cü il 3 oktyabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və məhkəmə aidiyyatının müəyyən edilməsi üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun i şinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu

10. Maddə

15. Məhkəmə aidiyyətinə riayət edilməsi İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;

12. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;

13. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

14. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir;

15. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir;

16. Maddə 403-1.6. Kasasiy a instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;

17. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 18. 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyət inin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: 19. 11-ci bənd:... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə q arşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 20. 14-cü bənd: Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər i ki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Hakimlərin qarışıq tərkibi iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni, şikayətin dəlilləri isə əsassız olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

22. Belə ki, işə baxan birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, hər biri fərdi sahibkar olan tərəflər in birinin digərinə qarşı olan tələbi məhz sahibkarlıq fəaliyyətindən irəli gəlmiş və həmin fəaliyyətin həyata keçirilməsinin təmin olunmasına yönəlmişdir.

23. Tərəflərin hər ikisinin hüquqi şəxs olmaqla, onların sahibkarlıq fəaliyyətindən kənar hər hansı fəaliyyətinin olmaması baxımından onlar arasında yaranmış mübahisənin də kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsindən irəli gəldiyini nəzərə alan məhkəmə işin aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir.

24. Bunlar isə onu deməyə əsas verir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 24 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlər in qarışıq tərkibi Qərara aldı: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 2 avqust tarixli, e-2(006)4074/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar