Məhkəmə qərarları › İş №e-2(102)-4852/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4852/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4852/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(005)3901/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı MMC-nin (vəkil Nümayəndə) şikayəti üzrə işə yazılı icraat qaydasında 07 dekabr 2023-cü il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı icr a qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ipoteka predmetinə tutmanın yönləndirilməsi haqqında” 11 avqust 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə kredit müqaviləsini yeni əldə etdiyini bildirərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman mübahisənin kommersiya xarakterli olması barədə məlumatı olmadığını bildirmişdr. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazı olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 19 oktyabr 2023-cü il tarixli, e-2(005)-3901/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh ASCyə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin mübahisə etdiyi hallar və iddia tələbinin əsasları ilə bağlı faktiki hallar işin kommersiya mübahisələrinə aid olduğunu təsdiq edir. Bu səbəbdən, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. İş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olur və aralarında yaranmış mübahisə onların sahibkarlıq fəaliyyəti sahəsində bağladıqları müqavilədən irəli gəlir İddiaçı MMC (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cav abdeh ASC və İddiaçı MMC arasında 1**MF-*** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin təminatı olaraq, 113-MFİ-269 nömrəli X2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB Yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. 113-MF269 nömrəli müqavilənin 6.5-ci maddəsinə əsasən “bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aidiyyəti məhkəmələr vasitəsilə həll edilir. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir.” Göründüyü kimi müqavilədə notariat hər əkətlərinin aparılmasına dair hər hansı bir bənd mövcud deyildir. Lakin Cavabdeh ASC tərəfindən müqavilənin icra edilməsi məqsədilə Bakı şəhəri N saylı Notariat ofisi vasitəsilə 11 avqust 2023-cü il tarixli icra qeydi təqdim edilmişdir. Həmin icra qeydinə əsasən X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB Yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Müqavilədə icra qeydi vasitəsilə icranın təmin olunması üsulu nəzərdə tutulmadığı halda, cavabdeh tərəfindən bu üsula əl atılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)3901/2023 saylı qərardadı ilə məhkəmə iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab etmişdir ki, iş baxılması üçün kommersiya məhkəm əsinə göndərilməlidir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən məsələ notariat ofisinin hərəkəti və bu hərəkət əsasında icra qeydinin çıxarılmasıdır. Buna görə də iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənən iddia ərizəsindən də göründüyü kimi cavabdeh olaraq əsasən 51 saylı notariat ofisini göstərmişlər. Düşünür ki, tərəflər arasında mübahisə birbaşa müqaviləyə və ya sahibkarlıq fəaliyyətinə fokuslanmamışdır. İddia ərizəsi ilə məhkəməyə ünvanladığı sual bu notariusun mövcud şəraitdə icra qeydi çıxarmağa səlahiyyəti olub-olmaması idi ki, bu baxımdan hesab edir ki, iddia notariat ofisi tərəfindən verilən icra qeydini mübahisələndirdiyi üçün müvafiq olaraq ərizəyə mülki məhkəmədə baxılmalıdır. Bakı Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iş üzrə İddiaçı MMC Cavabdeh ASC kommersiya hüquqi şəxsləridir. Hazırki iddia ilə iddiaçı tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə ödənilməmiş borcun ipotekaya yönəldilməsinə dair notarius tərəfindən verilmiş icra qeydinin qanuniliyini mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında müəyyən edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı q aydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Od ur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə kollegiyası hesab edir ki,qanuniliyi mübahisələndirilən notariusun icra qeydi tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağladıqları müqavilədən irəli gələn tələblərə dair verildiyindən tərəflərin subyekt tərkibi nəzərə alınmaqla, notariat hərəkətlərindən şikayətə dair hazıki mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMC-nin (vəkil Nümayəndə) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(005)3901/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar