Məhkəmə qərarları › İş №e-2(103)-3173/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-3173/2025

19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3173/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Nazim oğluna qarşı protokolların etibarsız hesab edilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı protokolların və torpağın istifadəyə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1847/2025 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1847/2025 saylı qərardadı ilə İddiaçı İctimai Btirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı protokolların etibarsız hesab edilməsi tələbinə mülki iş iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizədə cavabdeh qismində göstərilən Cavabdeh2 Nazim oğlunun qeydiyyat ünvanı üzrə yerləşən Bakı şəhər Səbail rayon Məhkəməsinə aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1059/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə tərkibi hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Əvvəla, ilkin variantda olan iddia ərizəsinin məzmunundan və nəticə hissəsindən görünür ki, birinci dəfə cavabdeh qismində göstərdiyi şəxsə qarşı iki tələb irəli sürüb. Bunlardan biri İddiaçı Ümumi Yığıncağının xx.xx.2011 və xx.xx.2013-cü il tarixli protokollarının, digəri isə maraqlı şəxs kimi qeyd etdiyi Maraqlı şəxs Cəmaləddin oğlunun adına verilən 22 noyabr 2013-cü il tarixli Torpağın istifadəyə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı olub. Göründüyü kimi, ilkin variantda olan iddia ərizəsindəki birinci tələbin cavabdeh qismində göstərdiyi şəxsə hansısa bir aidiyyətinin olduğu, başqa sözlə ona qarşı yönələn tələbin nədən ibarət olduğu müəyyən edilmir. Tələbin ikinci hissəsi üzrə isə X3 cavabdeh kimi qeyd olunsa da, əslində tələbin yönələ biləcəyi şəxs kimi 1 saylı Bakı Ərazi İdarəsi nəzərdə tutulmuşdur. Hər bir halda bu tələbin məhkəmə aidiyyəti baxımından xarakteri də onun mülki mühakimə icraatı qaydasında baxılmasına mane olurdu. Başqa sözlə tələbin inzibati mübahisə xarakterli olması onun həm də məhkəmə aidiyyəti baxımından Yasamal Rayon Məhkəməsinə verilməsinin düzgün olmadığına dəlalət edirdi. Bu cür vəziyyətdə hələ ilkin varianta iddia ərizəsi icraata qəbul edilərkən Mülki Prosessual Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinin tələbləri pozulduğu, yəni aidiyyət qaydalarının tələblərinə uyğun icraata qəbul edilmədiyi bəlli olur. Bu halda MPM-in 44.1-ci maddəsinin pozulması da baş verib, başqa sözlə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etməyib. Sonradan, yəni iddia tələbi dəqiqləşdirildikdən sonra ərazi aidiyyət qaydalarına uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərməsi nəticə etibarı ilə düzgün olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2 Nazim oğluna qarşı protokolların etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar