Məhkəmə qərarları › İş №e-2(103)-1541/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-1541/2023

19.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-1541/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə QƏRARDADİ Bakı şəhəri, 19 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi barədə məsələyə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən Mirheydər Zeynalovun xx.xx.2022-ci il tarixli, 112 saylı əmrinin ləğv olunaraq, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə bərpa olunacağı vaxtadək hər ay aylıq 620 manat əmək haqqı hesablanmaqla, ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 7/2023 nömrəli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 44.2 və 44.2.4-cü maddələrinə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

4. Məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı qaldırıldığından mülki işə həmin məhkəmədə baxıla bilməz və buna görə mülki iş baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə verilməlidir.

5. Göstərilənlərə əsasən və MPM-in 44, 45, 263, 264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Məhəmməd Rüstəmli

Hakimlər: Vahid Sadıqov

Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar