Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2003/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.356,13 manat borcun (abonent kodu: **********560) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2(023)-1791/2023 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra Qazax Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(023)- 126/20224 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materallarından görünür ki, İddiaçı ASC Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1356,13 manat borcun (abonent kodu: **********560) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qazax Rayon Məhkəməsi ərazi aidiyyatını müəyyən edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə istinad etmişdir. Həmin maddə istehlakçının hüququnun müdafiəsi üzrə istehlakçının məhkəməyə müraciət etdiyi hallara şamil olunur. Mövcud iddia isə istehlakçı tərəfindən deyil, İddiaçı ASC tərəfindən istehlakçının hüququnun müdafiəsi üzrə deyil, istehlakçıdan yaranmış borcun tutulması barədə verilmişdir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi iddiaçının seçməsinə görə aidiyyat adlanır və qanunverici həmin normaya əsasən iddiaçıya seçim imkanı yaratmaqla, iddia tələbini məhkəməyə verərkən aidiyyatı özünün müəyyən etməsi üçün normada müəyyən edilmiş qaydada seçim imkanı qoymuş, imperativ tələb qoymamışdır. Yəni iddiaçı istəyi ilə ya həmin normada nəzərdə tutulmuş qaydada, ya da ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edə bilər. Odur ki, qeyd edilən tələbdə İddiaçı ASC istehlakçı olmadığından və istehlakçının hüququnun müdafiəsi ilə bağlı tələblə məhkəməyə müraciət etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi İddiaçı ASC-yə şamil olunmamalıdır və İddiaçı ASC ümumi qaydada cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №e-2(103)-2003/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2003/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver