Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2102/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və digər” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı Cavabdeh1 MMC-nin Sabirabad filialına müdiri Cavabdeh2 təzyiqi ilə İddiaçı yazdırılmış xx.xx.2023-cü il tarixli “işdən azad olunma” barədəki ərizənin məcbur etmə səbəbi ilə yazıldığı üçün etibarsız hesab edilməsi, Cavabdeh2 qanunsuz hərəkətləri ilə iddiaçıya vurduğu mənəvi zərərin kompensasiya olunması üçün 1000 manat, 30 manat dövlət rüsumu cəmi 1030 manat tutularaq iddiaçıya ödənilməsi, cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1457K saylı əmri ilə ləğv edilərək iddiaçının həmin MMCnin Sabirabad rayon mağazasında (filialında) “malları qəbul edən” vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, 100 manat hüquqi xidmət xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2 (056)-1667/2023 nömrəli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2 (056)-1667/2023 nömrəli qərardadına əsasən iddia verilən zaman cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 MMC-nin Sabirabad filialında çalışır və Sabirabad rayonunda yaşayırdı. İddia ərizəsi məhkəməyə veriləndən sonra o, həmin işdən azad edilmiş və Sabirabad rayonundan köçmüşdür. Cavabdehlərdən Cavabdeh1 MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə olduğundan mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qanunauyğundur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi Sabirabad rayon məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü, eləcə də iddia ərizəsinə həmin məhkəmədə baxıla bilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin 2(056)-1667/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəməyə verildiyindən, sonradan cavabdehlərdən hər hansı birinin yaşayış yerini dəyişməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə gpndərilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-9606/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və digər” tələbinə dair mülki işə baxılmasının aidiyyətinin müəyyən edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işdən göründüyü kimi, iddia ərizəsi verilən zaman cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 MMC-nin Sabirabad filialında çalışmış, lakin həmin şəxs ümumiyyətlə, Sabirabad rayonunda qeydiyyatda olmamışdır. Hazırda da elektron məhkəmə sistemi vasitəsilə yoxlanılarkən müəyyən edilmişdir ki, Sadıqov X1 rayonunda deyil, Yardımlı rayonunda qeydiyyatda olmuşdur və hazırda da həmin rayon qeydiyyatındadır. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia ərizəsi Sabirabad Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərkən aidiyyət qaydalarına riayət edilməmişdir. Belə ki, iş üzrə tərəflərdən heç birinin, yəni nə fiziki şəxs olaraq Cavabdeh2, nə də hüquqi şəxs kimi Cavabdeh1 MMC-nin hüquqi ünvanı Sabirabad rayonu olmamışdır. Buna görə də prosessual qanunvericiliyin aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir göstərişi hazırki halda tətbiq edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən işə Sabirabad Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin ərazi aidiyyətini müəyyən edən normalarının tələblərinin pozulması kimi qiymətləndirilir və yolverilməzdir. Eyni zamanda kollegiya hesab edir ki, digər cavabdeh olan Cavabdeh1 MMC-nin isə hüquqi ünvanı isə Bakı şəhəri Xətai rayonu Babək prospekti 1129-cu məhəllədir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbinə sonuncunun hüquqi ünvanın Xətai rayon ərazisində olduğundan hazırki iddia tələbi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli “işdən azad olunma” barədəki ərizənin etibarsız hesab edilməsi, Cavabdeh2 qanunsuz hərəkətləri ilə iddiaçıya vurduğu mənəvi zərərin tutulması, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1457K saylı əmri ilə ləğv edilərək iddiaçının həmin MMC-nin Sabirabad rayon mağazasında (filialında) “malları qəbul edən” vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia tələbi üzrə mülki iş ərazi aidiyyəti qaydalarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(103)-2102/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2102/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver